İDMAN
Azərbaycan cüdoçuları Avropa kuboku yarışlarında dörd medal qazanıb
Bakı, 30 iyul (AZƏRTAC). Praqada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi Vətənə 4 medalla qayıdıb.
Milli komandamızın üzvləri Davud Məmmədov (60 kq) və Hüseyn Rəhimli (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) gümüş medalla kifayətlənib. Firudin Dadaşov (90 kq) isə bürünc medala sahib olub.
Yığmamız komanda hesabında (36 ölkə) üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [21:45]
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
- 04.07.2024 [17:50]
AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
- 04.07.2024 [16:57]
“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb
- 04.07.2024 [16:26]
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
- 04.07.2024 [15:42]
“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib
- 04.07.2024 [15:08]
“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib
- 04.07.2024 [14:33]