"Barselona"nın sabiq futbolçusu özünün anlaşdığı kluba əkiz qardaşını göndərib

Bakı, 13 may, AZƏRTAC
İspaniyanın “Barselona” komandasının sabiq futbolçusu Edqar dələduzluqda ittiham olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı jurnalist Emanuel Rosu sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi peşəkar futbolçu olan əkiz qardaşı Edelino İyeni öz yerinə Rumıniyanın “Dinamo” (Buxarest) klubuna göndərməkdə şübhəli bilinir.
Hələlik Buxarest təmsilçisi bununla bağlı rəsmi açıqlama verməyib. Lakin fakt təsdiqini taparsa, “Dinamo”nun aktivindən 8 xal silinəcək.
İddiaya görə, futbolçunun şəxsiyyətini təsdiqləmək üçün DNT testindən istifadə oluna bilər.
Qeyd edək ki, Edqar “Barselona” ilə yanaşı, “Lill” (Fransa), “Feyenoord” (Niderland), “Trabzonspor” və “Başakşəhər” (hər ikisi Türkiyə) kimi komandalarda da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [18:07]
“Yuventus” baş məşqçisi ilə müqaviləni uzadıb
- 13.06.2025 [17:53]
Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər
- 13.06.2025 [17:51]
Stefano Pioli yenidən İtaliyaya qayıdır
- 13.06.2025 [17:23]
“Real Madrid” 17 yaşlı argentinalı futbolçunu transfer edib
- 13.06.2025 [17:18]
Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb
- 13.06.2025 [16:49]
“Fənərbağça” Kayl Uolker ilə danışıqlara başlayıb
- 13.06.2025 [16:26]