ELM VƏ TƏHSİL
Azərbaycan-Qazaxıstan birgə elmi əməkdaşlığına dair müzakirələr aparılıb
Bakı, 2 avqust, AZƏRTAC
Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin elmi işçisi, “Umay” beynəlxalq elmi-tədqiqat laboratoriyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru Tatyana Krupa AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Abbas Seyidov, dosent Akif Quliyev və şöbə müdiri Səfər Aşurovun da iştirak etdiyi görüşdə Azərbaycan-Qazaxıstan birgə elmi əməkdaşlığına dair müzakirələr aparılıb.
Görüşdə arxeoloji qazıntılar zamanı aşkarlanan tekstil nümunələrinin bərpası, laborator analizlərinin aparılması, bu sahənin daha da təkmilləşdirilməsi üçün kursların təşkil edilməsi istiqamətində işgüzar danışıqlar aparılıb.