AZƏRBAYCAN VƏ YUNANISTAN İŞ ADAMLARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat və ticarət şöbəsinin təşkilatçılığı ilə aprelin 15-də “Hyatt Regency” mehmanxanasında ölkələrimizin iş adamlarının görüşü keçiriləcəkdir.
İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 8 yunan şirkətinin təmsilçiləri ticarət və iqtisadi əlaqələrin yaradılması məqsədi ilə aprelin 14-dən 17-dək Bakıda səfərdə olacaqlar.
Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov iştirakçıları ölkəmizdəki investisiya mühiti və biznes imkanları ilə tanış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]