Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN XARİCİ SAHİBKARLARLA GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 14-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüş keçirmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev salonun foyesində xarici sahibkarların ölkəmizdə istehsal etdikləri yüksək keyfiyyətli məhsullardan ibarət sərgi ilə yaxından tanış oldu.

Xarici sahibkarlar, müştərək şirkət və müəssisələrin rəhbərləri başçılıq etdikləri istehsal sahələri, buraxılan məhsullar barədə ətraflı məlumat verdilər.

Prezident Heydər Əliyev ayrı-ayrı şirkətlərin, səhmdar cəmiyyətlərinin məhsulları, müəssisələrin vəziyyəti və inkişaf perspektivləri ilə, daxili tələbatın ödənilməsi, bazarda məhsulların satışının vəziyyəti və təşkili ilə maraqlandı, tövsiyə və məsləhətlərini verdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda sənayenin bir çox sahələri üzrə istehsalı genişləndirmək üçün imkanlar çoxdur.

Azərbaycan Prezidenti ölkəmizin neft sektorunda işləyən tanınmış xarici şirkətlərin fəaliyyətini əks etdirən stendlərlə də tanış oldu, həmin şirkətlərin nümayəndələri ilə söhbət etdi.

Xarici iş adamları ölkəmizdə sahibkarlığın inkişafına, Azərbaycana xarici sərmayələrin cəlb edilməsinə, xarici sahibkarlarla dövlət idarəetmə orqanları arasında münasibətlərin tənzimlənməsinə, sahibkarların problemlərinin həllinə göstərdiyi qayğı və diqqətə görə Prezident Heydər Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Dövlətimizin başçısına sahibkarlar adından gül dəstəsi, xatirə hədiyyələri təqdim olundu.

Sonra görüş başlandı.

Prezident Heydər Əliyev görüşü giriş nitqi ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

NİTQİ

- -Hörmətli xanımlar və cənablar!

Hörmətli iş adamları!

Sizin hamınızı səmimi qəlbdən salamlayıram, işlərinizdə uğurlar arzulayıram. Bugünkü görüşümüz iqtisadiyyatımızın inkişafı ilə əlaqədar Azərbaycan dövləti tərəfindən görülən mühüm tədbirlərdən biridir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra demokratiya yolu ilə, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə gedib və ötən 10 ildə xalqımız, dövlətimiz böyük nailiyyətlər əldə edibdir.

Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getməkdədir. Azərbaycanda bazar iqtisadiyyatını təmin etmək üçün 1995-1996-cı illərdən etibarən müxtəlif tədbirlər həyata keçirilibdir. İndi biz deyə bilərik ki, Azərbaycan bazar iqtisadiyyatına keçibdir. Əlbəttə, keçid dövrünün hələ müəyyən problemləri var. Bəzi sahələrdə görüləsi işlər var. Ancaq biz qətiyyətlə deyə bilərik ki, Azərbaycanın iqtisadiyyatı indi bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur və inkişaf etdirilir. Buna nail olmaq üçün biz bir çox tədbirlər həyata keçirmişik. Birinci növbədə dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadi islahatların aparılması, torpaq islahatının həyata keçirilməsi və bir çox başqa tədbirlər Azərbaycanda artıq iqtisadiyyatın, əsasən, özəl sektora mənsub olmasını təmin edibdir. Təxminən 1994-1995-ci illərdən dövlətimiz Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirmək üçün xarici sərmayələrin cəlb olunması sahəsində ardıcıl siyasət aparır və konkret tədbirlər görmüşdür.

Azərbaycana xarici sərmayənin cəlb olunmasının əhəmiyyəti artıq bizim cəmiyyətimiz üçün məlumdur. Bunu sizə izah etməyə də ehtiyac yoxdur. Bazar iqtisadiyyatını təmin etmək üçün qarşımızda özəlləşdirməni aparıb, əmlakı şəxsi mülkiyyətə verib özəl sektorun inkişafını təmin etmək vəzifəsi dururdu. Ancaq bunu təmin etmək, sürətləndirmək üçün Azərbaycana xarici sərmayənin, müasir texnologiyanın, müasir idarəetmə sisteminin və bazar iqtisadiyyatının qabaqcıl ölkələrdə əldə etdiyi nümunələrinin gətirilməsi zərurəti vardı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- -Hörmətli xanımlar və cənablar!

Hörmətli iş adamları!

Sizin hamınızı səmimi qəlbdən salamlayıram, işlərinizdə uğurlar arzulayıram. Bugünkü görüşümüz iqtisadiyyatımızın inkişafı ilə əlaqədar Azərbaycan dövləti tərəfindən görülən mühüm tədbirlərdən biridir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra demokratiya yolu ilə, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə gedib və ötən 10 ildə xalqımız, dövlətimiz böyük nailiyyətlər əldə edibdir.

Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getməkdədir. Azərbaycanda bazar iqtisadiyyatını təmin etmək üçün 1995-1996-cı illərdən etibarən müxtəlif tədbirlər həyata keçirilibdir. İndi biz deyə bilərik ki, Azərbaycan bazar iqtisadiyyatına keçibdir. Əlbəttə, keçid dövrünün hələ müəyyən problemləri var. Bəzi sahələrdə görüləsi işlər var. Ancaq biz qətiyyətlə deyə bilərik ki, Azərbaycanın iqtisadiyyatı indi bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur və inkişaf etdirilir. Buna nail olmaq üçün biz bir çox tədbirlər həyata keçirmişik. Birinci növbədə dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadi islahatların aparılması, torpaq islahatının həyata keçirilməsi və bir çox başqa tədbirlər Azərbaycanda artıq iqtisadiyyatın, əsasən, özəl sektora mənsub olmasını təmin edibdir. Təxminən 1994-1995-ci illərdən dövlətimiz Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirmək üçün xarici sərmayələrin cəlb olunması sahəsində ardıcıl siyasət aparır və konkret tədbirlər görmüşdür.

Azərbaycana xarici sərmayənin cəlb olunmasının əhəmiyyəti artıq bizim cəmiyyətimiz üçün məlumdur. Bunu sizə izah etməyə də ehtiyac yoxdur. Bazar iqtisadiyyatını təmin etmək üçün qarşımızda özəlləşdirməni aparıb, əmlakı şəxsi mülkiyyətə verib özəl sektorun inkişafını təmin etmək vəzifəsi dururdu. Ancaq bunu təmin etmək, sürətləndirmək üçün Azərbaycana xarici sərmayənin, müasir texnologiyanın, müasir idarəetmə sisteminin və bazar iqtisadiyyatının qabaqcıl ölkələrdə əldə etdiyi nümunələrinin gətirilməsi zərurəti vardı.

Azərbaycanda özəl sektorun fəaliyyətinə, biznesin inkişafına maneələrin, əngəllərin bir qismini biz bilirik və lazımi tədbirlər görürük. Ancaq bilmədiklərimiz də var. Bunları biz bilavasitə sizdən öyrənmək istəyirik. Ona görə də bizim bugünkü görüşümüz müəyyən qədər qeyri-formal xarakter daşıyır. Aprel ayının 25-də olan görüş kimi, bugünkü görüş də Azərbaycan Prezidentinin biznes nümayəndələri ilə daha yaxın münasibətlər yaratması məqsədi daşıyır. Bu münasibətlər də yalnız və yalnız Azərbaycanda biznesin inkişafını təmin etməkdən, xarici sərmayəni daha çox cəlb etməkdən və ölkəmizin iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir. Buna görə də mən istərdim ki, bizim bu görüşümüzdə hər kəs özünü sərbəst hiss etsin. Biz bir-birimizlə səmimi olmalıyıq, formalizmə yol vermək olmaz. Mənim şəxsən məqsədim sizlərdən daha da çox məlumat almaq, işlərinizdə sizə mane olan hər bir faktı, - yaxud mane olan, bəlkə də, ümumi problemlər var, - aradan qaldırmaqdır.

Aprel ayının 25-dəki görüşlərdən sonra bizdə bir çox fikirlər yaranıbdır. Onlar özəl sektora daha da əlverişli şərait yaratmaqdan ibarətdir. Güman edirəm ki, sizinlə də görüşümüzdə əldə etdiyimiz yeni məlumatlar, fikirləriniz, təklifləriniz çox ətraflı təsəvvür əldə etmək və lazım olan tədbirlər görmək üçün faydalı olacaqdır.

