Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından  REPORTAJ

Bakı, 22 iyun, Fidan Əlizadə, AZƏRTAC

Bu dəfə yolumuzu Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasından saldıq. Gələn il yaranmasının 60 illiyini qeyd edəcək bu kitabxana ötən müddət ərzində minlərlə balaca oxucunun qəlbində elmə, oxumağa böyük həvəs yaradıb, onlara Vətən sevgisi, torpaq məhəbbəti, milli təəssübkeşlik hissi aşılayıb. Biz ora çatanda iş vaxtının bitməsinə az qalmışdı. Buna baxmayaraq kitabxanada çox sayda kiçik yaşlı oxucular vardı. Azyaşlılar heç tələsmədən, böyük həvəslə mütaliə edir, bir-birinə oxuduqları kitablar barədə danışırdılar. Orada olanda uşaqların kitaba və kitabxanaya marağının əsl səbəbini bir daha anladıq. Paytaxtda, böyük zövqlə hazırlanmış, əsl nağıllar aləmini xatırladan bu məkandan doğurdan da adamın ayrılmağı gəlmirdi...

AZƏRTAC-ın müxbiri oxucuları kitabxananın fəaliyyəti ilə yaxından tanış edir.

Kitabxana ilə tanışlığımız xidmət şöbəsindən başlayır. Şöbə oxucuların kitabxanaya qeydiyyatını və oxucu qrupları üzrə xidməti həyata keçirir. Uşaqlar, yeniyetmələr və digər oxuculara fondda olan bütün çap sənədlərindən, elektron resurslardan və lokal şəbəkədən istifadəni reallaşdırır. Məktəb və məktəbəqədər müəssisələrlə bağlanmış müqavilə əsasında səyyar kitabxana xidməti göstərir. Ardıcıl olaraq yeni ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgilərini hazırlayır, virtual sərgilər üçün lazımi ədəbiyyatların seçilməsində birbaşa iştirak edir. Şöbənin öhdəliklərindən biri də məhdudiyyətli uşaqlar və evdə məktəb təhsili alanlara səyyar xidmət göstərməsdir.

Dəhlizdən keçərkən ayrı-ayrı şöbələrin yer aldığı otaqları görürük. Bunlardan biri də yarandığı gündən etibarən kitabların komplektləşdirilməsi, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi prosesləri ilə kompleks şəkildə məşğul olan komplektləşdirilmə şöbəsidir. Bura kitabxana fondunun düzgün formalaşdırılmasına və istifadəsinə kömək edir, daxil olan və çıxarılan ədəbiyyatın dəqiq uçot və qeydiyyatını, onun məzmununa və nəşr növlərinə görə bölgüsünü aparır. Elektron kataloqa daxil edilən hər bir kitab barkod vasitəsilə kodlaşdırılır. Kitab fondunun cari və retrospektiv komplektləşdirilməsi işini həyata keçirir.

Kitabxana proseslərinin Avtomatlaşdırma və Kompüterləşdirməsi şöbəsində bura daxil olan çap məhsullarının elektron kataloqa daxil edilməsi, kitabxana fondunun elektron bazasının redaktəsi, yoxlanılıb tam şəkildə istifadəyə verilməsi, həmçinin oxucu sorğularına əsasən tələb olunan kitabların tam mətnini hazırlayaraq kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi, kitabxananın proqram təminatı, veb-saytı və sosial şəbəkələrlə iş prosesini yerinə yetirir. Şöbə istifadəçilərə kitabxananın internet informasiya ehtiyatlarından sərbəst, maneəsiz, bərabər şərtlərlə istifadə olunması üçün tez və operativ əldə edilən, optimal şərait yaradılmasını təmin edir.

Kitabxana məlumatlarının əsas mənbəyi

Növbəti olduğumuz məkan məlumat-biblioqrafiya şöbəsidir. Şöbə kitabxananın elmi-praktik sahəsi olub, çap əsərlərindən istifadə olunmasına təsir göstərmək məqsədilə, biblioqrafik məlumatların hazırlanması və istifadəçilərə çatdırılması prosesini həyata keçirir. Həmçinin, şöbə kitabxanaya daxil olan çap əsərlərinin qeydə alınması və bunun əsasında universal biblioqrafik məlumat mənbələrini hazırlayır. Dövri mətbuatda dərc olunan materiallar işlənərək kataloq və kartoteka sistemində əks olunur.

