Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycanın bir qrup şəhid ailəsinin qardaş Türkiyəyə səfəri baş tutub. “Kırşəhər Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin dəvəti ilə reallaşan səfər çərçivəsində şəhid ailələrimiz əvvəlcə paytaxt Ankaraya, sonra Kırşəhərə səfər edərək müxtəlif tədbirlərdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səfər “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), “Ərkivan Transport” Beynəlxalq yükdaşıma şirkəti və ev sahibi - Kırşəhər Şəhid Ailələri Dərnəyinin təşkilatçılığı ilə həyata keçib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısını örnək alan ictimai təsisatlarımız bu səfərdən qürur və məmnunluq hissi keçirir.

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı tədbirlər silsiləsi kırşəhərli şəhid ailələrinin daha əvvəl Azərbaycana səfəri ilə başlayıb. Qardaş ölkənin şəhid ailələri RHİMİB-in ev sahibliyi ilə maraqlı görüşlərdə, tədbirlərdə, müzakirələrdə iştirak edib və beləliklə, müvafiq ictimai birliklər arasında səmimi əməkdaşlıq mühiti yaranıb.

Hər iki ölkənin ictimai birlikləri qəhrəman şəhidlərimizin ailə üzvlərini də şəhidlərimiz kimi əziz bilir və şəhidlərimizin xatirəsini layiq işlər, layihələrlə anmağı, əziz tutmağı mənəvi borc bilir.

Qardaş ölkəyə səfərdə şəhid ailələrimizi:

Xüsusi təyinatlı qüvvələrin gizirləri - Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin anası Ziba xanım Əsgərova,

Silahlı Qüvvələrin şəhid əsgərləri İman və Bəhram Məmmədzadə qardaşlarının atası Elman Məmmədov,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov,

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin həyat yoldaşı Gülnar xanım Abdullayeva,

Milli Qəhrəman, şəhid leytenant Samir Xasıyevin anası Gözəl xanım Xasıyeva,

Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanım Axundova,

Silahlı Qüvvələrin əsgəri, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova,

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rahib Babayevin həyat yoldaşı Aygün xanım Babayeva,

Quru Qoşunlarının leytenantı, şəhid Ravil Hümbətovun həyat yoldaşı Leyla xanım Hümbətova,

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov,

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Rafail Hüseynovun atası Teymur Hüseynov təmsil ediblər.

"Şəhidi şəhidimiz, bayrağı bayrağımız" adlı layihə çərçivəsində azərbaycanlı şəhid ailələri RHİMİB-in rəhbərliyinin müşayiəti ilə Türkiyə səfəri iyunun 10-da başlayıb. Səfərin ilk günü RHİMİB, Kırşəhir Şəhid Ailələri Dərnəyi rəhbərliyi və Türkiyə, Azərbaycan şəhid ailələri Ankarada başda Anıtqəbir olmaqla bir çox məkanı ziyarət ediblər.

Qardaş ölkəyə səfərin ikinci günü, Kırşəhirdən seçilmiş millət vəkili Nəcməddin Ərkan Türkiyə Böyük Millət Məclisində (TBMM) RHİMİB sədri Arzu Bağırovanı, Azərbaycandan olan şəhid ailələrini və ev sahibi qurumun rəhbərliyini qəbul edib.

Görüşdə, prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlığı, onların siyasi iradəsi sayəsində qardaş ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb. O cümlədən qardaşlığımızın qızıl tacı - üç il əvvəl Milli Qurtuluş Günündə imzalanmış “Şuşa Bəyannaməsi”nin mahiyyətindən söz açılıb.

Türkiyəyə səfər çərçivəsində Türkiyə DİN “Layihə-Dəstək” idarəsi başqanı Mehmet Fatih Günay Azərbaycandan gələn şəhid ailələrini qəbul edib. Qardaş ölkələrimizin uyğun profilli ictimai birlikləri arasında əməkdaşlığın perspektivi haqqında fikir mübadiləsi aparılıb.

Ankaradan sonra görüşlər Kırşəhərdə davam edib. Kırşəhər valisi Xüdayar Mete Buhara Azərbaycandan olan şəhid ailələrini qəbul edib. Səmimi keçən görüşdə vali digər şəhid ailələrinə salamlarını çatdırmağı xahiş edib.

Dövlət başçılarımızın bütün dünyaya nümayiş etdirdiyi birlik, bərabərlik və sarsılmaz qardaşlıq örnəyindən söz açan vali bu qardaşlıq, dostluq və qonşuluğumuzun əbədi olduğunu deyib.

Səfər çərçivəsində daha bir görüş Kırşəhər Gənclik və İdman müdiri Numan Şahinlə olub. RHİMİB və ev sahibi təşkilatın rəhbərliyini, Azərbaycandan gələn şəhid ailələrini qəbul edən Numan Şahin ölkəmiz, qardaşlığımız və ortaq maraqlarımız haqqında fikirlərini bölüşüb.

Azərbaycan ilə Türkiyə arasında bütün əməli çalışma sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluqla söz açan Numan Şahin şəhid ailələri arasındakı birlik və bərabərliyi yüksək dəyərləndirib.

Səfər çərçivəsində daha bir görüş Kırşəhər Sivil Toplumla İlişkilər (Vətəndaş cəmiyyəti ilə əlaqələr) Müdirliyinin rəhbəri Hikmət Qılıcla olub.

RHİMİB və ev sahibi təşkilatın rəhbərliyi, Azərbaycandan gələn şəhid ailələri ilə görüşən Hikmət Qılıc, Azərbaycan ilə Türkiyə vətəndaş cəmiyyəti institutları arasındakı əlaqələrin perspektivindən danışıb, şəhid ailələrini birləşdirən qurumların daha sıx əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin daha bir görüşü, Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi başqanı Lokman Aylarla olub.

Kırşəhər Jandarm Komandanlığının başçısı, polkovnik Sadık Güləcə də Azərbaycan nümayəndə heyəti ilə görüşüb, şəhid polislərin ailə üzvlərinin yaxından iştirak etdiyi “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı layihənin kırşəhərlilər tərəfindən təqdirlə qarşılandığını söyləyib.

RHİMİB sədri Arzu Bagirova, Kırşəhər Şəhid Ailələri Dərnəyi başqanı Mutlu Qılıcaslan, Azərbaycanın, Türkiyənin bir qrup şəhid ailəsi şəhidlərin məzarını ziyarət ediblər.

Arzu Bagirova və şəhid ailələrimiz ayrıca, Kırşəhər Şəhid Ailələri Dərnəyinin qərargahını ziyarət edərək, dərnəyin fəaliyyəti ilə yaxından tanış olublar.

Onlar həmçinin kırşəhərli şəhidlərin hər birinin adı yazılmış metal lövhələrin asıldığı “Şəhidlər Ağacı”nı ziyarət ediblər.

Ev sahibi təşkilat RHİMİB rəhbərliyini və Azərbaycanlı şəhid ailələrini Kırşəhər mədəniyyəti, tarixi mirasları ilə yaxından tanış ediblər. Ahi Evran Məscidi, Ahi Evran Muzeyi, Cacabey Mədrəsəsi, eləcə də Kaman Qalahöyük Arxeoloji Muzeyi, “Yapon Bağçası”, habelə, Kapadokiyanın təbiət abidələri ziyarətçilərdə zəngin təəssürat yaradıb.

Azərbaycan nümayəndə heyəti Kırşəhər şəhid ailələri ilə bərabər “Şəhidlər Ormanı”nı da ziyarət edərək, onun ərsəyə gəlməsində böyük dəstəyi olan orman təsərrüfatı müdiri Alpər Çimənlə görüşüblər. Nümayəndə heyəti 1918-ci ildə Azərbaycanda şəhid olmuş kırşəhərli qəhrəmanların adlarının olduğu dəmir lövhələri rəmzi olaraq kötüklərə çaxıblar.

Səfər proqramı “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı vətənpərvərlik mahnıları əsaslı konsert proqramı ilə, duyğulu anlarla başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub