Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Respublikası Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına
MÜRACİƏTİ

2014-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmasının 21 ili tamam olur.

1993-cü il aprelin 2-də 3054 km² ərazisi, 72 min nəfərdən çox əhalisi olan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 129 kənd, 10 min nəfərdən çox əhalisi olan Kəlbəcər şəhəri, şəhər tipli 2 qəsəbə ələ keçirilərək talan edilmiş, yandırılmış və məhv edilmişdir.

Dəhşətli Xocalı soyqırımının davamı olaraq Kəlbəcər faciəsini törədən Ermənistan silahlı qüvvələri dinc əhaliyə amansızlıqla divan tutaraq, növbəti soyqırımı törətmişdir. Belə ki, Ermənistan ordusu hələ 1992-ci il aprelin 8-də Kəlbəcərin 800 nəfərə yaxın əhalisi olan Ağdaban və Çayqovuşan kəndlərinə hücum edərək 130-dan çox evi yandırmış, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 90-100 yaşlı 8 qocanı işgəncə ilə öldürmüş, 7 qadını girov aparmış, 12 nəfərə ağır bədən xəsarəti yetirmişdir.

1993-cü ilin aprelində rayonun Başlıbel kəndi eyni faciəni yaşadı. Erməni quldurları kənddə 28 nəfər dinc sakini qətlə yetirdi, 18 nəfər kənd sakinini girov götürdü.

Erməni qəsbkarları Kəlbəcər rayonunu işğal edərkən 511 nəfəri qətlə yetirmiş, 665 nəfəri girov aparmışdır. Onlardan 122 nəfəri sonralar geri qaytarılmış, digərlərindən indiyədək heç bir xəbər yoxdur.

Ermənistanın işğalçı ordusu tərəfindən 15 min yaşayış evi, 500-dən çox müxtəlif təyinatlı sosial-mədəni obyekt, 130-dan çox təhsil, 76 səhiyyə, 172 mədəniyyət müəssisəsi talan edilib yandırılmışdır. Əhaliyə məxsus 100 mindən çox iribuynuzlu, yarım milyon baş xırdabuynuzlu mal-qara, 4850 baş at, 1500 minik maşını talan edilərək Ermənistana aparılmışdır.

Qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yarandığından işğal olunduğu vaxtadək bu ərazidə heç bir erməni yaşayış məntəqəsi olmamışdır.

Ermənistan 21 ildir ata-baba yurdlarımızı işğal altında saxlayır. Bu gün də oradakı təbii sərvətlər talan edilir. Suriyadan, Livandan və digər bölgələrdən qaçqın düşən ermənilər Kəlbəcərdə məskunlaşdırılır. Biz öz yurd-yuvamızdan, el-obamızdan uzaqlarda məcburi köçkün vəziyyətində Azərbaycanın 55 rayon və şəhərinin 800-dən çox yaşayış məntəqəsində müvəqqəti sığınacaqlarda ağır vəziyyətdə, doğma yurd yerimizə qayıtmaq ümidi ilə yaşayırıq.

Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı Qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Onlar sülh danışıqlarını yubadır, torpaqlarımızdan çıxmaq istəmir, işğal faktını yaddaşlardan sildirməyə çalışırlar.

Biz bugünkü anım mərasiminin iştirakçıları 72 min nəfərdən çox Kəlbəcərlinin iradəsini ifadə edərək Sizdən xahiş edirik ki, Ermənistanın silahlı qüvvələrinin Kəlbəcərdən və digər işğal olunmuş torpaqlarımızdan çıxarılmasına, işğala son qoyulmasına kömək göstərəsiniz.

Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qanlı münaqişənin sülh yolu ilə həll edilməsi üçün apardığı davamlı siyasəti birmənalı olaraq dəstəkləyəsiniz, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğal olunmuş torpaqlarımızı azad etməyə məcbur edəsiniz.

Kəlbəcər rayonunun əhalisi, bütövlükdə Azərbaycan xalqı sülh istəyir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına tərəfdarıq. Ermənistanın hazırkı rəhbərliyi, Xocalı soyqırımını törətmiş Serj Sarkisyan və onun komandası sülh danışıqlarını müxtəlif yollarla pozmağa, hakimiyyətlərinin ömrünü uzatmağa, torpaqlarımızın işğal olunması faktını azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışır.

Üzümüzü Sizə və bütün dünyaya tutub bir daha bəyan edirik ki, Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq barədə ermənilərin xam xəyallarının baş tutmasına heç vaxt imkan verməyəcəyik! Biz öz doğma yurdumuzdan heç vaxt əl çəkməyəcəyik!

Əgər Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının Qətnamələrini yerinə yetirməzsə, hər birimiz bir müsəlləh əsgər kimi Ali Baş Komandanımızın rəhbərliyi ilə öz doğma torpaqlarımızı erməni işğalından hərbi yolla azad edəcəyik.

Sizdən bir daha xahiş edirik ki, bizim haqq səsimizə səs verəsiniz, ədalətsizliyə son qoyasınız, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasına kömək göstərəsiniz.

Müraciət Kəlbəcər faciəsinin 21-ci ildönümü ilə bağlı

2014-cü il aprelin 2-də keçirilmiş anım mərasimində

qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib