İQTİSADİYYAT
Azərbaycanda 488 min fərdi sahibkar qeydiyyata alınıb
Bakı, 27 iyul (AZƏRTAC). İyulun 1-nə olan məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 488 mini ötüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən 6 ayda sahibkarların çox hissəsi “Ticarət, nəqliyyat vasitələrinin təmiri” (37,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (15,1 faiz), “Nəqliyyat və anbar təsərrüfatı” (14 faiz) və “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,2 faiz) bölmələrində qeydiyyatdan keçib. Onların əsas hissəsi Bakıda (34,4 faiz), Aran (19,7 faiz), Gəncə-Qazax (12,6 faiz) və Lənkəran (7,6 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 81,5 faizi kişilərdən, 18,5 faizi isə qadınlardan ibarətdir. Qadınlar “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində qeydiyyatdan keçən fərdi sahibkarların 41,5 faizini təşkil edirlər.