Azərbaycan Mədəniyyət Mərkəzinin heyəti Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində olub
Bakı, 27 mart, AZƏRTAC
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin dəvəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin heyəti bu ali təhsil müəssisəsində olub.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin qarşısına gül dəstələri düzüb, universitetin tarixi haqqında məlumat əldə edib, fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayev arasında keçirilən görüşdə Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni-humanitar əlaqələrdən danışılıb. Həmçinin vurğulanıb ki, iki ölkənin liderlərinin səmimi və dostluq dialoqu əməkdaşlığın möhkəmlənməsinə böyük təkan verir.