Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN POLİSİ XALQIMIZA, DÖVLƏTÇİLİYİMİZƏ SƏDAQƏTLƏ XİDMƏT EDİR

Müstəqil Azərbaycanın mühüm dövlət qurumlarından birinin-cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması kimi məsuliyyətli vəzifələri yerinə yetirən milli polisin tarixi 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılmasından başlayır. Həmin vaxtdan 85 il keçir. İyulun 2-də bu münasibətlə keçirilən təntənəli yığıncaqdan əvvəl mərasim iştirakçıları - Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və əməkdaşları, polis veteranları respublikamızın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin əziz xatirəsini yad etmək üçün müqəddəs Şəhidlər xiyabanını ziyarət etmişlər. Torpaqlarımızı düşmən işğalından qorumaq uğrunda canlarını qurban vermiş igidlərin məzarları önünə ehtiram əlaməti olaraq, gül-çiçək dəstələri düzülmüş, “Əbədi məşəl” abidəsi qarşısına əklil qoyulmuşdur. Həmin gün Daxili İşlər Nazirliyində Azərbaycan polisinin peşə bayramının 85-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağı yığıncağın keçirildiyi salona gətirildi. Azərbaycanın dövlət himni səsləndirildi. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı Heydər Əliyevin respublikamızın daxili işlər orqanlarının şəxsi heyətinə təbrikini oxudu. (Təbrik qəzetin 2 iyul nömrəsində dərc edilmişdir). Təntənəli yığıncaqda daxili işlər naziri, general-polkovnik Ramil Usubov “Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən görülmüş işlər və həyata keçirilən tədbirlər” mövzusunda məruzə etdi. Natiq dedi ki, bu gün müstəqil Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizənin, ictimai qayda-qanunun və təhlükəsizliyin təmin edilməsi kimi mühüm vəzifələri yerinə yetirən, möhtərəm Prezidentimizin hüquq-mühafizə siyasətini dönmədən və uğurla həyata keçirən, xalqımızın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisinin peşə bayramıdır. O, yubiley ərəfəsində daxili işlər orqanlarının şəxsi heyətinə təbrikində polis işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə nazirliyin şəxsi heyəti adından Prezidentimizə - Silahlı Qüvvələrimizin Ali Baş Komandanına dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Nazir 1993-cü ildə Heydər Əliyevin respublikamızda hakimiyyətə tarixi qayıdışından sonra ölkəmizdə hərc-mərcliyin və vətəndaş müharibəsi təhlükəsinin qısa müddətdə aradan qaldırıldığını söyləyərək dedi ki, Azərbaycanda hüquqi, demokratik dövlətin əsasları yaradılmış və quruculuq işləri uğurla davam etdirilmişdir. Həmin vaxtdan ötən 10 il ərzində respublikamızda ictimai-siyasi sabitliyin dönməzliyi təmin edilmiş və bu gün Azərbaycanda əməliyyat şəraitinə tam nəzarət olunur. Azərbaycanın müstəqil və demokratik dövlət kimi dünyanın siyasi səhnəsində nüfuzunun möhkəmlənməsi, regionun aparıcı dövlətinə çevrilməsi, qüdrətli dövlətlərin strateji tərəfdaşı olması məhz Prezident Heydər Əliyevin apardığı uğurlu və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Daha sonra general-polkovnik Ramil Usubov dedi ki, öz suveren dövlətinə, müstəqillik ideyalarına sadiq qalan Azərbaycan polisi 1918-1920-ci illərdə Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasında və müdafiəsində ön sıralarda olmuşdur. 1941-1945-ci illərdə faşizmlə mübarizədə də respublikamızın daxili işlər orqanlarının əməkdaşları qəhrəmanlıq nümunələri göstərərək yüksək dövlət mükafatlarına layiq görülmüşlər. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların üzərinə düşən vəzifələri əzmlə yerinə yetirdiklərini xatırladan nazir bildirdi ki, vətənimizin müdafiəsində Daxili İşlər Nazirliyi 931 şəhid vermiş, 633 polis işçisi isə əlil olmuşdur. Müstəqillik illərində respublikamızda cinayətkarlığın qarşısının alınması, asayişin mühafizəsi və cinayətkarların yaxalanması zamanı 46 polis əməkdaşı həyatını qurban vermiş, 465 nəfər isə yaralanmışdır. Natiq onu da dedi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan qarşıya polisin nüfuzunu daha da artırmaq, anda sədaqətini yüksəltmək, onu xalqın əsl güvənc yerinə çevirmək kimi mühüm və təxirəsalınmaz vəzifələr qoymuşdur. Bununla əlaqədar Daxili İşlər Nazirliyində müvafiq proqram hazırlanaraq bütün struktur və hissələrə göndərilmiş, onun icrası daim nəzarətdə saxlanılmışdır. Nazirliyin Polis Akademiyasında yeni fakültə - daxili işlər orqanlarında idarəetmənin təşkili fakültəsi yaradılmış, 2003-2004-cü tədris ilində qəbul olunması nəzərdə tutulan müdavim və dinləyicilərin sayı 500 nəfərə çatdırılmışdır. Daxili işlər naziri öz məruzəsində Dövlət Yol Polisinin fəaliyyətinə toxunaraq dedi ki, mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətləri müəyyənləşdirilmiş və ötən dövr ərzində lazımi tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, yol polisinin ştatları 15 faiz ixtisar edilmişdir. Bu sahədə ciddi dönüş yaratmaq üçün məqsədyönlü iş aparılır. General-polkovnik Ramil Usubov onu da vurğuladı ki, nazirlik beynəxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq strukturları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı ilbəil genişləndirir. 2002-ci ildə MDB-nin bir sıra ölkələrinə, o cümlədən Belarus, Ukrayna, Rusiya və Gürcüstana, habelə Türkiyə və İrana rəsmi səfərlər təşkil edilmişdir. Ötən ilin sentyabr ayında isə Bakı şəhərində MDB üzvü olan ölkələrin daxili işlər nazirləri Şurasının 23-cü iclası keçirilmiş və tədbirin iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişlər. Nazirliyin rəhbərliyi və əməkdaşları ölkəmizdə və xarici dövlətlərdə keçirilən bir sıra beynəxalq konfranslarda, forumlarda və digər tədbirlərdə iştirak etmişlər. Natiq dedi ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə respublikamızda qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə , eləcə də güclü dövlətçilik intizamına və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılmasına nail olunmuşdur. Bütün bunlar ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının hər bir sahəsi üzrə ciddi irəliləyişlərə, o cümlədən cinayətkarlıqla mübarizənin də uğurla aparılmasına imkan vermişdir. Məruzədə bildirildi ki, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin məqsədyönlü təşkili nəticəsində cinayətkarlıqla mübarizənin 1995-ci ildən başlayan yüksələn xətt üzrə inkişafı və daim müşahidə olunan müsbət meyllər ötən il də qorunub saxlanılmışdır. Daha sonra nazir cinayətkarlığa dair son illərin faktlarını 1992-ci ilin göstəriciləri ilə müqayisə etdi. Bildirdi ki, 2002-ci ildə cinayətlərin sayı 31 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 37 faiz, qəsdən adam öldürmələr və ölümə cəhdlər 2,7 dəfə, quldurluq və soyğunçuluq 3,7 dəfə, oğurluq 5,2 dəfə, odlu silahla törədilən cinayətlər isə 7 dəfədən çox azaldılmışdır. Məruzədə bildirildi ki, aparılan məqsədyönlü, intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində cinayətlərin açılmasına dair göstərici müqayisə edilən dövrdə 67 faizdən 94,8 faizədək yüksəlmişdir. Cinayətlərin ayrı-ayrı növlərinin, o cümlədən qəsdən adam öldürmə, soyğunçuluq, quldurluq, avtonəqliyyat vasitələrinin qaçırılması hadisələrinin açılma göstəriciləri də xeyli yaxşılaşmışdır. 2002-ci ildə qrup halında 17 adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmiş 61 nəfər, 7 qətl hadisəsi üzrə 57 nəfər, 137 quldurluq və soyğunçuluq cinayətləri törətmiş 205 şəxs ifşa edilərək məsuliyyətə cəlb olunmuşdur. Əhalidə qanunsuz saxlanılan 2 mindən çox odlu silah yığılmış, respublika üzrə axtarışda olan 5 min 464, o cümlədən MDB məkanında gizlənən 469 cinayətkar müəyyən edilərək tutulmuşdur. Dövlət hakmiyyəti əleyhinə cinayətlərin iştirakçılarından 9 nəfəri tutularaq istintaqa təhvil verilmişdir. Nazir ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının 194 olduğunu bildirərək bunu 1992-ci illə müqayisə etdi. Cinayətlərin 1992-ci illə müqayisədə 36,8 faiz azaldığını və MDB-yə daxil olan ölkələr arasında ən yaxşı göstərici olduğunu vurğuladı. Məruzədə bu ilin birinci yarısının cinayətkarlıqla bağlı ilkin nəticələri də açıqlandı. Bildirildi ki, son illər qazanılan uğurlar 2003-cü ildə də davam etdirilir. Ramil Usubov onu da dedi ki, respublikamızda cinayətkarlıqla mübarizənin müsbət nəticələri, qanunların aliliyinin və ictimai-siyasi sabitliyin təmin olunması, əhalinin hüquqlarının möhkəm qorunması Zati-aliləri Heydər Əliyevin dövlətçilik kursunun, siyasətinin təntənəsidir. Ramil Usubov Daxili İşlər Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətindən də danışdı. Bildirdi ki, təhsil müəssisələrinin işi müasir tələblər baxımından yenidən qurulmuş, maddi-texniki bazası möhkəmləndirilmiş, kadr hazırlığı daha da təkmilləşdirilmişdir. Xarici ölkələrin müvafiq qurumları ilə polis kadrları hazırlamaq sahəsində əməkdaşlıq genişləndirilmişdir. İndiyədək Türkiyənin və Rusiya Federasiyasının müxtəlif tədris müəssisələrində Daxili İşlər Nazirliyinin xətti ilə 229 müdavim və hərbi qulluqçu xüsusi təhsil almağa göndərilmişdir. O, gənclərimizin beynəlxalq standartlara uyğun təhsil almaları və dövlət qurumlarında layiqincə təmsil olunmaları sahəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğuladı. Nazir onu da dedi ki, xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, habelə polis işçilərinin peşə bayramının 85 illik yubleyi ilə əlaqədar respublika daxili işlər orqanlarının 364 nəfər əməkdaşı mükafatlandırılmışdır. Son on ildə daxili işlər orqanlarının və Daxili Qoşunların 306 əməkdaşı və hərbi quluqçusu Prezidentimiz tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu il iyun ayının 30-da isə dövlətimizin başçısı daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və rütbə maaşlarının avqustun 1-dən 50 faiz artırılması haqqında Sərəncam, habelə Daxili İşlər Nazirliyinin zabitlərinə ali rütbələrin verilməsi haqqında Fərman imzalamışdır. Şəxsi heyətin vəzifə və rütbə maaşlarının artırılması bütövlükdə 48 min nəfəri, o cümlədən 25 min polis və yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşlarını, habelə bu qurumlarda çalışan 4 min mülki işçini və daxili işlər orqanlarının 19 min təqaüdçüsünü əhatə edir. Bu mühüm dövlət tədbirinin icrası ilə bağlı ölkəmizin büdcəsindən əlavə olaraq 25 milyard manat vəsait ayrılmışdır. Ramil Usubov Daxili İşlər Nazirliyi şəxsi heyətinin döyüş və fiziki hazırlığı məsələlərinə də toxundu. Bildirdi ki, polis orqanlarında çalışan, idmana meyl göstərən gənclər son illər müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə, dünya və qitə çempionatlarında qələbələr qazanmış, üçrəngli bayrağımızı yüksəklərə qaldırmışlar. Bu nailiyyətlərin əldə edilməsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevin xüsusi xidmətləri olduğunu bildirdi. General-polkovnik Ramil Usubov nazirliyin işindəki nöqsanlardan da danışdı. Dedi ki, şəxsi heyətin daxili işlər orqanları əməkdaşı adına ləkə gətirənlərdən, qanunları, insan və vətəndaş hüquqlarını pozan, cinayət törədən işçilərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi üçün ciddi tədbirlər görülür. Məruzənin sonunda Ramil Usubov bildirdi ki, qarşıda xalqımızı mühüm və məsuliyyətli dövlət tədbiri – Azərbaycan Respublikası Prezidentinin seçkiləri gözləyir. Daxili işlər orqanlarının əməkdaşları bu seçkilərin demokratik şəraitdə keçirilməsinin, ictimai qaydanın və təhlükəsizliyin nümunəvi təmin olunması üçün zəruri hazırlıq işləri görəcək, hər bir polis işçisi seçkilərdə fəal iştirak edərək vətəndaşlıq borcunu yerinə yetirəcəkdir. O bildirdi ki, nazirliyin şəxsi heyəti üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, seçkilərin əmin-amanlıq şəraitdə keçirilməsi üçün var qüvvəsini sərf edəcəkdir. General-polkovnik Ramil Usubov dedi ki, Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyin və onun dönməzliyinin saxlanılması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, ictimai təhlükəsizliyin və insan hüquqlarının etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və səylərini əsirgəməyəcəkdir. Təntənəli yığıncaqda Milli Məclisin deputatı, xalq şairi Zəlimxan Yaqub çıxış edərək polis işçilərini bayram münasibətilə təbrik etdi. Sonra nazir Ramil Usubov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərindən 3 nəfərinə ali rütbələrin - polis general-mayorunun paqonlarını, 12 nəfər polis əməkdaşına isə “İgidliyə görə” medalını təqdim etdi. Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu. Müraciətdə deyilir: Möhtərəm cənab Prezident! Azərbaycan Respublikası daxili işlər orqanlarının şəxsi heyəti adından Sizi dərin hörmət və ehtiramla salamlayır, ən xoş və səmimi arzularımızı çatdırırıq! Cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini kimi mühüm vəzifələri yerinə yetirən Azərbaycan polisi bu gün hədsiz sevinc və fərəh hissi ilə 85 illik yubileyini qeyd edir. Şərqdə ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış, illərin ağır sınaqlarından dəyanətlə çıxaraq, şərəfli bir yol keçmiş polisin peşə bayramını ona yenidən bəxş etdiyinizə görə, Sizə daim minnətdarıq. Milli dövlətçiliyimizin böhranlı günlərində Azərbaycan xalqı öz xilas yolunu məhz Sizdə gördü. Vətənimizə dərin məhəbbətiniz və sədaqətinizlə, böyük dövlətçilik və idarəçilik təcrübəniz, möhkəm qətiyyətiniz və iradənizlə xalqımızın xoşbəxt, firavan gələcəyi üçün gərginliklərlə dolu qısa tarixi zaman kəsiyində qlobal işlər həyata keçirdiniz. Yalnız Sizin tükənməz, titanik fəaliyyətiniz və təşkilatçılıq qabiliyyətiniz sayəsində, doğma Azərbaycanımız beynəlxalq aləmdə sülhpərvər, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan bir ölkə kimi tanınmış, respublikamızda daxili sabitlik, siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edilmişdir. Bütün dövlət təsisatları, xüsusən də hüquq mühafizə orqanları arasında yaranmış normal, işgüzar münasibətlər daha da inkişaf edərək, ölkəmizdə daxili sabitliyin möhkəmlənməsinə və dövlətçiliyimizin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər olunmuşdur. Cənab Ali Baş Komandan! Ötən il Sizin təşəbbüsünüzlə Azərbaycan polisinin yaranmasının 84-cü ildönümünün təntənəli surətdə keçirilməsi və bu mərasimdə şəxsən iştirakınız, dərin məzmunlu, proqram xarakterli nitqiniz bütün şəxsi heyətimizin xatirində silinməz izlər buraxmışdır. Həmin tarixi gündə Sizin istiqamətverici xarakter daşıyan və bütün şəxsi heyətimiz üçün çox böyük məna kəsb edən “...gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər. Lazımdır ki, polisi sevsinlər. Mən istəyirəm ki, polisi sevsinlər” kəlamınız və qarşımızda qoyduğunuz vəzifələr əsas fəaliyyət proqramımıza çevrilmişdir. Bu il iyunun 30-da daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və rütbə maaşlarını artırmağınız, habelə Daxili İşlər Nazirliyinin bir qrup rəhbər vəzifəli işçisini ali xüsusi rütbələrə layiq görməyiniz çətin və şərəfli polis peşəsinə, gərgin əməyimizə verdiyiniz əvəzsiz qiymətin əyani təzahürüdür. Bu yüksək diqqət və qayğı, eləcə də Azərbaycan polisinin 85 illik yubileyi ilə əlaqədar şəxsi heyətimizi təbrik edərək işimizə verdiyiniz yüksək qiymət bizi ictimai asayişin keşiyində daha sayıq dayanmağa, cinayətkarlığa və hüquqpozmalara qarşı bundan sonra da barışmaz, prinsipial və fəal mübarizəyə, xidmətdə daha böyük nailiyyətlərə ruhlandırır. Möhtərəm cənab Prezident! Xalqımız böyük ictimai-siyasi hadisə - prezident seçkiləri ərəfəsindədir. Məhz belə bir şərəfli, məsuliyyətli dövrdə bizim hər birimizdən asayişin, əmin-amanlığın qüsursuz təmin edilməsi, əldə olunmuş demokratik dəyərlərin cinayətkar qəsdlərdən qorunması istiqamətində yüksək peşəkarlıq, xidməti sayıqlıq və əsil dəyanət tələb olunur. Əmin ola bilərsiniz ki, dövlətçiliyə sadiq Azərbaycan polisi bundan sonra da Zati-alinizin apardığı hüquq mühafizə siyasətinin fəal icraçısı, Azərbaycanı dünyanın ən sabit, təhlükəsiz və eyni zamanda ən inkişaf etmiş demokratik, hüquqi dövlətə çevirmək sahəsində möhtəşəm fəaliyyətinizdə layiqli köməkçiniz olacaqdır. Biz üzərimizə düşən çətin və şərəfli vəzifələrin öhdəsindən daim əzm və qətiyyətlə gələcək, göstərdiyiniz etimadı doğruldaraq, müstəqil Azərbaycan Respublikasının qüdrətli bir dövlət kimi inkişafında öz səy və bacarığımızı əsirgəməyəcəyik. X X X Təntənəli yığıncaqdan sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu. X X X Təntənəli yığıncaqda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Südabə Həsənova, respublikanın baş prokuroru Zakir Qaralov, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Səbaildə obyektdə baş verən yanğınla mübarizə davam etdirilir, vətəndaşlar təxliyə olunublar – YENİLƏNİB VİDEO

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək