SİYASƏT
Azərbaycan Dövlət Pedaqoji Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur
![](/files/galleryphoto/2013/3/1200x630/14079270815133258254_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407927081128317182_1200x630.jpg)
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dövlət müstəqilliyimizin bərpasının 22-ci ildönümü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov kollektivi əlamətdar gün münasibətilə təbrik etmiş, xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirmişdir. O, müstəqilliyimizin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləmişdir. 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmiş, oktyabrın 18-də respublika Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına dekabrın 30-da ümumxalq səsverməsi - referendum yolu ilə hüquqi təminat yaradılmışdır. Yalnız 1993-cü il iyunun 15-də Ümummilli Lider respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir. Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Rektor, həmçinin dövlətimizin müstəqilliyini qoruyub saxlamaq yolunda xarici təzyiqlərə məruz qaldığını, dövlət çevrilişinə cəhdlər olduğunı, lakin bütün bunların qarşısının alındığını vurğulamışdır. Azərbaycan inkişaf yoluna çıxarıldı və suveren dövlət kimi dünya birliyində özünə layiq yer tutdu.
Məruzə və çıxışlarda iftixar hissi ilə qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionun, hətta dünyanın sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasəti ilə tanınan dövlətinə çevrilmişdir. Müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş prezident seçkilərində İlham Əliyevin inamlı və möhtəşəm qələbəsi onun nəhəng idarəçilik və dövlətçilik fəaliyyətinə xalq tərəfindən verilən yüksək qiymətdir.