Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN BƏYANATI

Son vaxtlar radikal müxalifətin mövqelərini əks etdirən kütləvi informasiya vasitələrində, xüsusilə də “Yeni Müsavat” qəzetində PKK-nın Azərbaycanda guya geniş fəaliyyət göstərməsi barədə silsilə məqalələr dərc olunmaqdadır. Bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində “Yeni Müsavat” qəzetinin rəhbərliyinə həmin yazıların əsassız olduğu rəsmi surətdə bildirilmiş, ölkədə hüquq-mühafizə orqanlarının beynəlxalq terrorizmə, o cümlədən PKK terrorçularına qarşı apardığı mübarizə barəsində konkret faktlar və rəqəmlər göstərilməklə müfəssəl məlumat verilmişdir. 

Lazımi nəticələr çıxarılmadığına görə, nazirlik ötən həftə ərzində ölkə qanunvericiliyində nəzərdə tutulmuş qaydada qəzetə rəsmi sorğular vermiş, müvafiq tədbirlər görülməsi üçün mövcud sənəd və sübutları nazirliyə göndərməyi xahiş etmişdir. “Yeni Müsavat” qəzeti bu günədək yazılardakı iddiaları təsdiqləyəcək heç bir sənəd-sübut təqdim etməmişdir. Redaksiyadan alınmış rəsmi cavablar isə göstərir ki, qəzet rəhbərliyində belə faktlar yoxdur.

Bütün bunlarla əlaqədar Milli Təhlükəsizlik Nazirliyi bir daha və qətiyyətlə bəyan edir ki, “PKK təhlükəsi” barədə müxalif qüvvələr tərəfindən qaldırılmış hay-küy əsassızdır, hazırda PKK-nın Azərbaycanda hansısa bir fəaliyyəti haqqında nazirlikdə məlumat yoxdur. Respublikanın hüquq-mühafizə orqanları ölkədəki əməliyyat şəraitini tam nəzarətdə saxlayır, milli mənafeləri hər cür təhdidlərdən, o cümlədən terrorizm təhlükələrindən qorumaq üçün ardıcıllıqla mübarizə aparırlar.

Kürd İşçi Partiyası (PKK) ABŞ Dövlət Departamenti tərəfindən 1990-cı illərin əvvəllərində, Avropa Birliyinə daxil olan 15 dövlət tərəfindən cəmi bir ay öncə rəsmi surətdə terrorçu təşkilat kimi tanınmışdır. Yarandığı ilk günlərdən Türkiyə Respublikasını özünə arxa və dost ölkə hesab edən müstəqil Azərbaycan Respublikası isə mövcudluğunun bütün 10 ili ərzində PKK-çılara münasibətdə qardaş türk xalqı ilə bir mövqedə olmuş, respublikanın hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə sıx əməkdaşlıq zəminində PKK terrorçularına qarşı Azərbaycan ərazisində ardıcıl və qətiyyətli mübarizə aparmış, önəmli nəticələr əldə etmişlər.

Son illər ərzində Azərbaycan Respublikasının hüdudlarında 33 nəfər PKK-çı tutulub saxlanmış, onlardan 14 nəfəri Türkiyəyə, 1 nəfəri Qazaxıstana, 1 nəfəri isə Rusiya Federasiyasına təhvil verilmişdir. Təkcə 2000-2001-ci illərdə Azərbaycan ərazisindən istifadə etməklə qeyri-qanuni yolla İrandan Ermənistana və geriyə keçməyə cəhd göstərən 16 nəfər PPK-çı və onlara bələdçilik edən 1 nəfər Azərbaycan vətəndaşı barəsində 4 cinayət işi aparılmış, həmin şəxslər məhkəmə orqanları tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış, istintaq, sərhədlərin möhkəmləndirilməsi tədbirləri və digər tədbirlər nəticəsində PKK-çıların respublikada təşkilatlanmaq, Azərbaycan ərazisindən tranzit kimi istifadə cəhdlərinin, digər düşmənçilik niyyətlərinin qarşısı alınmışdır və bundan sonra da alınacaqdır.

Azərbaycan Respublikası təcavüzkar separatçılığın ən fəlakətli təzahürü olan terrorçuluqdan saysız bəlalar çəkmiş dövlətdir. Odur ki, ölkə rəhbərliyi terrorizmin hər hansı bir formada təzahürünə qarşı qətiyyətli mübarizə zərurətini bütün güc strukturları qarşısında prioritet vəzifələrdən biri kimi qoymuşdur və həmin vəzifələrin icrasını daim nəzarətdə saxlayır.

Məhz indiki iqtidar dövründə respublikada yüzlərlə terrorçu zərərsizləşdirilmiş, terrorçu-separatçı “Sadval”, “Ceyşullah”, “Hizbut-Təhrir” təşkilatları tam ifşa edilərək, onların cinayətkar fəaliyyətinə son qoyulmuş, humanitar niyyətlər və digər örtüklər altında beynəlxalq terrorçu qurumlara yardım göstərən dörd xarici humanitar təşkilat qapadılmış və ölkə ərazisindən çıxarılmışdır.

Azərbaycan Respublikası 2001-ci ilin sentyabr hadisələrindən sonra antiterror koalisiyasına ilk qoşulan dövlətlərdən biridir. Təkcə son səkkiz ay ərzində həmin faciə ilə bu və ya digər dərəcədə əlaqəli olan 31 xarici ölkə vətəndaşı respublika ərazisində yaxalanaraq, axtarış elan etmiş dövlətlərə təhvil verilmişdir. Ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə mövqeyinə və əldə etdiyi konkret nəticələrə dünya miqyasında ən mötəbər səviyyələrdə dəfələrlə verilmiş yüksək qiymət xalqımıza yaxşı məlumdur.

Məhz belə bir şəraitdə radikal müxalifət tərəfindən heç bir əsas, sübut göstərilmədən iqtidarın PKK terrorçularına havadarlıqda təqsirləndirilməsi, əslində, onların yaxınlaşmaqda olan prezident seçkiləri ərəfəsində ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş cəhdləri kimi qiymətləndirilməli və qətiyyətlə pislənməlidir.

Real, yaxud təxəyyül məhsulu olan təhlükələrin hansısa millətin adı ilə bağlanıb qabardılması çoxmillətli ölkəmizin ərazisində yaşayan bütün vətəndaşların insan haqlarına hörmət prinsipini öz daxili siyasətinin əsasına qoymuş dövlətimizin milli maraqlarına ziddir və yolverilməzdir.

Mövcud ictimai-siyasi sabitlik bu gün müstəqil Azərbaycanın ən dəyərli nemətidir, ölkədə dövlətçiliyin bərqərar olması, iqtisadiyyatın təşəkkülü, xalqın bu günü və sabahı naminə dünya iqtisadiyyatına inteqrasiyası üçün ilkin şərtlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin bilavasitə rəhbərliyi altında son illər həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində xalqın əldə etdiyi bu nailiyyətə ucuz siyasi məqsədlər naminə xələl gətirilməsini Azərbaycanı bir Vətən olaraq doğrudan da sevən, bu xalqın mənafelərinə sadiq olduğunu bəyan edən heç bir qüvvə, yaxud fərq özünə rəva bilməməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa