RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ CAN LUİCİ MAŞANI DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR
Bakı, 9 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Prezident İlham Əliyev İtaliyaya uğurlu səfərlərini, orada Baş nazir və Prezidentlə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Dövlətimizin başçısı ölkələrimizin gələcək illərdə də uğurla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Can Luici Maşanın ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin inkişafı işinə öz töhfəsini verdiyini qeyd etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Səfir İtaliyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini vurğuladı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi. Can Luici Maşa Prezident İlham Əliyevə onun səfir kimi fəaliyyətinə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirdi.
######