Siz xarici ölkələrin vətəndaşlarısınız. Azərbaycan bazar iqtisadiyyatı sahəsində gənc bir ölkədir. Bizdə təcrübə azdır. Biz bazar iqtisadiyyatını sosialist iqtisadiyyatının, yəni o dövrlərdə yaranmış mülkiyyət formasının dəyişdirilməsi ilə yaratmağa başlamışıq. Bu, çətin proses olubdur, bu gün də çətindir. Ən çətini odur ki, bizdə təcrübə yox idi. Yaşadığımız hər il bizi daha da təcrübələndirib, bu sahədə biliklərimizi genişləndiribdir. Ancaq bunlara baxmayaraq, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olan təcrübənin hamısını hələ Azərbaycana gətirə bilməmişik.

Siz, xarici ölkələrin vətəndaşları öz ölkələrinizdə bizneslə məşğul olub təcrübə toplamısınız. Ona görə sizin burada fəaliyyətiniz Azərbaycanda biznesin inkişafı üçün, ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyətlidir. Sizin bu təcrübəniz, indiyə qədər buradakı əməli fəaliyyətiniz Azərbaycana kömək edibdir. Ancaq bundan sonra nə etməliyik? Qarşımızda duran çətinliklər, əngəllər nədən ibarətdir? Bunların hamısını biz sizdən öyrənmək istəyirik. Bunlar barəsində sizdən məlumatlar almaq istəyirik.

Mən bir daha rica edirəm ki, burada söz demək istəyən şəxslər öz fikirlərini açıq desinlər, çəkinməsinlər. Bizi tənqid etmək lazımdır, tənqid edin. Əgər buraya gələn iş adamları bizi ancaq tərifləsələr, bu görüşün əhəmiyyəti olmazdı. Yəni çatışmayan çəhətlər, nöqsanlar, əngəllər tənqid edilməli, açıq deyilməlidir. Buna görə də biz aprel ayının 25-də olduğu kimi, bu görüşümüzü də müəyyən mərhələlərə bölürük. Birinci hissədə, indi mənim çıxışımdan sonra məlumat veriləcəkdir. Ondan sonra bütün mətbuat nümayəndələrindən xahiş edəcəyik ki, onlar istirahətə çəkilsinlər, biz burada qapalı şəraitdə, mətbuat nümayəndələrinin və Azərbaycanın vəzifəli şəxslərinin iştirakı olmadan müzakirə aparaq. Ondan sonra isə bizim görüşümüzün son iclası olacaqdır. Onda xahiş edəcəyəm ki, mətbuat nümayəndələri də iştirak etsinlər.

Bu gün burada Azərbaycanın hökumət üzvlərindən, dövlət nümayəndələrindən yalnız bir neçə şəxs iştirak edir. Başqalarını buraya dəvət etməmişik. Çünki istəyirik ki, burada sərbəstlik olsun və daha çox xarici şirkətlərə yer verilsin və bundan biz faydalana bilək.

Bizim bu görüşümüzə Azərbaycanda təmsil olunan xarici ölkələrin səfirləri də gəliblər. Bilirəm ki, onlar öz ölkələrinin iş adamlarının Azərbaycanda daha da uğurla işləməsini istəyirlər. Biz də bunu istəyirik. Biz səfirlərlə vaxtaşırı görüşlər keçiririk. Onların verdikləri məlumatlardan istifadə edirik. Amma bu gün onların bizim bu görüşümüzdə iştirakını da mən çox əhəmiyyətli hesab edirəm.

Beləliklə, gəlin, görüşümüzün birinci hissəsini davam etdirək. Sözü Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevə verirəm.

 

İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Xanımlar və cənablar!

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu ilin aprel ayının 25-də yerli sahibkarlarla keçirilmiş görüşü iş adamlarının dövlətə inamını gücləndirmiş, onları daha böyük nailiyyətlər əldə etməyə ruhlandırmışdır. Xarici iş adamları ilə keçirilən bugünkü görüş də, sərmayə mühitinin daha da yaxşılaşdırılmasına, sərmayələrin həcminin artmasına, beləliklə, ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.

Bugünkü tədbirdə xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 470 xarici iş adamı iştirak edir. Fürsətdən istifadə edərək, hazırlıq işlərinə yaxından kömək göstərdiklərinə görə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, iş adamlarına, ictimai birliklərə dərin təşəkkürümü bildirirəm və onları əmin etmək istərdim ki, təqdim olunan təkliflər diqqətlə öyrəniləcəkdir.

Hörmətli görüş iştirakçıları!

Xarici sərmayələrin, müasir texnologiyaların və avadanlığın, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal olunması Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Məlum olduğu kimi, dövlət müstəqilliyini bərpa etdikdən sonra son dərəcə mürəkkəb hərbi-siyasi, sosial-iqtisadi problemlərlə qarşılaşmış ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin başçılığı ilə aparılan qətiyyətli siyasət nəticəsində sabitlik bərqərar olmuş, müstəqil ölkəmizin ilk Konstitusiyası və digər zəruri qanunvericilik aktları qəbul edilmiş, demokratik təsisatlar şəbəkəsi formalaşmışdır. Bu gün tam inamla demək olar ki, dünyəvi, demokratik, müstəqil Azərbaycan dövləti qurulmuşdur və inkişaf etməkdədir.

Demokratik cəmiyyətin formalaşmasına yönəldilmiş tədbirlər ölkəmizin Avropa Şurasına qəbulu, NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması ilə nəticələnmişdir.

Təsadüfi deyil ki, hazırda Azərbaycanda 42 siyasi partiya, 30 radio və televiziya, 500-dən artıq qəzet və jurnal, 1400-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət çoxnövlülüyü təmin edilmiş və azad rəqabət şəraiti yaradılmışdır. Bütün bunlar Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olmasına, ümumi daxili məhsulun ardıcıl artımına, inflyasiyanın idarə edilən həddə saxlanmasına səbəb olmuşdur.

Ötən müddətdə respublikamızda sərmayəçilərin hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı əhəmiyyətli tədbirlər görülmüşdür. Bununla da xarici sərmayəçilərin, beynəlxalq maliyyə-iqtisadi təşkilatların Azərbaycana olan marağı artmışdır.

Hazırda bir çox beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə və Dünya Bankı ilə müvəffəqiyyətlə əməkdaşlıq edilir. Bugünədək Azərbaycanda iqtisadi islahatların aparılmasına, makroiqtisadi sabitliyin dəstəklənməsinə Beynəlxalq Valyuta Fondu tərəfindən 435 milyon ABŞ dolları, struktur islahatlarının aparılmasına, təhsil, mədəniyyət, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə Dünya Bankı tərəfindən 491 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir.

Azərbaycan Respublikasının xarici ölkələrlə ikitərəfli əməkdaşlığı da sürətlə inkişaf edir. Hazırda dünyanın 123 ölkəsi ilə ticarət əlaqələri qurulmuşdur. 30-dan çox ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığa dair 300-dən artıq ikitərəfli saziş imzalanmışdır.

Xarici iş adamlarının, sərmayələrin qorunmasının etibarlı mexanizmi kimi sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərin imzalanması işinin daha da intensivləşdirilməsi nəzərdə tutulmuşdur.

1994-cü ildə “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsi imzalandıqdan sonra xarici sərmayəçilərin Azərbaycana marağı artmış, müqavilələrin və xidmət işləri ilə əlaqədar subkontraktların həyata keçirilməsinə 400-dən artıq xarici şirkət cəlb edilmişdir. Dövlət Neft Fondu yaradılmış, beynəlxalq neft və qaz kəmərlərinin çəkilməsi, Böyük İpək yolunun bərpası, TRASEKA layihələri həyata keçirilməyə başlanmış, ölkənin sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

Beynəlxalq təşkilatlar, donor ölkələr Azərbaycan Respublikası Prezidentinin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətini dəstəkləyərək, yoxsulluğun azaldılması və iqtisadi inkişafın təmin edilməsi üzrə Dövlət Proqramının hazırlanmasına hərtərəfli yardım göstərirlər.

Azərbaycanda sərmayə imkanlarını daha da genişləndirmək məqsədi ilə Böyük Britaniyada, Amerikada, Almaniyada, Fransada, Türkiyədə, Yaponiyada və digər ölkələrdə çox əhəmiyyətli konfranslar və sərgilər keçirilmiş, bu da neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərməkdədir.

Proqnozlara görə, yaxın 3 ildə Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələr hesabına 10 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb ediləcəkdir.

Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici sərmayəçilər üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici sərmayə axınına güclü təkan vermişdir. Yeyinti, yüngül sənaye məhsullarının, inşaat materiallarının və digər məhsulların istehsalı ilə məşğul olan müəssisələrin xarici şirkətlər tərəfindən özəlləşdirilməsi, energetika, metallurgiya müəssisələrinin uzunmüddətli idarəetməyə verilməsi həyata keçirilən tədbirlərin uğurundan xəbər verir.

İndiyədək keçirilmiş sərmayə müsabiqələri nəticəsində qalib sərmayəçilər tərəfindən müvafiq şirkətlərə 200 milyon ABŞ dollarından çox vəsait qoyulmuşdur.

Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyasında ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması mühüm əhəmiyyət kəsb etdiyindən, bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirilir.

Hörmətli görüş iştirakçıları!

Sadalanan tədbirlərin həyata keçirilməsi nəticəsində 1995-2001-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 6,8 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edilmişdir. İlkin məlumatlara görə, 2002-ci ilin yanvar-mart aylarında iqtisadiyyata 360 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur ki, bu da 1993-cü il ərzində qoyulmuş xarici sərmayələrdən 12 dəfə, 1994-cü ildəki müvafiq göstəricidən isə 2,4 dəfə çoxdur.

2002-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 100 faiz xarici kapitalla işləyən 1946 şirkət, 955 müştərək şirkət qeydiyyatdan keçmişdir.

2001-ci ilin büdcə daxilolmalarında xarici sərmayəli şirkətlərin xüsusi çəkisi 19,7 faiz, 2002-ci ilin birinci rübündə isə 21,8 faiz təşkil etmişdir.

Sərmayə əməkdaşlığının genişləndirilməsi Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət əlaqələrinin inkişafına da müsbət təsir göstərmişdir. 2001-ci ilin yekunlarına görə, ixracın həcmi 2,3 milyard, idxalın həcmi 1,4 milyard, xarici ticarət balansının müsbət saldosu 900 milyon ABŞ dolları olmuşdur.

Möhtərəm cənab Prezident!

Qeyd olunan nailiyyətlərlə yanaşı, Azərbaycan Respublikasında xarici iş adamlarının fəaliyyəti sahəsində bir çox problemlər də mövcuddur.

Hazırda ölkə ərazisi üzrə xarici sərmayələrin qeyri-bərabər inkişafı davam edir. 2001-ci ilin nəticələrinə görə, mövcud xarici sərmayəli şirkətlərin 93 faizi Bakı şəhərində yerləşir. Qeyri-neft sektoruna yönəlmiş birbaşa xarici sərmayələrin xüsusi çəkisi aşağıdır. Qeyri-neft sektorundakı xarici sərmayəli şirkətlərin sahə strukturunda müəyyən müsbət meyllərə baxmayaraq, fəaliyyət göstərən şirkətlərin 67,2 faizi qeyri-istehsal sahələrində cəmləşmişdir.

Respublikaya gələn xarici şirkətlər bir çox hallarda kommersiya layihələrinə görə dövlət zəmanəti tələb edir və bu səbəbdən həmin layihələrin həyata keçirilməsi mümkün olmur.

Nəticə etibarilə, təkcə 2001-ci ildə 187 xarici sərmayəli şirkət fəaliyyətə başlamış, 47 şirkət isə Azərbaycan bazarını tərk etmişdir ki, bu da bazar iqtisadiyyatı qanunauyğunluqlarına xas olan təbii bir prosesdir.

Sərmayələrin sahələr və regionlar üzrə tarazlığının təmin edilməsi baxımından, regionlarda infrastruktur, ilk növbədə elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, təşviq tədbirlərinin həyata keçirilməsi məqsədi ilə təkliflər hazırlanmaqdadır.

Bəzi sahələrdəki problemlərin həlli məqsədi ilə dövlət tərəfindən tənzimlənən qiymətlərə, xüsusilə istehsal prosesində istifadə olunan yanacaq, elektrik enerjisi, su və qazın, rabitə xidmətlərinin qiymətlərinə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yaradılmış Tarif Şurasında baxılması nəzərdə tutulmuşdur.

Xüsusi ixrac zonalarının yaradılması, neft sahəsində olduğu kimi, iqtisadiyyatın digər sahələrində də xarici şirkətlərlə konsorsiumların təşkili, məhsulun pay bölgüsü üzrə sazişlərin imzalanması və bu sazişlərə qanun statusunun verilməsi də qeyri-neft sektorunda xarici sərmayələrin əhəmiyyətli dərəcədə artırılmasında səmərəli mexanizm ola bilər.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri əmlak, pul və sair varidat sərmayə şəklində Azərbaycan Respublikasına gətirilərsə, bunlara xarici sərmayələr üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunmalıdır. Əgər bu qanun lazımi səviyyədə tətbiq olunarsa, iqtisadiyyata cəlb olunan vəsaitlərin həcminin daha çox artmasına müsbət təsir göstərər.

Bununla bərabər, Azərbaycan Respublikasında sərmayə imkanlarına həsr olunmuş yeni beynəlxalq konfransların keçirilməsi, sərmayə məlumat kitablarının nəşri, Azərbaycanın müxtəlif regionlarında həyata keçiriləcək layihələri özündə əks etdirən sərmayə xəritəsinin tərtib edilməsi ilə bağlı işlər görülür.

Sərmayə mühitinin daha da yaxşılaşdırılması baxımından xarici iş adamlarının təkliflərinin öyrənilməsi, idarəetmədə sərmayəçilərin təmsil etdikləri ölkələrin qabaqcıl təcrübəsinin tətbiqi, onların problemlərinin operativ şəkildə həlli mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cənab Prezidentin tapşırığına əsasən, Xarici Sərmayəçilər Şurasının yaradılması ilə bağlı təklif hazırlanmışdır.

 

Möhtərəm cənab Prezident!

Sərmayələrin sahələr və regionlar üzrə qeyri-bərabər inkişafı həm qanunvericilik sahəsində mövcud olan boşluqlar, həm də idarəetmədə yaranan bəzi çatışmazlıqlarla bağlıdır. Dəvət olunmuş iş adamlarının öz çıxışlarında bu problemləri qaldıracağını nəzərə alaraq, onların üzərində ətraflı dayanmaq istəməzdim.

Bununla belə, demək lazımdır ki, xarici iş adamları tərəfindən də qanunvericiliyin pozulması halları kifayət qədər geniş yayılmışdır. Belə ki, vergidən yayınma, gəlirlərin gizlədilməsi, qeyri-rəsmi əmək haqlarının verilməsi halları xarici şirkətlərdə tez-tez müşahidə olunur. Bəzi hallarda xeyriyyəçilik tədbirləri adı altında qanunsuz hərəkətlərə yol verilir, ölkənin milli, tarixi ənənələrinə zidd olan təbliğat aparılır.

Qeyd olunan problemlərə baxmayaraq, ölkə rəhbərinin Azərbaycanda əlverişli sərmayə mühitinin yaradılmasına yönəlmiş məqsədyönlü siyasəti öz nəticəsini verməkdədir.

Hazırda əhalinin hər nəfərinə düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki postsovet məkanında, hətta Şərqi Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Təkcə 2001-ci ilin yekunlarına görə, ölkə iqtisadiyyatına və sosial sahələrə yönəldilən bütün sərmayələrin 70 faizini xarici sərmayə təşkil etmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, habelə Almaniyanın “Hermes” sığorta şirkətinin hesabatlarında Azərbaycana 6-cı risklilik dərəcəsi verilmişdir. Müqayisə üçün deyim ki, MDB dövlətləri arasında yalnız Rusiya və Qazaxıstan, qonşu ölkələrdən isə Türkiyə eyni risklilik dərəcəsinə malikdir.

Bank sektorunda həyata keçirilən islahatlar nəticəsində ölkəmizin bank reytinqi də yaxşılaşmışdır.

Möhtərəm cənab Prezident!

Xarici sərmayələrin cəlb edilməsi sahəsində əldə olunmuş nailiyyətlər Sizin uzaqgörən iqtisadi strategiyanızın bəhrəsidir. Tövsiyələrinizə uyğun olaraq, hazırda başlıca vəzifəmiz beynəlxalq təşkilatlarla, xarici ölkələrlə və şirkətlərlə əməkdaşlığın genişləndirilməsi nəticəsində yaranan imkanları xalqımızın maddi rifahının daha da yaxşılaşmasına yönəltməkdən ibarətdir.

Sizi əmin etmək istərdim ki, bu vəzifənin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.

Diqqətinizə görə minnətdaram.

 

X X X

Sonra görüş qapalı şəkildə davam etdirildi. Beş saatdan çox davam edən görüşdə xarici sahibkarlar onları narahat edən məsələlər barədə fikirlərini söylədilər.

X X X

Fasilədən sonra görüş kütləvi informasiya nümayəndələrinin iştirakı ilə davam etdirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə yekun nitqi söylədi.

(Dövlətimizin başçısının yekun nitqi qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

X X X

Görüşdə baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun,

Yaşar Xəlilovun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb