AZƏRBAYCAN İLƏ AVSTRİYA ARASINDA ENERJİ SAHƏSİNDƏ YARANMIŞ TƏRƏFDAŞLIQ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 18-də nazir Elmar Məmmədyarov Avstriya parlamentinin Cənubi Qafqaz və Orta Asiya parlamentlərarası dostluq qrupunun sədri Karl Öllinqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan Parlamentinin yaranmasının 90 illik yubileyi tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətini salamlayan nazir, Avstriya və Azərbaycan arasında siyasi əlaqələrin inkişafını, enerji sahəsindəki tərəfdaşlığı yüksək qiymətləndirmiş, Bakıda Avstriya səfirliyinin açılmasının ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildirmişdir.
Avstriya nümayəndə heyətinin rəhbəri ölkəsinin iqtisadiyyat və ticarət sahəsində əlaqələri genişləndirmək marağında olduğunu söyləyərək, dövlətlərimiz arasında iqtisadi tərəfdaşlığın genişlənməsinin Bakıda Avstriya səfirliyinin açılması perspektivlərini də artıracağına inandığını bildirmişdir. Qonaq Cənubi Qafqazda mövcud münaqişələrin regional təklükəsizlik, inkişaf və əməkdaşlığa təhdid və maneə olduğunu vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanları ilə maraqlanmışdır.
Nazir E.Məmmədyarov Ermənistanın yürütdüyü təcavüzkar siyasəti öz müqəddəratını təyinetmə hüququ ilə pərdələməsinin yolverilməzliyini, beynəlxalq hüquqa və Avropa dəyərlərinə zidd olduğunu bildirərək, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionun davamlı sabit inkişafı üçün birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırmışdır. Azərbaycanın etibarlı qonşuluq münasibətlərində maraqlı olduğunu bildirən E.Məmmədyarov, beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının münaqişənin həllində və Ermənistan tərəfini təcavüzkar siyasətdən əl çəkməyə inandırmaqda böyük rol oynaya biləcəyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]