Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN EKOLOGİYASI FRANSIZLARIN DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycana daim maraq göstərən fransız mətbuatı son zamanlar ölkəmizlə bağlı yazılara öz səhifələrində daha geniş yer ayırır. Oktyabr-noyabr aylarında “Beynəlxalq qasid”, “JEO” və “Ekspress” jurnallarında dərc olunmuş yazılar buna əyani sübutdur.

Parisdə nəşr edilən “JEO” jurnalının noyabr tarixli 297-ci nömrəsində Pol Molqanın “Azərbaycan - obyektiv təbiət” adlı məqaləsi dərc edilmişdir. İndiyə qədər Azərbaycan barədə məqalələr çap etdirmiş fransız jurnalistləri arasında P.Molqa yeganə müəllifdir ki, ölkəmizin ekologiyasından və turizm məsələlərindən bəhs etmişdir. On altı səhifəlik məqalədə respublikamızın flora və faunası barədə fransız oxuculara ətraflı məlumat verilmişdir.

Azərbaycanın “Qafqazın əsrarəngiz yaşıllığına” büründüyünü qeyd edən müəllif məqaləsinin əvvəlində yazır: “Qafqazın bu kiçik diyarı hündür dağlara, zəngin meşələrə və çoxlu çaylara malikdir. Müstəqilliklərinin 12-ci ilinə qədəm qoyan azərbaycanlılar dünyanın diqqətini öz təbiətlərinə cəlb etmək üçün ekologiyanı ciddi şəkildə qoruyurlar...”.

Yarım sərlövhələrlə verilmiş məqalədə dünya nərə balığının 90 faizinin olduğu Xəzər dənizində bu qiymətli balığın kökünün kəsilməsinin qarşısını almaq məqsədi ilə BMT-nin xüsusi proqramı çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan dövlətləri arasında müqavilə bağlanmasından, balıqçılıq təsərrüfatı ilə məşğul olan bir azərbaycanlı fermer qadına dövlətimiz, Dünya Bankı, BMT və Yaponiya hökumətinin maliyyə yardımı sayəsində 15 milyon gənc nərə balığının yetişdirilərək dənizə buraxılmasından söhbət açılır.

Yeraltı və yerüstü sərvətlərlə zəngin Azərbaycan ərazisinin İsveçrə ərazisindən iki dəfə böyük olduğunu qeyd edən müəllif, 2003-cü ildə 405000 hektar sahənin qoruq elan olunduğunu, bu rəqəmin ümumi ərazimizin 7 faizini təşkil etdiyini, 2005-ci ildə isə onun 10 faizə çatdırılacağını göstərir.

Məqalədə insanın yaşayışı üçün zəruri olan ekologiyanı qorumaq və inkişaf etdirmək məqsədi ilə dövlətin bu sahəyə 8 milyon dollar vəsait ayırdığı, 9 min nəfərin bu işə cəlb edildiyi bildirilir, 2004-cü ildə Dünya Bankının, Yaponiya və İngiltərə dövlətlərinin ekologiyaya 15-20 milyon dollar ayıracaqları göstərilir.

Neft və qazla zəngin Abşeron yarımadasında ekoloji vəziyyətə xüsusi yarımsərlövhə ayıran müəllif neft tullantılarının, çirkab sularının əmələ gətirdiyi gölməçələrin və duzlaşmış sahələrin Bakı və onun ətrafındakı qəsəbələr üçün ekoloji baxımdan bir qədər ağır vəziyyət yaratdığını, hökumətin bu sahədə apardığı geniş fəaliyyət proqramından məqaləsində ətraflı söhbət açır.

Fransız jurnalisti qədim tarixə malik Azərbaycanda zəngin abidələr olduğunu xüsusi vurğulayır, qədim İpək yolu üzərində vaxtilə salınmış saray, movzoley, karvansara, məscid və s. mövcudluğunu oxucuların nəzərinə çatdırır. Onlardan bir çoxunun Bəşəriyyətin Mədəni İrsi siyahısına daxil edildiyini, bəzi abidələrin bərpasına YUNESKO-nun 7 milyon dollar kredit ayırdığı və həmin abidələr arasında Şəkidəki Xan sarayının olduğu, bu rayounun Kiş kəndindəki alban tayfalarına məxsus kilsədə isə Statoyl neft şirkəti tərəfindən ayrılmış vəsait hesabına bərpa işləri aparıldığı məqalədə öz əksini tapmışdır.

Ölkəmizin şimal bölgəsinə səyahət etmiş Pol Molqa hündürlüyü 4243 metr olan Şahdağın ən yüksək zirvə olduğunu bildirir, əsr yarım bundan əvvəl bu yerləri səyahət etmiş həmvətəni, məşhur fransız yazıçısı Aleksandr Dümanın təkrarolunmaz təbiətimiz barəsindəki xatirələrini yada salır. Buradakı ekoloji durumu İsveçrə ekologiyasına bənzədən müəllif dəniz səviyyəsindən 4 min metr hündürlükdə yerləşən, özünəməxsus dili və təbiəti olan Xınalıq kəndinin gözəl mənzərəsini təsvir edir, dağ adamlarının qonaqpərvərliyindən söhbət açır. Yerli sakinlərlə yaxından əlaqə saxlayan, onlarla təmasda olan və bölgə barədə əfsanələrə maraqla qulaq asan müəllif bu yerlərin turizm üçün çox əlverişli olduğunu xüsusi vurğulayır. Turizmin gəlirli sahə olduğunu yazan müəllif, planetin ən dilbər guşələrindən biri olan Azərbaycan haqqında dünya ictimaiyyətinin məlumatı olmadığını təəssüf hissi ilə bildirir, turistlərin diqqətini bu yerlərə cəlb etmək məqsədi ilə geniş və hərtərəfli informasiyanın yayılmasının zəruriliyini qeyd edir.

İsmayıllı rayonunun yaşıl meşə örtüyündən, ürəkaçan mənzərəsindən danışan jurnalist burada 60 min hektar sahənin qoruq elan edildiyini və qoruqda 155 ayı, 108 canavar, 2000-dən artıq dağkeçisi, 26 vəhşi pişik, 90 çaqqal, 9 qaban və 18 yazıpişiyi olması barədə diqqəti cəlb edən maraqlı məlumat verir.

Jurnalda məqalə ilə yanaşı, ölkəmizin tarixi abidələri, təbiəti, heyvanat aləmi ilə bağlı onlarla şəkil, habelə qoruqlarımızın, abidələrimizin qeyd olunduğu Azərbaycan xəritəsi dərc edilmişdir.

“Ekspress” jurnalının 2728-ci nömrəsində dərc olunan “Azərbaycan, əvvəl neft” adlı məqalənin müəllifi Silven Paskye özündən əvvəlki həmkarlarının neft sənayemizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ölkəmizin iqtisadiyyatında oynayacağı rol barədə məqalələrindəki faktları bir növ təkrarlayır. Azərbaycan-Fransa iqtisadi əlaqələrinə toxunan müəllif bir çox fransız şirkətlərinin respublikamızın müxtəlif sahələrinə sərmayə qoymasından bəhs edərək Fransanın tikinti və sənaye obyektləri üçün boya istehsalı üzrə ixtisaslaşmış Nis şəhərindəki Soframap zavodunun Bakıda filial açdığını bildirir.

Müxtəlif mövzulara həsr olunmalarına baxmayaraq, hər iki məqalə ölkəmiz barədə fransız ictimaiyyətində müəyyən təsəvvür yaratmaq baxımından faydalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir