RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BƏHREYN BEYNƏLXALQ İNVESTİSİYA BANKININ VƏ AL FAHİM QRUPUNUN SƏDRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Prezident sarayında Bəhreyn Beynəlxalq İnvestisiya Bankının və Al Fahim Qrupunun sədri Səid Abdul Cəlil Məhəmməd Al Fahimi qəbul etmişdir.
Görüşdə Bəhreyn bankının Azərbaycan bankları ilə əməkdaşlığı, Bəhreyn Beynəlxalq İnvestisiya Bankının ölkəmizdə həyata keçirilən və perspektivdə nəzərdə tutulan investisiya layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır.