Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq
Bakı, 23 iyun, AZƏRTAC
“İlk 20 dəqiqə daha yaxşı oynadıq. Bu cür oyunlara erkən qol vura bilmədiyiniz halda sonrakı dəqiqələr komanda üçün çətin olur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının II turunda Portuqaliya seçməsinə 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Mütəxəssis rəqibin ilk qolundan sonra komandanın ruhdan düşdüyünü söyləyib: “Özümüzə gəlməyə çalışdıq. Lakin ikinci qolu qapımızda gördük. Sonadək mübarizə aparmağa çalışdıq. Nəticə olmadığı zaman ilk günahkar baş məşqçi olur. Bunun fərqindəyəm. Verdiyim qərarlarda bildiklərimi həyata keçirirəm. İndi ruhdan düşmürük. Qarşıda bizi uzun yol gözləyir".
Start heyətdə Arda Gülərə şans verməyən V.Montella bu qərarına da münasibət bildirib: “Arda məsələsinə görə çox məyusam. O, həqiqətən də yorğun idi və zədə almaq riski var idi. Hətta oyunun gedişatında onu oynatmamağı belə düşünürdüm. Lakin bir qol vurarıq ümidi ilə Ardanı meydana buraxdım”.
Qeyd edək ki, Türkiyə millisi iki turdan sonra 3 xalla 2-ci pillədə qərarlaşıb. “Ay-ulduzlular” qrupda son görüşünü Çexiya seçməsinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]