Azərbaycan Dillər Universitetində “ABŞ-da təhsil” sərgisi açılıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “ABŞ-da təhsil” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə təşkil olunub.
Sərgidə 20-dən çox ABŞ universiteti (İndiana University, Arcadia University, Amerikan University, Graceland University, Columbia University və s.) və müxtəlif təqaüd proqramları haqqında məlumatları əks etdirən jurnal və digər materiallar nümayiş olunur, həmin təhsil müəssisələri barədə məlumatlar verilir.
Eyni zamanda, burada gənclər və valideynlər ABŞ-ın ayrı-ayrı universitetlərinin azərbaycanlı və əcnəbi məzunları ilə görüşüb, təhsillə bağlı fikirlərini bölüşüblər.