AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVAYA SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyaşöhrətli musiqiçi və dirijor maestro Mstislav Rostropoviçin dəfn mərasimində iştirak etmək üçün aprelin 28-də Moskvaya yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.