Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin cinayətlərinin üstü tam açılmışdır

Bakı, 18 aprel (AZƏRTAC). Məlumat verildiyi kimi, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilmişdir.

MTN-in ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ilin yay aylarında Azərbaycan Respublikasının vətəndaşı Padarov Vüqar İspaxan oğlu Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz etmişdir.

Məlum olmuşdur ki, silahlı birləşmənin bəzi üzvləri əvvəlcə “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriya Ərəb Respublikasındakı mədrəsələrdə cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçmişlər. Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistan İslam Respublikasının Vəziristan əyalətinə gəlmişlər. Onlar “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatına daxil olan “İslami-cihad” terrorçu qrupunun tərkibində bir neçə ay ərzində hərbi-dini təlimlər keçərək müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəmişlər. Bundan sonra, həmin şəxslər “İslami-cihad” terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişlər.

Dəstənin bir qrup digər üzvü İran İslam Respublikasında atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçmişlər.

Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev hələ 2010-cu ilin avqust ayında Dağıstana gedərək “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak etmişdir.

Həmin ilin sonlarında Elmir Nurəliyev Dağıstanın Kadar kəndi yaxınlığında İbrahimxəlil Daudovun dəstəsinin gizli düşərgəsində “Busra” ləqəbli Vüqar Padarov ilə tanış olmuşdur. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif etmişdir. Məqsəd Azərbaycanın bir sıra bölgələrində silsilə terror aksiyalarının törədilməsi, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək, əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Dəstə üzvləri arasında vəzifə bölgüsü, terrorçuluq aksiyalarının törədiləcəyi hədəflərin və yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar müəyyənləşdirilmişdir. Dağıstanla həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur. Elmir Nurəliyev ilə razılaşma əldə etdikdən sonra Vüqar Padarov planları barədə Əbu-Hureyraya və İbrahimxəlil Daudova məlumat vermişdir. 2011-ci ilin fevral ayında İbrahimxəlil Daudov Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nı təşkil etmiş və onlar “əmir” Əbu-Hureyranın əvvəllər bu barədə irəli sürdüyü analoji təklifləri Vüqar Padarov və Elmir Nurəliyevin iştirakı ilə müzakirə etmişlər. Sonda “Əmirlər şurası” tərəfindən Vüqar Padarova və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin etmiş və bu barədə videogörüntülü müraciətini sonuncunun mobil telefonunun yaddaşına yazmışdır.

2011-ci ilin iyul ayında Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarovla Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə aparmışdır. Elmir Nurəliyev, Əmir Muradov, Nəsrullah Yunusov, Məcid Aşurov və Faiq Sultanov adlı şəxslərdən ibarət heyəti qəbul etdikdən sonra Vüqar Padarov dəstə üzvləri ilə birlikdə Zaqatala rayonunda müxtəlif yerlərdə gizlənmişdir. Vüqar Padarov eyni zamanda dəstə üzvlərini silahlandırmaq məqsədilə silah-sursatın alınması üçün Nəsrullah Yunusov vasitəsilə ayrı-ayrı şəxslərlə əlaqə saxlamışdır.

Həmin ərəfədə davamlı terrorçuluq aksiyalarına hazırlıq işlərinin başa çatdırılması üçün Vüqar Padarov Elmir Nurəliyevlə birlikdə mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişlər. Bundan sonra, Vüqar Padarov silahlı birləşmənin gücləndirilməsi və digər təşkilati məsələlərin həlli üçün dəstənin üzvləri Əmir Muradov və Faiq Sultanov ilə birlikdə 2012-ci ilin mart ayının əvvəlində Gəncə şəhərində mənzil kirayə edərək ora köçmüşlər.

Ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün MTN tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilmişdir.

Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınmış, silahlı birləşmənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları - Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanmışlar.

Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərksilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açmış və əl qumbarası atmışlar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilmiş, Faiq Sultanov və Əmir Muradov isə tutulmuşdur.

Ümumən silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd avtomat silah, “RPK” tipli 1 əl pulemyotu, müxtəlif tipli 4 tapança, xeyli sayda patron, müxtəlif tipli 33 əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, “Kenwood” markalı 36 ədəd rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür.

Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, tələfatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür.

Hazırda göstərilən faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq