SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin təkliflərini nəzərə alaraq, Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı mətndə yeni 4.7.-ci yarımbənd əlavə edilsin:
“4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar”.
“Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarına aşağıdakı mətndə yeni 1.9.-cu yarımbənd əlavə edilmişdir:
“1.9. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar”.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu qaydası”, “Loqopedik xidmət haqqında Əsasnamə”, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə” təsdiq edilsin.
Bu qərarlar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.