“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “Təhlükəsizlik günü”
Bakı, 7 may, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) "Təhlükəsizlik günü" keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, toplantıda birinci rübdə dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb. Hesabat dövründə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. Rüb ərzində "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi"ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) statistikası, tibbi müayinə statistikası, idarələr üzrə təkrarlanan nöqsanlar, ofis və donanmalarda xarici və daxili auditlərlə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Tədbirdə təhlükəsizlik qaydalarına dair təlimat videosu nümayiş etdirilib, ötən rüb görülən işlər və qarşıdakı hədəflər diqqət mərkəzində olub.
Tədbirdə bəzi işçilər nümunəvi əmək fəaliyyətinə görə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]