AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMİKİ CƏLAL ƏLİYEVƏ
Hörmətli Cəlal Əlirza oğlu! Ölkəmizin rəhbəri, möhtərəm Prezident Eduard Şevardnadzenin Fərmanı ilə Sizə Gürcüstanın yüksək mükafatı olan “Şərəf” ordeni verilməsi bizim Gürcüstan duxoborlarını xüsusilə sevindirdi. Çünki biz Sizi özümüzə çox doğma bir insan hesab edir, bir neçə il əvvəl dəhşətli quraqlıqdan əziyyət çəkdiyimiz zaman bizə göstərdiyiniz yardımı unutmur, göndərdiyiniz elitar buğda toxumu sortlarının əkin sahələrini gündən-günə genişləndirir və bol məhsul götürürük. Əgər o çətin günlərdə Sizin qardaşlıq köməyiniz olmasaydı, biz bəlkə də illərlə yaşadığımız Ninesmenda rayonundan başqa yerə köçməyə məcbur olacaqdıq. Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində göstərdiyiniz böyük səylərin belə yüksək qiymətləndirilməsi bizim üçün olduqca xoşdur. Biz Sizi bu yüksək mükafata görə ürəkdən təbrik edir, elmi və ictimai fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Tatyana Çuçmayeva, Gürcüstan duxobor icmasının sədri Fyodor Qonçarov, “Duxobor” kooperativinin sədri.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]
Azərbaycanın xarici işlər naziri İrpen şəhərində olub VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]