RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib VİDEO
![Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib VİDEO](/files/2015/1/1200x630/142624599356066303_1200x630.jpg)
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.