AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏN ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 10-da saat 11.20-dən 11.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.55-dən 22.05-dək və saat 23.55-dən 00.00-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında, saat 22.00-dan 22.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.50-dən 23.55-dək və iyunun 11-i saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, saat 02.10-dan 02.25-dək və saat 05.05-dən 05.30-dək Tərtər rayonunun Qızıloba, Həsənqaya və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]