İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb
![Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb](/files/2019/2/1200x630/15619669783162847842_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, qurumun Bosniya və Herseqovina, Serbiya, Monteneqro üzrə nümayəndəsi təyin edilib. ASK-ın Dayanıqlı inkişaf və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Hümbətovun sözlərinə görə, xarici ölkələrdə yeni nümayəndəliklərin açılması istiqamətində Azərbaycan ilə Bosniya və Herseqovina, Serbiya və Monteneqro arasında qurulan uğurlu dostluq əlaqələrini, azərbaycanlı sahibkarlar tərəfindən bu ölkələrin iqtisadiyyatına qoyulan investisiyanın həcminin gündən-günə artdığını nəzərə alaraq ASK-ın bu ölkələrdə nümayəndəsi vəzifəsinə Seyran Mirzəzadə təyin olunub. O, bu ölkələrdə sahibkarlarımız üçün tərəfdaşların axtarılıb tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, marketinq təhlili və müvafiq məlumat təchizatında iştirak edəcək.
S.Mirzəzadə, həmçinin sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar hazırlayacaq.