Ölkəşünaslıq üzrə kataloq və kartoteka yaradılıb, biblioqrafik tövsiyələr və nəşrlərin hazırlandığı şöbə isə əlamətlərindən də məlum olduğu kimi Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsidir. Azərbaycan uşaq yazarlarının elektron məlumat bazasının yaradılması üçün məlumatın toplanması, biblioqrafik şəxsi göstəricilərin və tövsiyə ədəbiyyat siyahılarının hazırlanması, ölkəşünaslıq üzrə informasiya xidməti göstərməklə yanaşı, milli uşaq ədəbiyyatının təbliğini həyata keçirir.

Daxil olduğumuz kütləvi işlər şöbəsində tədbirlərin təşkilinə önəm verilir. Burada yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş kitab sərgilərinin, ədəbi-bədii gecə və festivalların, teatr-tamaşa-müzakirələrin, yeni çapdan çıxmış uşaq ədəbiyyatı nümunələrinin təqdimetmə mərasimlərini, oxucuların uşaq yazarları və rəssamları ilə görüşlərini təşkil edir.

Nağıllar dünyasına səyahət

Kitabxanada balacaların diqqətini cəlb etmək üçün “Nağıl otağı” da yaradılıb. Burada uşaqların özlərini nağıl dünyasında hiss etmələri üçün demək olar ki, hər bir şərait var. “Nağıl otağı”nda nağıl və psixologiya saatları, kiçik yaşlı oxucularla əyləncəli interaktiv oyunlar təşkil olunur.

Kitabxananın gələcək layihələri, oxucuları daim diqqətdə saxlamaq üçün gördükləri işlər barəsində daha ətraflı məlumat almaq üçün elmi metodik şöbəsinin müdiri Ruhiyyə Məmmədli ilə həmsöhbət olduq. O bildirdi ki, kitabxanada məhdudiyyətli uşaqlar üçün də şərait yaradılıb. “Belə ki, həm görmə, həm də eşitmə və nitq məhdudiyyətli şəxslər də kitabxananın rəsmi saytından onlar üçün yaradılmış imkanlardan istifadə edə bilərlər. Burada jest dilinə tərcümə edilən nağıl və “Uşaq Hüquqları Konvensiyası” əsasında hazırlanmış elektron kitab mövcuddur. Həmçinin kitabların səsli versiyaları və “Brayl” əlifbası da yer alır. Yeniliklər ilk dəfə bizim kitabxanada olduğu üçün ilk zamanlar çətin situasiyalarımız oldu. Lakin sonda onların xoşbəxt olacağı qənaəti biz əməkdaşları daha da ruhlandırdı”,- deyə o əlavə edib.

Kitab karvanı uşaqları sevindirməyə davam edir

Kitabxana 2012-ci ildən bəri ölkəmizin bütün bölgələrində yerləşən uşaq kitabxanalarını ədəbiyyatla təmin edir. “Biz bunu kitab karvanı adlandırırıq. Bu karvan uzun yollar qət edərək ən ucqar məkanlarda yaşayan həmvətənlərimizə yeni kitabları çatdırır. Müasir dövrümüzdə hələ də uşaq ədəbiyyatının az olduğu kitabxanalarımız var. Onlara bu yolla yardım göstərmək bizi sevindirir. Məqsədimiz kitabxananın fəaliyyət istiqamətini daha da inkişaf etdirməkdir”,- deyə Ruhiyyə Məmmədli bildirib.

Xidmətin yüksəldilməsi, fondun zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdıran şöbə müdiri deyib: “Kitabxanamız respublikada fəaliyyət göstərən uşaq kitabxanalarına elmi metodik mərkəz kimi tövsiyələr verir. Rayon və şəhər mərkəzi kitabxanalarının uşaq şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxanaların, elektron kataloqun yaradılması, eyni zamanda istifadəsinin təşkili, xidmət prosesində internetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərərək qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin edir. Oxuculara göstərilən yeni xidmət növlərinin yerlərdə təbliği və onlardan iş prosesində istifadənin təşkilini həyata keçirəcək kadrların hazırlanması məqsədilə seminar-məşğələlər, ustad dərsləri və treninqlər təşkil edir”.

Vaxtın darlığına, işin çoxluğuna baxmayaraq bizə vaxt ayıran kitabxana əməkdaşlarına minnətdarlıq edərək onlarla sağollaşırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH