RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN BİZNES, MÜƏSSİSƏLƏRİN İNKİŞAFI, TƏNZİMLƏNMƏ İSLAHATLARI ÜZRƏ DÖVLƏT KATİBİ CON HATTONU QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN BİZNES, MÜƏSSİSƏLƏRİN İNKİŞAFI, TƏNZİMLƏNMƏ İSLAHATLARI ÜZRƏ DÖVLƏT KATİBİ CON HATTONU QƏBUL ETMİŞDİR](/files/2008/1/1200x630/14866294521181846790_1200x630.jpg)
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın biznes, müəssisələrin inkişafı, tənzimlənmə islahatları üzrə dövlət katibi Con Hattonu qəbul etmişdir.
Con Hatton Azərbaycanda gedən prosesləri, ölkəmizin son illərdəki iqtisadi inkişafını diqqətlə izlədiyini bildirərək dedi ki, bu uğurlar bizi olduqca məmnun edir. O, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruri olduğunu söylədi.
Görüşdə neft-qaz, enerji sahəsində yeni imkanların əldə edilməsi, qeyri-neft sektorunda əməkdaşlıq imkanları və sərmayə qoyuluşu üçün Azərbaycanda çox gözəl perspektivlərin mövcudluğu vurğulandı.