AZƏRBAYCAN ŞİRKƏTLƏRİ SÜRİXDƏ İNVESTİSİYA FORUMUNDA İŞTİRAK EDİRLƏR
AZPROMO-nun prezidenti Emil Məcidovun sözlərinə görə, Azərbaycan şirkətlərinin forumda iştirakı AZPROMO ilə SOFİ-nin 2003-cü ildən başlayan və uğurla davam edən əməkdaşlığı çərçivəsində həyata keçirilir.
MKT istehsalat-kommersiya şirkətinin baş direktoru İkram Kərimli demişdir ki, forumun gündəliyi bizim şirkət üçün olduqca maraqlıdır. Burada aqrar sahə, kənd təsərrüfatına kredit imkanları və sair məsələlər müzakirə olunacaqdır. Ümid edirəm ki, tədbir şirkətimizin fəaliyyətinə öz töhfəsini verəcək.
Xatırladaq ki, hər ilin iyununda keçirilən Sürix forumu artıq ənənəvi hal almışdır. Builki forumun əsas məqsədlərindən biri inkişaf edən bölgələrin imkanlarını potensial investorlara təqdim etməkdən ibarətdir.