Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYANIN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 31-də Prezident sarayında Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Rusiya Prezidentin Xəzər dənizinin statusunun tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.

        Dövlətimizin başçısı Heydər Əliyev  qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

        - Hörmətli Viktor İvanoviç, hörmətli qonaqlar, şadam ki, yay istirahətə çıxmağınıza baxmayaraq, yenə də bizim hamımız üçün çox mühüm məsələlərlə məşğul olursunuz. Hesab edirəm ki, Rusiya Prezidentinin Xəzər dənizi üzrə özünün xüsusi nümayəndəsini,  üstəlik, Viktor İvanoviç Kalyujnı  belə təcrübəli neftçini təyin etməsi bu prosesi irəlilədir. Doğrudur, ləng olsa da, hər halda, irəlilədir. Əvvəllər ümumiyyətlə heç bir irəliləyişin olmaması ilə müqayisədə, bunu müsbət nəticə hesab etmək olar.Mən Sizə təşəkkür edirəm ki, Xəzəryanı ölkələrə səfərə çıxır və hər bir ölkənin mövqeyini aydınlaşdırmaqla məşğul olursunuz. Zənnimcə, burada başlıcası xalq hüquq prinsipidir. Buna baxmayaraq, hər bir ölkənin öz mövqeyi, öz baxışları var. Məncə, bu, ona gətirib çıxaracaq ki, biz Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar, hər necə olsa, vahid rəyə gələcəyik. Biz əvvəlki görüşlərimizdə də, Prezident Vladimir Vladimiroviç Putinlə cari ilin yanvarında burada görüşərkən də bu barədə danışmışıq. Sonra biz Soçidə görüşdük və belə bir yekdil fikirdə olduq ki, hüquqi status anlayışı ilə bağlı bütün məsələlər kompleksini həll etmək çətindir və ona görə də ilk növbədə mineral ehtiyatların, əslində, artıq çoxdan başlanmış olan işlənilməsi üçün dənizin dibi məsələsini həll etmək lazımdır. Buna görə də hesab edirəm ki, biz əsas diqqətimizi bu məsələlər vzərində cəmləşdirməklə və məsələlərin məhz bu hissəsinin həllinə nail olmaqla digər məsələlərin həllinə doğru irəliləyə bilərik.

        Rusiyadan çox şey asılıdır. Rusiya ən böyük Xəzəryanı ölkədir, onun böyük təcrübəsi və Sizin kimi çox təcrübəli mütəxəssisi var. Odur ki, Sizdən çox şey asılıdır.

        Viktor Kalyujnı səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:

Heydər Əliyeviç, Sizinlə növbəti dəfə görüşmək imkanına görə sağ olun. Sizinlə görüş gələcək müsbət addımlar üçün bir növ stimulyatordur. Ona görə ki, prezidentlə görüşərkən necə irəliləmək üçün konkret impulslar alırsan. Üstəlik, Sizinlə - məsələnin nəinki iri cəhətlərinə, həm də ən kiçik məqamlarına diqqət yetirən şəxsiyyətlə görüş ikiqat faydalıdır, çünki bu məqamlarsız iri məsələlərin həlli mümkün deyildir. Bir sözlə, Sizinlə görüş ikiqat faydalıdır.

Ona görə də biz həmişə buraya gələrkən bütün mövzular barəsində fikir mübadiləsi aparmaq üçün bu görüşü ümidlə gözləyirik. Mən Sizinlə tam razıyam ki, bu məsələnin həlli uzadılır. Hesab edirdim ki, hər şey daha asan, daha tez başa gələr, amma  biz bu prosesi uzatmaqla indiki mərhələdə özümüzə müəyyən dərəcədə çətinliklər yaradırıq.

        Xəzəryanı dövlətlərlə münasibətlərdə iş elə gətirmişdir ki, biz fikir mübadiləsi apararaq, hər bir ölkəyə səfəri müzakirə edirik. İş elə gətirdi ki, İranın nümayəndəsi bizdə oldu, öz planlarından, Azərbaycana, Türkmənistana edəcəyi səfərindən danışdı, məsləhətləşmək və gələcək addımlarımızı müzakirə etmək üçün bizi İrana dəvət etdi. Təbii ki, biz bu dəvəti qəbul etdik, orada olduq və Bakıya gəlməyə bilməzdik. Azərbaycana səfərimizin proqramı çox zəngin oldu, Xarici İşlər Nazirliyində görüşlər keçirildi, problemi, indi Xəzərdə yaranmaqda olan vəziyyəti kifayət qədər geniş müzakirə etdik. Sizə məlumat vermək istərdik ki, zirvə görüşünəgedən yolda yeni mərhələ başlanır. Sizin Tehrana səfəriniz hamı üçün tarixi hadisədir - xüsusən 23 iyul hadisəsindən sonra - və biz bu barədə İranda açıq danışdıq. İran nümayəndəsi cənab Əhani ilə hələ Moskvada görüşərkən dedim ki, bu vəziyyətdən ən ləyaqətli bir şəkildə Azərbaycan çıxdı, o, sizə üstün gəldi, Sizin oraya getmək qərarınız isə ikiqat qələbədir. Təbii ki, bu səfərin necə hazırlandığını bilmək bizim üçün maraqsız deyildir.

        Biz öz mülahizələrimizi söyləmək istərdik. Heydər Əliyeviç, demək istəyirəm ki, İrana səfərimiz yaxşı oldu. Bizim tamamilə işgüzar, dostluq münasibətlərimiz yaranmaqdadır. Biz kifayət qədər açıq deyirik ki, aramızda gizli mövzular yoxdur. Demək istəyirəm ki, - bu barədə mətbuatda da demişəm, - belə addım atmalarına baxmayaraq, onlar -İran nümayəndələri buna ürəkdən  təəssüflənirlər, Sizin bu hadisəyə göstərdiyiniz münasibətdən razıdırlar. Əlbəttə, onlar belə şey gözləmirdilər və Sizin mövqeyinizi, reaksiyanızı, Əhani ilə görüşünüzü, fikrinizi, sadəcə olaraq, heyranlıqla qarşılayırlar. Mən bunu Sizə açıq deyə bilərəm ki, onlar həmin hadisənin necə həll edildiyindən razıdırlar. Ona görə də indi İranda ictimai rəy məsələnin həlli yolunda irəliləyişə başlamağa meyllidir.

Əlbəttə, Sizin dediyiniz kimi, məsələnin nizama salınmasında Rusiyanın və onun xüsusi nümayəndəsinin rolu böyükdür.  Bəli, mən hesab edirəm ki, əlbəttə, Rusiya fəallıq göstərir, yollar, kompromisli variantlar axtarır, lakin elə bir mərhələ gəlib çatmışdır ki, indi əsas sözü kifayət qədər ciddi şəkildə Azərbaycan deməlidir. Sizin mövqeyiniz qarşıdakı zirvə görüşünün həll etməli olduğu bir çox məsələlərə cavab olmalıdır.

Heydər Əliyev: Əlbəttə, çox da razı deyiləm ki, indiki halda siz mənim İranda olacaq görüşümün imkanlarını həddindən artıq qiymətləndirirsiniz. Ona görə ki, bütün beş Xəzəryanı ölkə eyni dərəcədəsəylər göstərməlidir və bu məsələnin həllində Azərbaycan, Rusiya vəİran  kimi hər bir ölkənin də marağı var. Amma onlar bu məsələnin dünya təcrübəsinə müvafiq surətdə, ən çox da beynəlxalq hüquqa müvafiq surətdəədalətlə həll edilməsində maraqlıdırlar. Hər bir ölkənin məsələyə məhz bu mövqelərdən yanaşa bilməsi üçün, şübhəsiz, biz hər şeyi aydınlaşdırmalı vəbir-birimizə kömək etməliyik. Əgər bu prinsiplər bir kənarda qalsa və hər bir ölkə öz iradi qərarının düzgün hesab etsə, onda, əlbəttə, bu məsələdə qəti qərara, konsensusagəlmək çətin olacaqdır. Əlbəttə, hesab edirəm ki, mənim İrana səfərim bu məqsəd üçün deyil, çoxdan planlaşdırılmışdır. İki-üç il əvvəl planlaşdırılmışdır, artıq neçə ildir gündəlikdədir, lakin onu həyata keçirmək heç cür mümkün olmurdu. Mənim səfərim hətta bu hadisədən dəəvvəl, İranda Prezident seçkilərindən dəəvvəl gündəlikdə dururdu. Ancaq qərara gəlmişdim ki, seçkilər keçirilib qurtarsın, prezident seçilsin. Bilirdim ki, cənab Xatəmi seçiləcəkdir, bundan sonra isə oraya getmək və yeni hökumətlə görüşüb danışmaq olardı.

        Əlbəttə, Tehranda görüşümüzün və danışıqlarımızın mühüm məsələlərindən biri də bu məsələ  olacaqdır. Amma bu, iki ölkənin deyil, beş ölkənin məsələsidir. Biz hamımız səylərimizi birləşdirməliyik. Bütün beş Xəzəryanı ölkə ekspertlərinin görüşü Astanada, sentyabrın 18-nə təyin olunmuşdur. Istərdim ki, həmin vaxtadək hər bir ölkə nə etmək barədə düşünsün. Əgər ekspertlər Astanada hər hansı bir razılığa gəlsələr, onda dövlət başçıları üçün artıq heç bir çətinlik olmayacaqdır. Dövlət başçıları məsələləri öz aralarında müzakirə edə, fikir mübadiləsi apara, mübahisə eləyə bilərlər, ancaq həmin məsələdə başlıcası, bu işə, təkrar edirəm, beynəlxalq hüquq mövqelərindən, təşəkkül tapmış praktika mövqelərindən yanaşan mütəxəssislər, ekspertlərdir. Bir sözlə, mən çalışacağam. Lakin mən ekspertlərin sentyabrın 18-də Astanada keçiriləcək görüşünə çox böyük ümidlər bəsləyirəm.

        Viktor Kalyujnı: Bəli, Heyldər Əliyeviç. Bilirsinizmi, İrandakı görüşdən nə üçün danışdım? Axı, ən böyük üstünlük bundadır ki, biz Sizinlə ya “hə”, ya “yox” deyə bilən, yaxud bundan sonra necə işləmək barədə məsləhət verə bilən bir insan kimi görüşürük. Biz İrana gedəndəorada vəziyyət bir qədər başqa cür olur. Orada biz Xarici İşlər Nazirliyi səviyyəsində işləyirik və son instansiyaya çıxmırıq. Həmin səviyyədə bizə təqdim olunanları heç özümüz də bilmirik ki, necə təqdim edirlər. Ona görə də bu baxımdan saysız-hesabsız problemlər, hətta bəlkə dərazılaşmamalar, anlaşılmazlıqlar mövcuddur. Siz bu problemə dərindən bələd olduğunuza görə, məsələnin indiki vəziyyətini nəzərə almaqla, onun haqqında danışmaq Sizin üçün asandır. Istərdik ki, bu istiqamətdə də belə olsun.

Razıyam ki, bu qərar beş dövlətin qərarı olmalıdır və bundan heç yana qaça bilməzsən, baxmayaraq ki, bizi daim üçlükdə və ya dördlükdə yığışmağa təhrik edirlər. Mən həmişə demişəm ki, bu görüş yalnız beş Xəzəryanı dövlətin görüşü olmalıdır, burada heç bir kompromis ola bilməz. İndi, əslində, dördlük işləyir, Türkmənistan bizimlə işləmir, öz qınına qapanmışdır. O, ekspertlər səviyyəsində işləməyə imkan vermir, bəzən özü telefon dəstəyini götürüb prezidentlərə zəng vurur. Axı, bu, işçi qrupları səviyyəsində işləməyə imkan vermir. Ona görə dəəslində dördlük işləyir. Bu da  işimizi çətinləşdirir və ləngidici amildir, bunun üstündə bizi tənqid edib deyirlər ki, biz bu məsələnin həllini uzatmışıq. Türkmənistan işləmək istəmir, müşahidə edir və yumşaq desək, prosesə daha çox əngəl törədir. Ona görə də deyirdik ki, indi zirvə görüşünün lazım olduğu bir mərhələyə gəlib çıxmışıq.

        Heydər Əliyev: Bəli, zirvə görüşü gərəkdir.

        Viktor Kalyujnı: Bəli, bu görüş ona görə gərəkdir ki, Türkmənistan problemini də müəyyən dərəcədə həll edəcəkdir. Biz ona deməliyik ki, əgər beşlik haqqında qərar qəbul etmişiksə, sən də iştirak etməlisən, adamların işləməsinə imkan verməlisən. Bu, bizim yeğanə xahişimiz və müəyyən dərəcədə tələbimizdir, çünki bu məsuliyyət bizim üzərimizə düşür. Sizin səfərinizin oynamalı olduğu roldan və zirvə görüşünün hazırlanması üçün bizə iş  variantında kömək etməsindən də ona görə danışıram.

        İşçi qrupuna gəldikdə isə, demək istəyirəm,  biz artıq hamı ilə razılığa gəlmişik ki,  zirvə görüşü ərəfəsində bütün sənədləri ikitərəfli formatda hazırlamaq üçün, sentyabrın 18-dən 20-dək olan dövrdə inandırmalara, mübahisələrə hədər yerəvaxt sərf etməmək, yəni  hər şeyi artıq qabaqcadan hazırlamaq və hər hansı mübahisəli xırda anlaşılmazlıqları sonraya saxlamaq üçün sentyabrın 18-nə qədər işçi qrupları mübadiləsi aparacağıq. Biz işçi qruplarının görüşlərinə artıq yeni baxımdan yanaşmağa başlamışıq. Açığını desək, bizi Türkmənistan hələ də narahat edir. Düşünürəm ki, onların mövqeyi kifayət qədər çevik və konstruktiv deyildir. Başa düşürəm, hər bir kəsin  öz rəyinə malik olmaq hüququ var və biz bu hüquqa hörmət etməliyik, lakin bu rəy məntiqi və aydın olmalıdır. Axı, bunun beynəlxalq praktikada da təsdiqi var. Amma bildiriləndə ki, Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında işləri dayandırmalıdır, bu, artıq ciddi söhbət deyildir. Dayandırmalıdır nə deməkdir? Axı, bu layihə, demək olar, yeddi ildir həyata keçirilir, artıq nəticələr də var.

      Vladimir Vladimiroviç Putinlə axırıncı söhbət zamanı bu məsələyə ayrıca toxunarkən Niyazov dedi ki, əgər biz hətta məsələni həll etməsək də, mübahisəli ərazidə işin dayandırılmasına nail olsaq, artıq bunun özü müvəffəqiyyət olacaqdır. Mən Sizə demək istəyirəm ki, Rusiya bu fikri dəstəkləmir, çünki bizim özümüzün də Qazaxıstanla mübahisəli məsələmiz var. Odur ki, həyatın gedişini dayandırmaq olmaz. Əgər Türkmənistan status problemini hətta Rusiyadan da fəal həll etsəydi, onda problemin həlli müddətini, məsələn, yanvarın 1-dək müəyyən etmək olardı, biz isə onu yanvarın 1-dək həll etməliydik. Artıq bu halda prosesin müəyyən dərəcədə ləngiməsindən danışmaq mümkün olardı.                                     

Əgər Xəzərin statusu məsələsinin nə vaxt həll ediləcəyi məlum deyilsə, bu, müxtəlif fikir ayrılıqlarına, qeyri-ciddi münasibətə gətirib çıxarır. Ona görə də biz müvafiq sənəd hazırlayırıq. Mənim şəxsi fikrim belədir ki, biz mübahisəli məsələləri məntiqə uyğun həll etməli, öz aramızda müzakirə etməli və bununla da gələcək səmərəli işə təkan verməliyik.

        Mən qəti əminəm və Vladimir Vladimiroviçdən xahiş edəcəyəm ki, tələbələr kimi bizə də vaxt qoymaq lazımdır. Biz  müəyyənləşdirməliyik ki, status məsələsinə, məsələn hansısa müddətdə, yəni 2002-ci ilin birinci yarısında nöqtə qoymalıyıq. Hamımız bunu edərik.Əgər müddət qoyulmasa, onu hərə öz bildiyi kimi uzadacaqdır.Axı, Rusiya ilə Azərbaycan arasında saziş lap son məqamda imzalanmışdır, çünki müddət qoyulmuşdu və onu pozmaq olmazdı. Biz buna psixoloji cəhətdən hazırıq, belə ritmdə yaşayırıq. Ona görə mən bunu Sizdən də xahiş edərdim. Nazarbayevlə Putin arasında söhbət zamanı bu məsələni Qazaxıstan Prezidenti də qaldırdı. Biz müddət təyin etməliyik və artıq bundan sonra işimizi ayrı cür intensivləşdirməyə başlayacağıq. Ona görə də mən bunu

Vladimir Vladimiroviçdən də xahiş edəcəyəm.

Heydər Əliyev: Mən razıyam. Hətta işçi qrupunun ayın 18-dəki görüşünün hansı nəticəyə gətirib çıxaracağından asılı olmayaraq, razıyam ki, biz zirvə görüşünü keçirməliyik. Ona görə ki, biz bu görüşdə hətta razılığa gəlməsək də, bir çox məsələlərə aydınlıq gətirəcəyik və işi davam etdirəcəyik. Mən bununla razıyam. Sizin təklifiniz doğrudur.

        VİKTOR KALYUJNI: Heydər Əliyeviç, daha bir məsələdən danışmaq istərdim. Indi zirvə görüşünün başqa vaxta keçirilməsi barədə  çoxlu söz-söhbət gedir. Biz hər yerdə deyirik ki, zirvə görüşü başqa vaxta keçirilməyibdir. Onun keçirilməsinin vaxtı da hələ müəyyənləşdirilməyibdir. Deyirəm ki, hələ payız nə başlayıb, nə də qurtarıbdır. Indi bayram süfrəsi açıb onu işgüzar söhbətlərlə doldurmaq olmaz. Bununla belə, hər halda, Aşqabadın görüş yeri kimi qaldığını və bu vəziyyəti nəzərə alaraq, görüşün müddətinin razılaşdırılması məsələsini Niyazovun uzatmaması üçün onu hansı yolla hərəkətə gətirmək barədə işgüzar səviyyədə düşünürük. Çünki bunu şəxsən o etməli və bu məsələni uzatmamalıdır. Əks halda, onun mövqeyi barədə qeyri-müəyyənlik yaranır. O, məsələni uzada bilər. Amma mən düşünmürəm ki, prezidentlərdən kimsə, məsələn, Putin və ya başqa birisi  zəng edib deyər ki, gəlin, görüşək. Ona görə də Sizdən xahiş edərdim, əgər mümkünsə, İran Prezidenti Xatəmi ilə söhbət zamanı deyəsiniz ki, o, Türkmənistanla münasibətlərin bəzi incə məqamlarını nəzərə alaraq, özünün bu görüşə hazır olduğunu bildirsin. Sizdən xahiş edərdik ki, bu  məqamlardan istifadə olunsun.

        Heydər Əliyev: Mən bunu hökmən edəcəyəm. Ancaq zirvə görüşü barəsində ümumi razılaşma olmayıbdır. Türkmənistan Prezidenti bəyan etmişdi ki, zirvə görüşü oktyabrın 27-də Aşqabadda keçiriləcəkdir. O isə həmin gün Türkmənistanın müstəqilliyinin on illiyini bayram edir. Yaxşı, biz işgüzar görüş keçirməyə gələcəyik, yoxsa müstəqilliyin on illiyini birlikdə qeyd etməyə toplaşacağıq? Qırğızıstan on illiyini qeyd etdi, Ukrayna qeyd etdi. Ukrayna səfirliyi həmin bayramla əlaqədar bu gün burada tədbir keçirir. Tezliklə Özbəkistan, sonra da Qazaxıstan qeyd edəcəkdir. Biz oktyabrın 18-də qeyd edəcəyik. Əgər biz öz milli bayramımıza digər ölkələrin prezidentlərini dəvət etsək və eyni zamanda, ayrı bir tədbir keçirsək, bu nə olar? Mən bilmirəm, kim necə keçirir, lakin biz bunu dəbdəbəsiz edəcəyik. Bəzi yerlərdə böyük paradlar, nümayişlər, nə bilim, bir neçə gün davam tədbirlər keçirilir. Əlbəttə, belə bir vəziyyətdə danışıqlar aparmaq heç də münasib deyildir. Ona görə də deyirəm ki, zirvə görüşünü Türkmənistan prinsipcə birtərəfli qaydada təyin etmişdi, elə özü də birtərəfli qaydada başqa vaxta keçirmişdir. Əlbəttə, belə şeylərə dözmək olar, amma  intəhasız yox.

Məsələn, Soçidə görüşün baş tutması üçün MDB dövlət başçıları Şurasının sədri olan Vladimir Vladimiroviç Putin hər birimizlə məsləhətləşmişdi. Əvvəla, bu məsələ Moskvadakı axırıncı görüş zamanı müzakirə edilmişdi, sonra isə onun nümayəndəsi Yarov bütün MDB ölkələrinə getdi və razılaşdırdı, biz hamımız həmin günə razılığımızı verdik və görüşdük. Ona görə də hesab edirəm ki, bu məsələdə də tam bərabərlik olmalıdır. Yoxsa ki, mən bu günə təyin edirəm vəsiz hamınız yığışıb gəlməlisiniz. Hər ölkənin, hər prezidentin öz proqramı, öz problemləri, öz işləri var. Odur ki, burada qarşılıqlı razılıq olmalıdır. Təkrar edirəm, mən hər hansı bir təşəbbüs göstərmək niyyətində deyiləm. Əgər Türkmənistan bu zirvə görüşünü Aşqabadda keçirmək istəyirsə və siz bunun əleyhinə deyilsinizsə, mən Aşqabada getməyə hazıram. Amma bu, beş dövlət arasında çox qəqiq şəkildə razılaşdırılmalıdır. Mən bu fikirləri Tehranda, İran Prezidenti ilə görüşdə, şübhəsiz, bildirəcəyəm.

        Viktor Kalyujnı: Heydər Əliyeviç, sağ olun. Məhz Niyazov Putinlə söhbətdə şübhə etdiyini söylədi ki, Heydər Əliyeviç Aşqabada gəlməyəcəkdir. Putin ona cavab verib dedi: Siz Xatəmi ilə razılığa gəlin, mən isə Heydər Əliyeviçlə danışaram. Sizin indi söylədiklərinizə biz şübhə etmirdik. Ona görə ki, Xəzər məsələsinin tezliklə həllində Azərbaycan hamıdan çox maraqlıdır. Söylədiyiniz fikirlərə görə sağ olun. Biz hər yerdə deyəcəyik ki, Heydər Əliyev öz iştirakını şəxsən təsdiqləmişdir.

        Heydər Əliyev: Viktor İvanoviç, görünür, insanlar başqaları barəsində özləri fikirləşdikləri kimi düşünürlər. Bəyan edirəm ki, bu beşlik harada toplaşırsa-toplaşsın, mən onun tərkibindəyəm.

        Onun belə deməyə bəlkə də hansısa əsasları var. Çünki 1998-ci ildə Bakıda İpək yoluna dair beynəlxalq konfrans kecirilərkən 32 ölkənin nümayəndələri, o cümlədən 9 prezident buraya gəldiyi, 14-15 beynəlxalq təşkilat təmsil olunduğu halda, onların arasında ancaq Türkmənistanın nəinki Prezidenti, hətta nümayəndə heyəti də yox idi. Lakin eyb etməz, biz bunsuz da ötüşdük. Əlbəttə, mən heç zaman belə mövqe tutmamışam. Mən hamının lazım  bildiyi yerə gedəcəyəm.

        Viktor Kalyujnı: Heydər Əliyeviç, buna görə sağ olun. Daha bir incə mətləbdən danışmaq istərdim. Xəzərin statusunun müzakirəsi zamanı hər dövlətin öz rəyi olduğuna görə, təbii ki, fikir ayrılıqları da var. Xəzərin statusunun həlli məsələsində Rusiya ilə Azərbaycan və Qazaxıstan arasında kifayət qədər ciddi olan müsbət təmas nöqtələri var. Bilirsiniz ki, Xəzərin cənub hissəsi özünü bir qədər başqa cür aparır. Zənnimizcə, onların tutduqları mövqe çıxılmaz vəziyyətdir. Mən bunu qeyri-diplomatik sözlərlə demişəm və buna görə məni tənqid ediblər. Diplomatiyada “çıxılmaz vəziyyət” demək olmaz.  Əlbəttə, biz istənilən halda kompromisli qərarlar, kompromisli variantlar axtarırıq. Ona görə də Sizdən xahiş edərdik, Azərbaycanın və Rusiyanın öz mövqeyinin olmasına baxmayaraq, - bu mövqe sarsılmazdır və Rusiya bu bəyanatdan və orada əksini tapmış əsaslardan geri çəkilməyəcəkdir, - kompromisli variant axtarışı yolunu istisna etməyəsiniz. İstərdik, Siz öz qrupunuza tapşırasınız ki, onlar cənub variantını necə həll etmək barədə hər gün düşünsünlər.

Çünki bu məsələni bir dəfəyə həll etmək mümkün olmayıbsa, hesab edirəm ki, onun addımbaddım həlli variantı istisna deyildir. Nəyə görə? Ona görə ki, biz ikitərəfli əlaqələrə keçmişik. İndi İran buna görə bizi qınayır. Deyirlər ki, siz bizsiz Azərbaycanla sənəd imzalamısınız. Deyirəm, axı, biz sizinlə Türkmənistanı         istəmədiyiniz bir şeyə inandıra bilmərik. Ona görə də biz ikitərəfli qaydada işləməyə başlamışıq. Həyat öz axarı ilə gedir, dövlətlərin iqtisadi inkişafı da irəliləyir və bu prosesi dayandırmaq qeyri-mümkündür. Ona görə də addımbaaddım variantı, zənnimcə, mümkündür və biz artıq kompromislər barəsində düşünürük. Bizdə də cənub hissəsi ilə bağlı məsələnin kompromisli həllinin variantları var. Belə başa düşdüm ki, açıqlamaq istəmədiyim söhbət barəsində fikrimi söyləmək imkanım olacaqdır. Lakin istərdim ki, Sizin məsul adamlarınız kompromislər barədə düşünsünlər.

        Heydər Əliyev: Viktor İvanoviç, bilirsinizmi, bizim cəmiyyət “kompromis” sözünü xoşlamır. Çünki biz Ermənistanla Azərbaycan arasında münaqişə problemini həll etməyə çalışırıq. Bilirsiniz ki, Ermənistan ərazilərimizin 20 faizini işğal etmişdir. Bir milyon vətəndaşımız oradan didərgin salınmışdır, çadırlarda yaşayır, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Həmsədrlər var - Rusiya, ABŞ, Fransa. Minsk qrupu var, buraya 12 dövlət daxildir. Bu qrupu ATƏT yaratmışdır. Biz zirvə görüşlərində, beynəlxalq təşkilatlarda - ATƏT-də, BMT-də onların hər bir dövlətin sərhədlərinin, ərazi bütövlüyünün pozulmazlığı prinsipləri mövqelərində möhkəm dururuq. Bu, əsas prinsipdir. Lakin Ermənistan bu prinsipləri tapdalamışdır.

        Son iki ildə kompromis axtarmaq məqsədi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər keçirilir. Əlbəttə, hər bir işdə kompromis ola bilər, lakin o, ədalətli olmalıdır. Kompromis bir tərəfə deyil, hər iki tərəfə aid olmalıdır. Əgər kompromisəancaq bir tərəf gedirsə, bu, artıq kompromis deyil, güzəştdir. Ona görə də iki ildən artıqdır ki, biz “kompromis, kompromis” dedikdə, xalqımız bu sözü eşitmək istəmir. Bu söz bizi bezikdirmişdir. Siz isədaha bir kompromis cəbhəsi əlavə edir, açırsınız.

        Əlbəttə, mən sizi fikrinizdən yayındırmıram. Lakin eyni zamanda bu məsələ çox diqqətlə öyrənilməlidir.

        Viktor Kalyujnı: Tamamilə doğrudur. Mən burada jurnalistlərinizə müsahibə verib dedim ki, kompromis heç bir ölkənin, heç bir dövlətin nə iqtisadi, nə də siyasi mənafelərinə xələl gətirməməlidir. Amma istənilən halda axtarış var. Mən Sizə məhz bu istiqamətdə və Tehranda keçirilmiş görüşdə haqqında söhbət getmiş təhlükəsizlik məsələləri barədə ayrıca olaraq bir neçəkəlmə danışmaq istərdim. Ümidvarıq ki, Sizin İrana səfəriniz vəPrezident Xatəmi ilə qarşıdakı danışıqlarınız bu məsələnin həllini sürətləndirməyə xidmət edəcəkdir.

        Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Stanislav Çernyavski iştirak edirdilər.       

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kür” bu gün “APOEL” klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib