Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının iştirakçıları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının iştirakçılarından bir qrupu 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub və gələcəyin zabitləri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə UNEC-in professor, müəllim və tələbələrindən ibarət qrup 2004-cü il iyunun 25-də təntənəli açılışı olmuş ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına güllər düzüb, Ulu Öndərin xatirəsinə yaradılmış İdeoloji mərkəzin ekspozisiyası, eləcə də məktəbin maddi-texniki, təlim-tədris bazası ilə yaxından tanış olublar. Müəllimlərin, zabitlərin təcrübəsi və peşəkarlığı, kursantların fəallığı, ümumiyyətlə, son illərdə ordu quruculuğunun digər sahələrində olduğu kimi, hərbi təhsil sistemində aparılan islahatların uğurlu nəticələri də ilk tanışlıqdan qonaqlarda xoş təəssürat oyadıb.

Aksiyasının əlaqələndiricisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın Ümummilli Lideri hərbi peşəyə həmişə xüsusi önəm verər və bu istiqamətdə bəlkə də çoxlarının xəyalına belə gəlməyən, analoqu olmayan neçə-neçə fundamental layihəni reallaşdırardı.

Ötən əsrin 70-ci illərinin əvvəllərində - sovet rejiminin sərt məngənəsində indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməlinin qoyulması və bu hərbi təmayüllü təhsil ocağından pərvazlanan yüzlərlə, minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın demək olar ki, bütün xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, oranı müvəffəqiyyətlə bitirərək müxtəlif qoşun növlərində peşəkar zabit kimi xidmət etməsi tarixi hadisədir. Sovet rejiminin etirazlarına, bu məktəbin bağlanılması üçün apardığı məkrli düşmənçilik siyasətinə sinə gərərək müdrik və qətiyyətli liderimiz Heydər Əliyev bu təhsil ocağını doğma övladı kimi böyüdərək 30 yaşına çatdırmış və yubileyini ümumxalq bayramı kimi qeyd etmişdir.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, Ermənistanın torpaq iddiaları ilə ölkəmizə təcavüzündən sonra hiss etdik ki, həqiqətən, Heydər Əliyevin yaratmış olduğu bu məktəb olmasaydı, bugünkü güclü və qüdrətli Azərbaycan Ordusu haqqında fikir yürütmək çətin olardı. Məhz Heydər Əliyev Azərbaycanın sabahlarını düşünərək bu məktəbi yaratmaqla gələcək ordumuz üçün peşəkar zabit kadrlarının yetişdirilməsi qayğısına qalmışdı. Bununla yanaşı, Heydər Əliyev Azərbaycanda fəaliyyət göstərən Bakı Ümumqoşun Komandirləri və Hərbi Dənizçilik Məktəblərinə azərbaycanlı gənclərin daha çox qəbul edilməsinin də təşəbbüskarı və təşkilatçısıdır.

Polkovnik A.Qurbani nəzərə çatdırıb ki, 26 il öncə xalqın xahişi və tələbi ilə respublika hakimiyyətinə yenidən qayıdan Heydər Əliyev Azərbaycan Ordusunun peşəkar kadrlara olan tələbatını mükəmməl təmin etmək üçün çox ciddi addımlar atmışdır. 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrimiz üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tədqiqatların aparılması və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etmək məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, Naxçıvan Muxtar Respublikasında yeniyetmələrin hərbi təhsil alması üçün ən əlverişli şərait yaratmaq məqsədilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması (bu filialın bazasında Prezident İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb və Ulu Öndərin adı ilk dəfə burada əbədiləşdirilib) Azərbaycana rəhbərliyinin bütün dövrlərində hərbi təhsilə xüsusi diqqət yetirən Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindəndir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin yaradılmasının banisidir və Azərbaycan Ali Hərbi Məktəbinə Ulu Öndərimizin adının verilməsi məntiqidir. Heydər Əliyev dəfələrlə bu ali hərbi məktəbdə olub, müəllim, zabit, kursantlarla görüşərək tövsiyə və tapşırıqlarını verib, hərbi təhsilin inkişafına daim diqqət və qayğı göstərib.

Ulu öndərə görə, hərbi təhsil almaq, Silahlı Qüvvələrdə xidmət etmək istəyən hər bir şəxs sağlam mənəviyyata malik olmalıdır. Sağlam mənəviyyat isə Azərbaycanın müstəqilliyinə sədaqət, Azərbaycan dövlətinə sədaqət, Azərbaycan xalqının bu gününə və gələcəyinə sədaqət, müstəqilliyimizə sədaqətdən ibarətdir.

Əsaslı surətdə təmir edilmiş klubda keçirilən görüş isə həm məktəb kollektivinin, həm də UNEC-çilərin böyük marağına səbəb olub. Aksiya iştirakçıları qürur hissi keçiriblər ki, Azərbaycanımızda dünya ordularının xüsusi təyinatlı təhsil müəssisələri ilə rəqabət apara biləcək belə bir hərbi təhsil ocağı var. Zabitlər, kursantlar isə fəxr ediblər ki, onlara mənəvi dəstək olan və xidmətlərini yüksək qiymətləndirən UNEC-in vətənpərvər professor, müəllim və tələbələri vardır.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Universitetin iqtisadi məsələlər üzrə prorektoru, hüquq elmləri namizədi, Qarabağ müharibəsinin iştirakçısı, dosent Mikayıl Zeynalov rektor professor Ədalət Muradovun və 20 min nəfərlik UNEC kollektivinin adından gələcək zabitləri, onların müəllim və komandirlərini salamlayıb.

İqtisadi İslahatlar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Rövşən Quliyev məktəbi ziyarət etdikdən sonra Azərbaycan Ordusunun sabahının bu günündən daha qüdrətli olacağına inamının daha da artdığını qeyd edib.

Beynəlxalq Magistratura Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Fariz Əhmədov qardaş Türkiyədə 7 illik təhsil illərini yada salaraq, orada hərbi təhsil sahəsindəki uğurları xatırlayaraq Azərbaycan Ordusunda da müstəqillik illərində bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndirib.

Rus İqtisad Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov təhsil sistemində hərbi təhsilin xüsusi çəkisi olduğu barədə danışaraq zabitlik yolunu seçən gənclərə hərbin çətin və şərəfli yollarında büdrəməməyi, bütün sınaqlardan uğurla çıxmağı arzulayıb. Dosent M.Bərxudarov kursantlara müraciətlə deyib: “Bilirəm, siz hərb elmini dərindən öyrənirsiniz. Unutmayın ki, elm həm zinət, həm də düşmənlərimizə qarşı kəsərli bir silahdır. Elmlə silahlanan gələcək zabit bütün döyüşlərdən qalibiyyətlə çıxacaq. Onu da yaddan çıxarmayın ki, hərbi təhsil görməmiş, hərb elminin incəliklərinə yiyələnməmiş adamları müharibəyə göndərmək quyuya atmaq deməkdir. Hərb elminə dərindən yiyələnin. Döyüşlər keçmiş zabitlərin təcrübəsindən bəhrələnin”.

UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova dəfələrlə cəbhə bölgələrinə səfər etdiyini, sözün həqiqi mənasında, Azərbaycan əsgər və zabitlərinin döyüş və mənəvi-psixoloji hazırlıqlarının, vətənpərvərlik hisslərinin çox yüksək səviyyədə olduğuna heyran qaldığını etiraf edib. O, bugünkü kursantların da Heydər Əliyev ideyalarına, vəsiyyətlərinə həmişə sadiq qalaraq peşəkar hərbçi kadr kimi formalaşacaqlarına şübhə etmədiyini diqqətə çatdırıb.

Dosent Təranə Kərimovanın Ulu Öndərimizdən gətirdiyi bir sitat bütün tədbir iştirakçıları tərəfindən uzun sürən sürəkli alqışlarla qarşılanıb: “Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir, yəni, hərbi peşədir. Siz özünüzü bu işə sərf etməyi qərara almısınız. Mən sizin bu qərarınızı dəstəkləyirəm və Azərbaycan gənclərini dəvət edirəm ki, onların daha çoxu bu peşəni seçsinlər, çünki bu yol şərəfli yoldur, ən şərəfli peşədir”.

Qardaş Ahısqa türklərindən olan Türk dünyası fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Yusif Əliyev Azərbaycan xalqına və dövlətinə Ahısqa türklərinə ən müdhiş zamanlarda qucaq açdığına görə dərin minnətdarlığını bildirib. Azərbaycan Ordusunun bu ölkədə yaşayan bütün xalqların doğma ordusu olduğunu vurğulayaraq, Ahısqa türklərinin də Azərbaycan Ordusunda Vətənə sədaqətlə xidmət etdiklərini, hətta əmisi oğlu Əlinin Qarabağ uğrunda şəhidlik zirvəsinə ucaldığını, İsgəndər Aznaurovun Azərbaycanın Milli Qəhrəmanı səviyyəsinə yüksəldiyini fəxarət hissi ilə dilə gətirərək deyib: “Nə vaxt bir şəhid xəbəri eşidiriksə, onda hər bir Ahısqa türkünün ocağına da yanğı düşür. Hər hansı bir əsgərə güllə dəyirsə, o bizim də qəlbimizə dəyir. Biz qanı bir, canı bir, dini bir, dili bir qardaşlarıq. Düşmənlərimiz sevinməsinlər ki, torpaqlarımızın bir hissəsini işğal ediblər. Onlar nə qədər gec deyil, dərk etməlidirlər ki, Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyəcəklər. Rədd olub Azərbaycan torpaqlarından çıxıb getməlidirlər. Yoxsa onları tarix heç vaxt bağışlamayacaq”.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Nazim Cəbrayılovun həyat yoldaşı, UNEC nəşriyyatının əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Rahilə Cəbrayılova Vətən təhlükədə olanda zabitlik yolunu seçən, Ağdam rayonu uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərərək tabeçiliyində olan döyüşçülərlə birlikdə düşmənə canlı qüvvə və texnika sarıdan xeyli itki verən və qeyri-bərabər döyüşdə mühasirə təhlükəsi yaranarkən son qumbarasını sinəsinə sıxaraq özünü düşmənin hərbi texnikasının altına atıb onu partladan və hələ də cənazəsi qaytarılmayan həyat yoldaşını xatırlayıb və Azərbaycan zabitinin həyat yoldaşı, şəhid ailəsi olduğu üçün fəxr etdiyini bildirib.

Rahilə Cəbrayılova ərinin xatirəsinə həsr etdiyi “Ölməzliyə abidə” adlı kitabını məktəbin kitabxanasına hədiyyə edib.

UNEC-in tələbələrindən Mətləb Məmmədov, Elvin Hüseynov, İbrahim Əhmədov, Elgün Zeynalzadə və İbrahim Əlvanoğlu elə bu görüşdən sonra kursantlara qoşulub. Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını bəyan ediblər.

Məktəb rəisinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat üzrə müavini polkovnik Emin Səfərov UNEC-in kollektivinə bu vətənpərvərlik təşəbbüsünə görə minnətdarlıq edib.

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı geniş və rəngarəng konsert proqramı ilə çıxış edib.

Görüş “Əmr et, Ali Baş Komandan, biz döyüşə hazırıq!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Göygölə dolu düşüb

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Qızıl Avropa Liqası: Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər – ŞƏRH

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Ağsu sakini qonşusunu güllələyib

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AQTA: Monitorinqlər zamanı 133 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Nobel mükafatçısı Əziz Səncər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

FHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb

2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

Uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub

Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhedən

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

® “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır

Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib

Qarabağ Universitetinin rektoru: Elan olunan vakansiyalara böyük maraq var - MÜSAHİBƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair Bəyannamə qəbul edilib

Göyçayda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub VİDEO

® “Azerconnect Group” “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görülüb

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub

Pekində robot taksilər işə salınacaq

Türkiyə klubu Əmrə Bələzoğlu ilə yollarını ayırıb

“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü

MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri Qlobal Gənclər Festivalına ev sahibliyi edəcək

Sədr: KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün təkliflər nəzərdən keçirilir

"Femida Könüllüləri" təşkilatının 50-dən çox gənci vəkil bürolarında fəaliyyətə başlayacaqlar

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Dünya ölkələrinin media nümayəndələri Türkiyənin termal turizm paytaxtını ziyarət ediblər

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb

Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

UNEC-in əməkdaşı Koreyanın beyin mərkəzində siyasi ekspert kimi fəaliyyət göstərəcək

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib VİDEO

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb

ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

“Cell Discovery” elmi nəşri: Diabet uğurla müalicə edilib

Arden Universitetinin müəllimi BDU tələbələrinə ustad dərsi keçib

“Bülbül” körpələr evi-uşaq bağçasında bayram tədbiri

Nazir müavini: Böyük sənaye müəssisələri qurularkən ekoloji göstəricilərin nəzərə alınması zəruridir

“İqlim dəyişiklikləri, sülh və təhlükəsizlik: COP29 və sonra” mövzusunda paralel tədbir keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək atletlər müəyyənləşib

Laçında daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

FIBAA rəsmisi: UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur

Azərbaycan minifutbol millisi Avropa çempionatının əsas favoritlərindən hesab olunur

Region mediası nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunub

İyunun 1-dən “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

Rus Dram Teatrının iyunun birinci yarısı üçün repertuarı açıqlanıb

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub

“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub

İyunda havanın iqlim normasına yaxın, yağıntıların bir qədər yüksək olacağı gözlənilir

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə müsahibəyə çıxarılıb

“Paris-2024”: Azərbaycan boksda ən çox lisenziya qazanan Avropa ölkələri sırasında

Azərbaycanın hərbi və mülki şəxslərinin minaya düşməsində Ermənistan məsuliyyət daşıyır ŞƏRH

“AzInTelecom”un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

Çağdaş Azərbaycan uşaq ədəbiyyatı nümayəndələri ilə görüş keçirilib

Estoniyalı futbolçu “Sumqayıt” klubundan ayrılıb

Sektor müdiri: Ətraf mühit və dayanıqlı inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən biridir