SİYASƏT
Azərbaycan və Türk diasporunun nümayəndələri Nyu-Yorkda “Erməni yalanına yox deyək!” devizi altında aksiya keçirmişlər
Bakı, 2 may (AZƏRTAC). ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri aprelin 30-da Nyu-Yorkun “Taymz” meydanında “Erməni yalanına yox deyək!” tələbi ilə yürüş-mitinq keçirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və türk diasporunun təşkil etdiyi bu aksiya ənənəvi olaraq hər il bu tarixdə keçirilir.
Aksiyanın əsas məqsədi ABŞ-da yaşayan azərbaycanlıları və türkləri anti-erməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir.
Etiraz aksiyasında “Erməni yalanlarına inanmayın!”, “İnsanlığa qarşı zülmə son!” kimi şüarlar səsləndirilmişdir.
Ötən ildəkindən fərqli olaraq aksiyada Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da iştirak etmişlər.
######
![]() |
![]() |