İQTİSADİYYAT
Azərbaycan ilə Niderland arasında ticarət dövriyyəsi 42 faiz artmışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Cari ilin ötən 7 ayında Azərbaycan ilə Niderland arasında ticarət dövriyyəsi 42 faiz artmışdır. Bunun 42,5 faizi idxalın, 29 faizi ixracın payına düşür.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumunda bildirmişdir.
Nazir vurğulamışdır ki, Azərbaycanda Niderlandın investisiya məbləği 365 milyon ABŞ dollarıdır. Ölkələrimiz turizm, tikinti, sudan istifadə, kənd təsərrüfatı, İKT, alternativ enerji sektorunda əlaqələrini genişləndirə bilərlər. Hazırda ölkəmizdə bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, ticarət, kənd təsərrüfatı və s. sahələrdə 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir.
İndiyədək Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə 10-a yaxın sənəd imzalanmışdır.