Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovaya yubiley medallarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bölmənin hesabat məruzəsini təqdim edib. Akademik diqqətə çatdırıb ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Akademik İradə Hüseynova hesabat ilində bölmənin institutlarında biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və proteom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənməsi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının hazırlanmasında, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi və digər istiqamətlər üzrə aparılmış tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, ötən il 18 problem, 90 mövzu, 267 iş üzrə tədqiqatlar aparılıb, 483 mərhələ 29 mövzu və 111 iş tamamlanıb. Akademik tədqiqatların nəticələri üzrə 8 işin tətbiq olunduğunu da əlavə edib. O, AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən və fundamental elmi problemlərin həllinə yönəldilmiş beş multidissiplinar elmi-tədqiqat proqramının icrasının müvəffəqiyyətlə aparıldığını nəzərə çatdırıb.

İradə Hüseynova 2019-cu ildə bölmənin institutlarında aparılmış tədqiqatlardan alınmış 15 ən mühüm nəticədən bəzilərini Rəyasət Heyəti üzvlərinin və qonaqların diqqətinə çatdırıb, eyni zamanda, bölmədənkənar tibb və aqrar elm və təhsil müəssisələrində əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi müəssisələrin əməkdaşlarının 2019-cu ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak etdiyini qeyd edən məruzəçi vurğulayıb ki, alimlər müxtəlif fondlar tərəfindən maliyyələşdirilən və 25-i xarici alimlərlə birgə olmaqla 50 layihə əsasında tədqiqatlar aparıblar. Hesabat ilində bölmənin institutları tərəfindən 2-si xaricdə olmaqla 11 patent alınıb.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 2019-cu ildə 991 elmi əsər, o cümlədən 4-ü xaricdə olmaqla 16 kitab, 4-ü xaricdə olmaqla 17 monoqrafiya nəşr edilib. Elmi müəssisələrin əməkdaşları hesabat ilində 338-i xaricdə olmaqla 594 məqalə dərc etdiriblər ki, bunların da 148-i impakt faktorlu jurnallarda işıq üzü görüb. 224-ü xaricdə olmaqla 364 tezis, həmçinin 7 dərslik və elmi-kütləvi nəşr dərc olunub, istinadların sayı isə 3072-dir.

Akademik İradə Hüseynova bildirib ki, 2019-cu ildə bölmə institutlarında doktoranturada fəlsəfə doktorluğu üzrə 52 nəfər, elmlər doktorluğu üzrə 22 nəfər təhsil alıb, 24 nəfər isə doktoranturanı bitirib, 9 elmlər, 16 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb. Eyni zamanda, dissertanturada fəlsəfə doktorluğu üzrə 94, elmlər doktorluğu üzrə 38 nəfər tədqiqat aparıb.

Hesabat ilində bölmənin institutları üzrə 25 nəfərin magistraturaya qəbul olunduğunu deyən akademik 20 nəfərin magistraturanı bitirdiyini və hazırda 40 nəfərin təhsilini davam etdirdiyini vurğulayıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər haqqında məlumat verən akademik bidirib ki, hesabat ilində ölkənin bir sıra universitetinin müvafiq kafedraları ilə əlaqələr genişləndirilib və institutların əksəriyyətində universitetlərin baza kafedraları və filialları fəaliyyət göstərir.

Akademik İradə Hüseynova bölmənin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də danışıb: “Bölmə institutlarında 9 beynəlxalq laboratoriya fəaliyyət göstərir. 40-dan çox ölkənin 80-ə yaxın elmi-tədqiqat və təhsil müəssisəsi, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəz və təşkilatlarla elmi əlaqələr inkişaf etdirilib, 14 yeni müqavilə bağlanıb. Bölmə institutlarının 70-dən çox əməkdaşı 38 beynəlxalq konfrans və simpoziumda məruzələrlə çıxış ediblər. İl ərzində yüzlərlə xarici alim, beynəlxalq mərkəzlərin rəhbər və mütəxəssisləri bölmədə və institutlarda olub, onlarla mövcud layihələrin icrasına dair, eləcə də perspektiv əməkdaşlıqla bağlı müzakirələr aparılıb”.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, bölməyə daxil olan institutların rəhbərləri və başqaları iştirak ediblər.

Müzakirələrdən sonra Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib və mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınmasını qərara alıb. Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində tədqiqatların aparılması məqsədəmüvafiq hesab edilib. Bölməyə müvafiq institutlarda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində aqrar sektorun aktual problemlərinin həlli, bu məqsədlə molekulyar-bioloji, genetik yanaşmaların və biomühəndisliyin fundamental əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətlərin gücləndirilməsi, elmi müəssisələrdə ətraf mühitin mühafizəsi, respublikanın başlıca ekosistemlərinin, bioloji müxtəlifliyinin, nadir və nəsli kəsilməkdə olan növlərin kompleks multidissiplinar tədqiqi, bərpası və səmərəli istifadəsində müasir yanaşmaların, riyazi və molekulyar-genetik metodların tətbiqinə diqqətin artırılması və s. istiqamətlərdə tapşırıqlar verilib.

Gündəlikdəki növbəti məsələ AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmləri doktoru Fərman Quliyev ötən il Lənkəran Regional Elmi Mərkəzində altı mərhələdə iki problemi əhatə edən beş mövzu üzrə beş işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin altı mərhələdə başa çatdırıldığını bildirib.

Fərman Quliyev Lənkəran-Astara bölgəsində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, mühafizəsi, bərpası, hərtərəfli öyrənilməsi, yeni sortların yaradılması, həmçinin Lənkəran-Astara bölgəsinin floristik tərkibi, müxtəlifliyi və xüsusiyyətlərinin öyrənilməsi üzrə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, tədqiqat işləri nəticəsində 50-dən çox çay forma-klonunun morfoloji, bioloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri hərtərəfli qiymətləndirilib, bir sıra xüsusiyyətlərinə görə nəzarəti üstələyən dörd sort rayonlaşdırılaraq patentləşdirilib. Bundan əlavə, yeni yaradılmış limon və naringi sort-formaları Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib və hazırda müvəffəqiyyətlə sınaqdan keçirilir.

Azərbaycanın cənub-şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, fond və muzeyinin yaradılması, numizmatik materialların kataloqlaşdırılaraq elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlərdən söz açan Fərman Quliyev Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji abidələrdə kəşfiyyat işlərinin aparıldığını və bir çox yeni abidələrin müəyyən edildiyini vurğulayıb.

Direktor bildirib ki, hesabat ilində mərkəz əməkdaşları tərəfindən 10 elmi əsər, o cümlədən bir kitab, biri xaricdə olmaqla səkkiz məqalə və bir tezis dərc olunub, alimlərin elmi əsərlərinə 20 dəfə istinad edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Müzakirələrdən sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2019-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, mərkəzə gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik olunub, tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb