Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN POLİSİNİN YARANMASININ 89-CU İLDÖNÜMÜNƏ VƏ POLİS AKADEMİYASININ 2006-2007-Cİ TƏDRİS İLİNİN BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN POLİSİNİN YARANMASININ 89-CU İLDÖNÜMÜNƏ VƏ POLİS AKADEMİYASININ 2006-2007-Cİ TƏDRİS İLİNİN BURAXILIŞINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ
-Əziz zabitlər!

Əziz generallar!

Əziz polis əməkdaşları!

Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini Azərbaycan polisi günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram.

89 il bundan əvvəl Azərbaycan Demokratik Respublikası tərəfindən Azərbaycanda ilk polis orqanı yaradılmışdır. O vaxt Azərbaycan müstəqilliyə qovuşan bir ölkə idi. Ancaq müstəqilliyimiz cəmi iki il davam etdi. Ondan sonra xarici qüvvələr Azərbaycanı yenidən işğal etdi və demokratik respublika süqut etdi. Bu tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi. Çünki o illərdə də cəmi ikinci ilini yaşayan müstəqil Azərbaycan öz dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycanda gedən xoşagəlməz proseslər, total böhran, xaos, anarxiya faktik olaraq Azərbaycanı parçalayırdı. Ölkəmizdə inkişaf üçün heç bir əsas yox idi. O illərdə Azərbaycan xalqı öz müdrikliyini göstərərək, ulu öndər Heydər Əliyevə müraciət etmiş, onu Azərbaycana siyasi rəhbərliyə dəvət etmişdi. Ondan sonra, 1993-cü ildən başlayaraq, Azərbaycan öz inkişaf yolunu uğurla davam etdirdi. Bütün xoşagəlməz proseslərin qarşısı alındı, xüsusilə polis orqanlarında fəaliyyət göstərən səriştəsiz, bacarıqsız, kriminal ünsürlərdən təmizlənmə getdi və beləliklə, bütün cəmiyyət normal yaşamağa başladı.

O vaxt polis orqanlarının çox böyük əhəmiyyəti var idi. Hər bir ölkənin polis orqanları çox böyük rola malikdir, o cümlədən də Azərbaycanda. Əfsuslar olsun ki, müstəqillik bərpa olunandan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Bir daha demək istəyirəm ki, orqanların rəhbərliyinə heç bir bacarığı, biliyi olmayan adamlar gətirilmişdi. Onlar bir çox hallarda nəinki cinayətkarlığa qarşı mübarizə aparmırdılar, hətta özləri cinayətlər törədirdilər. O illər hamımızın yadındadır. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri idi, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər. Belə olan halda heç bir inkişafdan, sabitlikdən, heç bir irəliləyişdən söhbət gedə bilməzdi. Bütün cəmiyyətdə olduğu kimi, polis orqanlarında da təmizləmə aparıldı və bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır.

Hər bir ölkədə polis orqanlarının çox böyük əhəmiyyəti var. İlk növbədə, cinayətkarlığa qarşı mübarizə daha da güclənməlidir. Bu sahədə böyük uğurlar var. Azərbaycanda kriminogen vəziyyət bütün MDB məkanında və hətta geniş mənada bölgədə ən müsbətdir. Biz bunu həm statistik göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük. Azərbaycanda insanlar rahat yaşayırlar. Azərbaycanda sabitlik var, ictimai təhlükəsizlik var. İnsanlar günün istənilən vaxtında - gündüz, günorta, gecə rahat gəzirlər, dincəlirlər. Yəni, bütün bunlar Azərbaycanın reallıqlarıdır. Biz bütün bunları əldə etmişik. Ulu öndər Heydər Əliyev siyasəti nəticəsində, onun Azərbaycana xidmətləri nəticəsində biz bu gün bunu yaşayırıq və Azərbaycanı, müstəqil dövlətimizi daha da gücləndiririk.

Ancaq, yenə də deyirəm, bütün dövrlərdə belə deyildi. 1990-cı illərin əvvəllərində ölkəmiz çox böyük təhlükələrlə üz-üzə qalmışdı və müstəqilliyimizi əldən verə bilərdik. Bu gün isə biz öz inkişaf dövrümüzü yaşayırıq. Polis orqanlarının bu işlərdə çox əhəmiyyətli vəzifələri vardır.

Dövlət tərəfindən polisə qayğı artır. Polisin məişət problemləri həll olunur. Biz bu sahəyə böyük diqqət göstəririk, mütəmadi qaydada maaşlar qaldırılır. Polis orqanlarında çalışan insanların sosial məsələləri bundan sonra da mütəmadi qaydada həll olunacaq, maaşlar bundan sonra da artırılacaqdır. Polis orqanlarında çalışan insanlar bütün sosial-məişət problemlərinin həlli baxımından ən yüksək səviyyədə olmalıdırlar. Çoxlu avadanlıq, texnika alınır, müasir tələblərə uyğun avadanlıq polisi gücləndirir. Biz müasir dövlət qururuq. Azərbaycanın hər bir sahəsi, hər bir sektoru ən müasir tələblərə cavab verməlidir. Bu məqsədlə çox böyük işlər görülür, xüsusi vəsait ayrılmışdır və bundan sonrakı illərdə də polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi işlər görüləcəkdir. Bunu etməyə bizim maddi imkanlarımız var. Azərbaycanın artan iqtisadi potensialı bizə istənilən məsələnin həllinə imkan yaradır. İqtisadi potensialın artması da öz növbəsində, Azərbaycanda bərqərar olunmuş sabitliyin nəticəsidir. Bu, başlıca şərtdir. Sabitlik olmayan ölkələrdə, ictimai təhlükəsizlik olmayan bir ölkədə heç vaxt heç bir inkişafdan, nə siyasi, nə də iqtisadi inkişafdan söhbət gedə bilməz.

Bu gün bizim uğurlu iqtisadi və siyasi işlərimizin, bu sahələrdə aparılan siyasətin təməlində Azərbaycanda mövcud olan sabitlik dayanır. Biz bunu gündəlik həyatda da görürük. Ardıcıl üç ildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir və bu proses davam edir. Azərbaycanda çox böyük quruculuq, abadlıq işləri aparılır, çox gözəl ab-hava var. İctimai vəziyyət çox gözəldir. Xalqla iqtidar arasında əlaqələr çox yüksək səviyyədədir. Bizim həyata keçirdiyimiz bütün proqramlar Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasına yönəldilibdir.

Nəhəng infrastruktur layihələri, transmilli enerji layihələri, neft-qaz kəmərləri, nəqliyyat infrastrukturunun möhkəmlənməsi Azərbaycanı regionun mərkəzinə çeviribdir. Bu, artıq reallıqdır və bunu biz öz ardıcıl fəaliyyətimizlə, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətimizlə, Azərbaycanda aparılan çox düşünülmüş və çoxşaxəli iqtisadi islahatlarla qazanmışıq. Bütün bu uğurlar göydən düşmür. Bunu etmək üçün ardıcıl şəkildə iş aparmaq lazımdır, çox düşünülmüş proqramlar icra olunmalıdır və hər bir sahədə inkişaf da göz qabağındadır. Bütün bunların müxtəlif səbəbləri var, amma bir də demək istəyirəm ki, əsas başlıca səbəb Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyətin mövcud olmasıdır.

Bir daha vurğulamaq istəyirəm ki, polis orqanlarının hər bir cəmiyyətdə çox böyük funksiyaları var. Onlardan biri də daxili sabitliyi qorumaq, asayişi qorumaq, cinayətkar dəstələrə qarşı barışmaz mübarizə aparmaqdır. Ölkədə vəziyyəti gərginləşdirmək istəyən, qanunsuz yollarla hakimiyyəti dəyişmək istəyən qüvvələrə qarşı barışmaz mübarizə aparmaqdır. Bunların hamısı Azərbaycanın tarixində yaşandı. Həm 1990-cı illərin əvvəllərində və bir də 2005-ci ildə.

Hamımız yaxşı xatırlayırıq, 2005-ci ildə parlament seçkiləri ərəfəsində Azərbaycanda vəziyyət bəzi cinayətkar ünsürlər və “siyasətçilər” tərəfindən süni şəkildə gərginləşdirilirdi. Buna siyasi səhnədə heç bir uğur qazanmayan və bütün nüfuzunu itirmiş “siyasətçilər” cəhdlər edirdilər. Onları maddi cəhətdən dəstəkləyən rüşvətxor və xəyanətkar məmurlar və bəzi xarici dairələr bu işlərdə iştirak edirdilər. Biz bunların hamısını bilirik. Bilirik ki, o vaxt Azərbaycanda vəziyyətin gərginləşdirilməsi, Azərbaycanda qanuni seçilmiş hakimiyyətin devrilməsi planları da kifayət qədər geniş şəkildə müzakirə olunurdu. Özü də həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda. Biz bütün bunları o vaxt da bilirdik, bu gün də bilirik. Onların bütün planları haqqında bizdə məlumatlar var idi. İndi Azərbaycanda elə bir vəziyyət yaranıb, elə məsələ yoxdur ki, biz onu bilməyək. Azərbaycanda bütün vəziyyət güclü nəzarət altındadır.

Əlbəttə ki, biz bunu bilirdik və öz tədbirlərimizi də görürdük. O vaxt Azərbaycanda “inqilab” etmək istəyən qüvvələrə Azərbaycan dövləti layiqli cavab verdi. İlk növbədə, xalqla iqtidar arasında birlik, Azərbaycan iqtidarının xalq tərəfindən dəstəklənməsi və Azərbaycan iqtidarının xalqa xidmət etməsi onların bütün bu planlarını alt-üst etdi. Digər tərəfdən, Azərbaycanın gücü, Azərbaycan dövlətinin gücü, əlbəttə, bu xoşagəlməz ssenarilərin həyata keçirilməsinə imkan vermədi. Ancaq belə planlar var idi. Təsəvvür etmək çətin deyil ki, əgər onların planları həyata keçsəydi, Azərbaycanı yenidən hansı bəlalar gözləyirdi.

Çevriliş olan ölkələrdə bir neçə il ərzində total böhran yaşanır. Orada inkişafdan söhbət getmir, daxili çəkişmələr qızışır. Orada iqtisadiyyatla məşğul olan yoxdur, sadəcə olaraq, siyasi mübarizə aparılır. Azərbaycanda isə vəziyyət tam başqadır. Biz çox sakit şəkildə öz siyasətimizi aparırıq. İqtisadi potensialımızı gücləndiririk. Regional müstəvidə çox böyük rol oynayırıq. Əgər sabitlik pozulsaydı, Azərbaycanda heç vaxt heç bir böyük layihə həyata keçirilə bilməzdi.

Biz keçən il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd etdik. Əgər Azərbaycanda xaos yaransaydı, heç vaxt xarici investorlar vəsait qoymazdılar. Əgər biz o neft kəmərini inşa etməsəydik, təsəvvür etmək çətin deyil ki, bizim iqtisadi vəziyyətimiz tam başqa olardı. İqtisadi vəziyyət, öz növbəsində, siyasi vəziyyətə də təsir edir. Bu gün Azərbaycan öz xarici və daxili siyasətini tam müstəqil şəkildə aparır. Nəyin hesabına? Onun hesabına ki, biz heç kimdən asılı deyilik. Biz iqtisadi cəhətdən özümüzü təmin edirik. Enerji təhlükəsizliyi baxımından nəinki özümüzü təmin edirik, başqa ölkələrin enerji təhlükəzliyinə dəstəyimizi veririk. Əgər bunlar olmasaydı, əlbəttə, Azərbaycan başqa ölkələrin təsiri altına düşə bilərdi. Çünki iqtisadi cəhətdən asılı olan hər bir ölkə başqa ölkələrin təsiri altına düşür.

Əgər 2005-ci ildə Azərbaycanın düşmənlərinin, daxili və xarici düşmənlərinin planları baş tutsaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri heç vaxt tikilməyəcəkdi və bu gün biz nəinki Avropanın qaz təminatından danışa bilməzdik, hətta özümüzü qazla gücnən təmin edə bilərdik. Xüsusilə görürsünüz ki, bu bölgədə enerji məsələləri necə kəskinləşir.

Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Əgər 2005-ci ildə Azərbaycan hakimiyyəti qanunsuz yollarla dəyişdirilsəydi, buna heç vaxt heç bir tərəf vəsait qoymazdı. Yəni, mən bu siyahını davam etdirə bilərəm. Əsas odur ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır, görülən və gələcəkdə görəcəyimiz bütün işlər Azərbaycan xalqının maraqlarına cavab verir. Azərbaycanda çox güclü dövlətçilik ənənələri yaranıbdır, çox güclü iqtisadi potensial var, siyasi proseslər çox müsbət istiqamətdə inkişaf edir və beləliklə, ölkəmiz dünyanın aparıcı ölkələrinin siyahısına mütləq daxil olacaqdır.

O ki qaldı regional müstəvidə, heç kəs üçün sirr deyil ki, Azərbaycan regionda aparıcı rol oynayır. Ancaq hələ bu, bizim planlarımızın, görülən işlərin birinci mərhələsidir. Görün, iki ildən, beş ildən sonra Azərbaycan hansı dövlətə çevriləcəkdir. Biz bir neçə ildən sonra ölkəmizi iqtisadi cəhətdən güclü, siyasi cəhətdən güclü, öz siyasətini inamla aparan və sosial problemləri həll olunmuş vəziyyətdə görəcəyik.

2005-ci ilə bir daha qayıtmaq istəyirəm. Məhz o vaxt həm Azərbaycan xalqı öz sözünü dedi, həm də Azərbaycan polisi bütün bu qanunsuz hərəkətlərin qarşısını çox cəsarətlə, çox qətiyyətlə və lazım olan şəkildə aldı. Mənim yadımdadır, ondan sonra bəzi xarici təşkilatlar və dairələr bizə təzyiq etməyə çalışdılar. Hətta tələb edirdilər ki, polis işçiləri cəzalandırılsın, onlar həbs olunsunlar, cinayət işləri açılsın. İmkan vermədim. Bütün bu tələbləri rədd etdim və dedim ki, bir nəfər də polis işçisi cəzalandırılmayacaqdır. Çünki onlar öz vəzifə borcunu yerinə yetirir, dövlətçiliyin keşiyində dururdular. Onlar qanunsuz cinayətkar hərəkətlərin qarşısını alırdılar. Mən bu gün də Azərbaycan polisini dəstəkləyirəm, polisin inkişafı üçün bütün lazımi tədbirləri görürəm. Həm polisin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün, həm sosial problemlərinin həlli üçün və həm də cəmiyyətdə nüfuzunun qaldırılması üçün.

Ancaq polis işçiləri də, əlbəttə, öz fəaliyyəti ilə, öz hərəkətləri ilə elə etməlidirlər ki, xalq tərəfindən daha da böyük hörmətə layiq olsunlar. Ona görə müasir tələblərə uyğun şəkildə polis kadrları hazırlanmalıdır. Biz müasir ölkə qururuq, Avropaya inteqrasiya edirik. Avropa İttifaqı ilə beşillik qonşuluq proqramına qoşulmuşuq. Yəni, Azərbaycanda növbəti beş ildə bütün meyarlar Avropa İttifaqının meyarlarına ya uyğun, yaxud da ona çox yaxın olmalıdır. O cümlədən, hüquq mühafizə orqanları sahəsində. Ona görə Azərbaycan polisinin həm maddi-texniki təchizatı, həm avadanlığı, həm də hərəkətləri, ən əsası isə, işi, qabiliyyəti, peşəkarlığı dünyanın ən yüksək standartlarına cavab verməlidir.

Polis həm qətiyyətli olmalıdır, cinayətkarlara qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda, insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir. Çünki biz hamımız, dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz hərəkətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək. Onun problemlərini həll edək, dərdlərini dinləyək, ona kömək edək. Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə bu, mənim əsas tələbimdir: həm qətiyyət olmalıdır, çox böyük peşəkarlıq olmalıdır, həm də polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdırlar. Belə olan halda, siz Azərbaycan xalqının daha da böyük rəğbətini qazanacaqsınız.

Bu işlərdə Polis Akademiyasının böyük rolu var. Mən bu gün çox şadam ki, burada gördüyüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər.

Əziz dostlar, mən bu əlamətdar gündə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir də demək istəyirəm ki, Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur. Bizim əsas gücümüz Azərbaycan dövlətçiliyidir, Azərbaycanın müstəqilliyidir, müstəqil ölkə kimi inkişafımızdır. Biz bu gün bunu çox böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan müstəqil ölkə kimi dünyada öz yerini tuta bildi. Bizim ardıcıl inkişafımız, siyasi və iqtisadi qələbələrimiz, əlbəttə ki, bizə yeni uğurlar gətirəcəkdir.

Mən bu bayram günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş polis işçilərinin xatirəsini bir daha yad etmək istəyirəm. Mindən çox polis işçisi müharibədə şəhid olmuşdur. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz ordumuzu gücləndiririk, iqtisadi potensialımızı gücləndiririk. Biz hazır olmalıyıq ki, doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək və bu günə yaxınlaşırıq. Həm diplomatik, həm siyasi uğurlarımız, həm də Azərbaycanın artan rolu, artan iqtisadi potensialı və ilk növbədə, beynəlxalq hüquq normalarının mövcud olması, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirir.
Biz münaqişənin yalnız və yalnız beynəlxalq hüquq əsasında həll olunmasını tələb edirik və çox şadıq ki, bütün dünya ictimaiyyəti bizim mövqeyimizi dəstəkləyir. Biz bu dəstəyi hiss edirik. Düzdür, bu dəstək hələ kifayət deyil ki, biz öz ərazi bütövlüyümüzü bərpa edək. Amma siyasi dəstək bir tərəfdən, iqtisadi və hərbi güc digər tərəfdən, əlbəttə ki, məsələnin bizim xeyrimizə həllinə gətirib çıxaracaqdır.
Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaqdır. Bizim ərazi bütövlüyümüz qeyd-şərtsiz bərpa olunmalıdır. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Amma bununla bərabər, bütün bu illər ərzində öz hərbi gücümüzü gücləndirmişik. Bu gün Azərbaycan hərbi cəhətdən bölgədə ən güclü ölkədir. Bir neçə ildən sonra isə bizim qabağımızda heç kim dura bilməyəcəkdir. Bunu Ermənistanda da yaxşı başa düşürlər. Sadəcə olaraq, onlar özlərində cəsarət tapmalı və onlara məxsus olmayan torpaqlardan öz xoşları ilə çıxmalıdırlar. Belə olan halda, müharibə olmayacaq, belə olan halda sülh olacaq və bizim soydaşlarımız öz doğma torpaqlarına rahat şəkildə qayıdacaqlar. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma o yolun, əlbəttə ki, böyük çətinlikləri, böyük itkiləri olacaqdır. Heç kim istəmir ki, itkilər olsun, heç kim istəmir ki, şəhidlər olsun. Amma, eyni zamanda indiki vəziyyətlə biz heç vaxt barışa bilməyəcəyik. Biz güc toplayırıq, güclənirik və istənilən anda istənilən əməliyyatı keçirməyə hazırıq.
Sizi bir daha təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.
Sağ olun.
/Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı/.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib