Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN “DEUTSCHE WELLE” TELERADİO KANALINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN “DEUTSCHE WELLE” TELERADİO KANALINA MÜSAHİBƏSİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı, fevralın 15-də Berlində ölkənin nüfuzlu “Deutsche Welle” teleradio kanalına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- ABŞ və Rusiya silahlanma və geosiyasət ilə bağlı qarşılıqlı dəlillər irəli sürürlər. Cənab Prezident, necə fikirləşirsiniz, “soyuq müharibə” yenidən başlayacaqmı?
- Mən belə zənn etmirəm. Hesab edirəm ki, ümumiyyətlə, proseslər normal istiqamətdə cərəyan edir. Biz ABŞ və Rusiyanın bizim ölkədə əməkdaşlığını çox müsbət qiymətləndirə bilərik. Hesab edirəm ki, bu, qarşılıqlı surətdə faydalı əməkdaşlığın çox gözəl nümunəsidir. Ümid edirəm ki, iki ölkə arasındakı münasibətlərdə mövcud olan müsbət meyillər davam edəcək və bu da öz növbəsində Qafqazda daha da proqnozlaşdırıla bilən vəziyyətin yaranmasına gətirib çıxaracaqdır.
- Zənnimcə, Azərbaycan müxtəlif dünyalar arasında yerləşən bir ölkədir. Sizin üçün MDB-də fəal iştirak etmək Qərb ilə yaxşı münasibətlərə malik olmaq qədər vacibdir. Şəxsən Sizin üçün nə daha önəmlidir, Moskva ilə yaxşı münasibətlərə malik olmaq, yoxsa Avropa strukturları və təsisatlarına uyğunlaşmaq?
- Prezident kimi şəxsən mənim üçün ən önəmlisi Azərbaycanın müstəqilliyini gücləndirmək, ölkəmizdə daha yaxşı şərait, yaşayış səviyyəsi, ən sabit vəziyyət, iqtisadi rifah bərqərar etməkdir. Buna görə də qonşularımız, Avropa, ABŞ ilə münasibətlərimiz çox müsbət istiqamətdə inkişaf edir. Bizim təcrübəmiz göstərir ki, qonşularla güclü inteqrasiya şəraitində yaşamaq və aparıcı beynəlxalq təşkilatlarla çox yaxşı münasibətlərə malik olmaq mümkündür. Bu baxımdan, biz hər hansı geosiyasi seçim qarşısında deyilik. Biz xalqımız, millətimiz üçün düzgün olanı edirik və Azərbaycanın iqtisadi inkişafı, çox sürətli iqtisadi inkişafı, - ikinci ildir ki, ölkəmiz ümumi daxili məhsulun artımına görə dünyada birinci yeri tutur, - və siyasi sabitlik göstərir ki, seçimimiz düzgündür. Yenə deyirəm, Azərbaycan öz qonşuları ilə birlikdə çox mühüm transmilli enerji və nəqliyyat layihələrinin iştirakçısıdır. Ölkəmiz Avropa İttifaqı ilə yaxın qonşuluğa dair beşillik proqrama daxil olmuşdur. Biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalamışıq. Rusiya və ABŞ ilə çox yaxşı münasibətlərimiz var.
- Xəzər dənizi neft ilə zəngindir və Bakıdan Türkiyənin Ceyhan limanına boru kəməri inşa edilmişdir. Bütün bunlar sizi ən çox istənilən tərəfdaşa çevirdiyinə görə, qorxmursunuz ki, Qərblə, yoxsa Şərqlə olmağınız barədə qərar çıxarmalısınız?
- Əslində, biz bütün enerji layihələrimizi başa çatdırmışıq. İki boru kəməri inşa etmişik - birincisi, Bakıdan Ceyhana neft kəməri və ikincisi, Bakıdan Ərzuruma qaz kəməri. Hər iki boru kəməri Gürcüstandan keçir. Beləliklə, bizim neftimiz və qazımızın artıq Avropa və dünya bazarlarına çıxışı var. Bu layihələr texniki, siyasi baxımdan çox çətin idi və iri həcmdə maliyyə tələb edirdi. Biz bunu etməyi bacardıq, baxmayaraq ki, bir çoxları mövcud geosiyasi məkanda bunun mümkün olmayacağını düşünürdülər. Həmin layihələri xarici şirkətlər, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq şəraitində və ABŞ hökumətinin güclü dəstəyi sayəsində həyata keçirdik. Bu boru kəmərləri kiminsə əleyhinə yönəldilməmişdir. Onlar regional əməkdaşlığa, təhlükəsizliyə, Azərbaycan xalqının rifahına xidmət edir. Hazırda biz başqa bir beynəlxalq layihə üzərində, Asiya ilə Avropanı Azərbaycan vasitəsilə birləşdirəcək dəmir yolu layihəsi üzərində çalışırıq. Artıq bu məqsədlə böyük maliyyə vəsaiti ayırmışıq və ümid edirik ki, iki ildən sonra yük və sərnişinlərin bu xətt vasitəsilə qatarlarla Çindən Avropaya daşınması mümkün olacaqdır. Bütün bunlar onu göstərir ki, biz hər hansı regional rəqabətdən əziyyət çəkmirik. Mən həmişə demişəm ki, Azərbaycan özünü təmin etməyə qadir olan bir ölkədir, biz müstəqil siyasət həyata keçiririk. Biz istər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ ilə əməkdaşlıq edəndə özümüzü eyni dərəcədə rahat hiss edirik. Burada bizim üçün seçim məsələsi yoxdur, milli maraqlar məsələsi var və bu milli maraqlar, əlbəttə ki, siyasətimizi müəyyənləşdirir.
- NATO-ya qoşulmaqda maraqlısınızmı?
- NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramından başlamış “Fərdi tərəfdaşlığa dair fəaliyyət planı”na qədər çox illərdir ki, əməkdaşlıq edirik. Keçən ilin noyabr ayında mən NATO-nun mənzil-qərargahında oldum və orada çox konstruktiv danışıqlar apardıq. Biz bu qurumun müxtəlif proqramlarında iştirak edirik. Ümid edirik ki, bu tərəfdaşlıq və əməkdaşlıq davam edəcəkdir. Lakin bu və ya digər beynəlxalq təşkilatda iştirak qarşılıqlı surətdə razılaşdırılmalıdır. Bu gün həm NATO, həm də bizim üçün aydındır ki, ölkəmiz buna hazır deyildir. Buna görə də biz tərəfdaşlar kimi çalışmaqda davam etməliyik. Azərbaycan NATO tərəfindən dünyanın müxtəlif yerlərində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və biz etibarlı tərəfdaşıq. Bu tərəfdaşlıq və əməkdaşlığın sonunun nə olacağını zaman göstərəcəkdir. Mən hər şeyi qabaqcadan demək və ya bu gün real olmayan bir hədəfi qarşıya qoymaq istəməzdim. Siyasətimizi real zəminlər üzərində qurmalıyıq. Hər iki tərəf əməkdaşlığın yeni formatına hazır olduqda, bunu istədikdə və buna can atdıqda, əlbəttə ki, bu, baş verəcəkdir. Lakin bunun nə vaxt və necə olacağını zaman göstərəcəkdir.
- ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üzvü kimi Azərbaycan 150-yə yaxın əsgərini İraqa göndərmişdir. İraqdakı bugünkü vəziyyəti necə qiymətləndirirsiniz?
- Bəli, siz haqlısınız. Biz lap əvvəldən əsgərlərimizi oraya göndərmişik. Hərbi əməliyyatlar başlayan kimi, ölkəmiz ABŞ-a və koalisiya qüvvələrinə dəstək vermək qərarına gəldi. İndiyə kimi bizim əsgərlərimiz İraqda xidmət edirlər və qoşunlarını buradan çıxaran bəzi digər, hətta NATO üzvü olan ölkələrdən fərqli olaraq, ölkəmiz dəstək və İraqda sülhü bərqərar etməyə töhfə vermək səylərinin göstəricisi kimi əsgərlərini burada saxlamaqda davam edir. Əlbəttə ki, İraqda baş verənlər bütün beynəlxalq birlik, o cümlədən bizim üçün böyük narahatçılıq doğurur. Biz orada sülhün bərqərar olunmasını, baş verən zorakılığın, İraq xalqı üçün bu dəhşətli faciənin sona çatmasını istəyirik ki, beləliklə onlar inkişaf yoluna qədəm qoysunlar. İraqda vəziyyət sabit deyil, bu, hazırda hamıya, bütün beynəlxalq birliyə məlumdur. İraqda sülh və təhlükəsizliyin bərpa olunmasına töhfə vermək üçün Azərbaycan əlindən gələni edəcəkdir.
- İran Azərbaycanın birbaşa qonşusudur. Mənim üçün maraqlıdır, Siz Tehran rəhbərliyinin nüvə proqramı ilə bağlı narahatlıq keçirirsinizmi?
- Əlbəttə, bir qonşu və tərəfdaş kimi biz müxtəlif potensial hadisələrin inkişafına məhəl qoymaya bilmərik. Nüvə proqramı ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, əgər bu, beynəlxalq qaydalara əsaslanıbsa, hər bir ölkə dinc məqsədlər üçün nüvə enerjisinə malik ola bilər və hər bir şey qanun, hüquqi çərçivə və bu və ya digər proqram ilə məşğul olan beynəlxalq təşkilatlar çərçivəsində tənzimlənməlidir. Buna görə də biz hesab edirik ki, istənilən digər ölkə kimi, İran da dinc məqsədlərlə nüvə enerjisini inkişaf etdirmək hüququna malikdir. Eyni zamanda, əgər beynəlxalq birliyin, beynəlxalq təşkilatların bu proqram ilə bağlı narahatlığı varsa, bu da həll olunmalıdır. Buna görə də danışıqlar konstruktiv şəkildə, dinc yolla və yaxşı ruhda aparılmalıdır ki, hər iki tərəfin maraqları - İranın nüvə enerjisi imkanına malik olmaq marağı və məsələ ilə bağlı narahatlıq keçirən beynəlxalq birliyin, beynəlxalq təşkilatların maraqları təmin olunsun. Əlbəttə ki, bir qonşu kimi biz hadisələrin mümkün inkişafından narahatlıq keçiririk və ümid edir, bütün tərəflərə təkidlə məsləhət görürük ki, problemin həllinin dinc formatına sadiq qalsınlar.
- Beləliklə, problemin hərbi həlli yolunu siz qəbul etmirsiniz.
- Əlbəttə ki, yox.
- Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməyib, o, dondurulubdur. Münaqişəni həll etmək, Ermənistan ilə həllə nail olmaq üçün hansı addımlar atılmalıdır?
- Danışıqların on ildən artıq bir müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz davam etməsinə baxmayaraq, biz hələ də münaqişənin sülh yolu ilə həllinə sadiqik. Ermənistan beynəlxalq hüququn bütün normaları və prinsiplərini pozur. Onlar BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymurlar. Ermənistan Dağlıq Qarabağda və onun ətrafında olan ərazilərdə etnik təmizləmə siyasətini həyata keçirmişdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonundan 700 min, Dağlıq Qarabağın özündən 50 min azərbaycanlı qovulmuşdur. Əvvəllər Ermənistanda yaşamış 250 min azərbaycanlı da etnik təmizləmə siyasətinə məruz qalmışdır. Xaricdən aldıqları dəstək sayəsində bunu edən ermənilər bu yaxınlarda Dağlıq Qarabağda heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qanunsuz referendum keçirdilər. Hamı - Avropa İttifaqı, Avropa Şurası, ABŞ, Fransa, Rusiya, Türkiyə qondarma referendumu qınadı. Onlar bunu necə edə bilərdilər, etnik təmizləmə siyasətini həyata keçirib, bütün azərbaycanlıları oradan qovduqdan sonra bu qondarma referendumu necə keçirə bilərdilər?! Belə mövqe beynəlxalq davranış, beynəlxalq hüquq normalarına tam ziddir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycanın ərazi bütövlüyü BMT və bütün beynəlxalq birlik tərəfindən tanınmışdır. Buna görə də münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağa yüksək özünüidarə və muxtariyyət verilməklə həll olunmalıdır. Bu, yeni və ya fövqəladə bir şey deyildir. Belə hallar dünyanın başqa bölgələrində də baş verir. Bir çox ölkələrdə milli azlıqlar yaşayır. Ola bilsin ki, yalnız Ermənistanda milli azlıq yoxdur, o, monodövlətdir. Lakin bütün digər ölkələrdə milli azlıqlar var. Ancaq milli azlıq olmaq o demək deyil ki, sənin hansısa ərazini ölkədən ayırmaq hüququn var. Təsəvvür edin ki, ermənilər yaşadıqları dünyanın bütün ölkələrində öz müqəddəratlarını təyin etməyə çalışsalar, nə baş verər?! Neçə yeni erməni dövləti yaranacaq?! Nə üçün onlar öz müqəddəratlarını Azərbaycanda təyin etməlidirlər?! Onların artıq Ermənistan dövləti var. Ermənilər artıq öz müqəddəratını təyin etmişlər. İndi onlar başqa bir dövlət yaratmaq istəyirlər, bizim ərazimizdə, tarixi torpaqlarımızda. Sabah onlar başqa ölkələrin ərazilərində dövlət yaratmaq istəyəcəklər. Bu, qəbulolunmazdır!
Bizim güzəştimiz, konstruktiv yanaşmamız ondan ibarətdir ki, on ildən artıqdır, biz hələ də danışıqlar prosesindəyik, ümid edirik ki, Ermənistan rəhbərliyi özündə müdriklik və cəsarət taparaq, işğalçı qüvvələri torpaqlarımızdan çıxaracaq və öz ölkəsinin təhlükəsizliyini təmin edəcəkdir. Əks təqdirdə, hadisələr gözlənilməyən məcrada cərəyan edə bilər. Bu gün Azərbaycan Ermənistandan çox güclüdür. İqtisadiyyatımız Ermənistanın iqtisadiyyatından 7 dəfə güclüdür və gələn illərdə bu, 20-30 dəfə artıq ola bilər. Azərbaycan xalqının səbrinin də həddi vardır. Beləliklə, biz çox konstruktiv yanaşma təklif edirik - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan ermənilərə maksimum geniş muxtariyyət verilməsi, orada yaşayan bütün insanların təhlükəsizliyinin təminatı, yurdundan didərgin düşmüş insanların Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara qaytarılması və sülhün bərqərar edilməsi.
- Hazırda Balkanlarda, Kosovoda ərazi bütövlüyü prinsipi pozulur. Kosovoya Dağlıq Qarabağ problemini həll etmək üçün nümunə kimi baxıla biləcəyindən ehtiyat etmirsiniz ki?
- Bilirsiniz, hər bir münaqişənin öz tarixi və həll yolları var. Dünyada müxtəlif münaqişələr mövcuddur. Qafqazda Abxaziyada, Cənubi Osetiyada, Dağlıq Qarabağda, habelə Dnestryanı bölgədə separatçı rejimlər var. Onlar hamısı separatçı və hərbi rejimlərdir, qanunsuz zonalardır. Bu ərazilərdə heç bir beynəlxalq nəzarət, beynəlxalq monitorinq, beynəlxalq iştirak yoxdur. Ona görə də bu ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, terrorçulara sığınacaq verilməsi halları mövcuddur. Kosovoda vəziyyət fərqlidir. Kosovo beynəlxalq nəzarət altındadır və orada beynəlxalq sülhməramlı qüvvələr var. Buna görə də, biz deyə bilmərik ki, Dağlıq Qarabağda və postsovet ərazisində olan digər separatçı rejimlər kimi Kosovo da Avropada qara yaradır. Ona görə də burada böyük fərq var. Lakin əlbəttə, ərazi bütövlüyü prinsipi belə münaqişələr həll olunan zaman əsas prinsip kimi götürülməlidir. Əgər bu prinsip pozularsa, zəncirvarı reaksiya baş verər. Hamımızın bildiyi kimi, müxtəlif ölkələrdə, Avropada, Asiyada, digər yerlərdə çoxlu milli azlıqlar yaşayır. Əgər onlar hamısı müstəqil dövlət yaratmağa başlasalar, nə baş verəcək?! Bizim məlumatlara və beynəlxalq müşahidələrə əsasən hazırda Dağlıq Qarabağda 60 minə qədər insan yaşayır. Dünya xəritəsində 60 min əhalisi olan yeni xırda bir ölkənin peyda olunmasını kim istər?! Heç kəs bunu istəməz və Azərbaycan da buna razı olmayacaqdır. Ölkələrdə istənilən ərazi dəyişikliyi yalnız həmin ölkənin razılığı ilə ola bilər. Bizim halda, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmasa, o, heç zaman müstəqil olmayacaqdır. Beynəlxalq birlik də heç zaman Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaqdır. Buna görə də, beynəlxalq münasibətlərin əsas prinsipləri qorunmalıdır. Əgər bu prinsip bir dəfə pozularsa, digər prinsiplərin pozulması üçün heç bir məhdudiyyət olmayacaqdır. Bu halda beynəlxalq münasibətlərin bütün sistemi zərər çəkəcək və alt-üst olacaqdır. Nə üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməməsi məsələsi bu qədər vacibdir?! Çünki bu, onu göstərir ki, mexanizm işləmir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi Ermənistan üçün məcburiyyət yaratmır və Ermənistan onlara məhəl qoymur. Deməli, sabah da heç kəs Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayacaqdır. BMT beynəlxalq mübahisələri və münasibətləri nizama salmaq üçün universal mexanizmdir. Əgər bu halda o, işləmirsə, digər hallarda da işləməyəcək, bu isə fəlakətə gətirib çıxaracaqdır.
- Müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər