Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə edilib
Bakı, 29 may, AZƏRTAC
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.