SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İCRA APARATININ MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il may ayının 14-də saat 11.00-da Prezident sarayında xarici sahibkarlarla görüşü keçiriləcəkdir. Görüşdə Azərbaycan Respublikasında sahibkarlığın inkişafı, ölkəyə xarici investisiyaların cəlb edilməsi problemləri, xarici sahibkarlarla dövlət idarəetmə orqanları arasında münasibətlərin tənzimlənməsi və digər problemlər müzakirə ediləcəkdir.
Görüşdə iştirak etmək istəyən xarici iş adamları 2002-ci il mayın 11-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə \Bakı 370066, Niyazi küçəsi 23\ yazılı müraciət edə bilərlər. Müraciətdə sahibkarın adı və soyadı, fəaliyyət növü, ünvanı və onu maraqlandıran problemlər göstərilməlidir.
Əlaqə telefonları: 92-92-34; 92-92-35;
Faks: 92-58-95