SİYASƏT
AZƏRBAYCANDA KRİMİNOGEN DURUM NƏZARƏT ALTINDADIR
Prezident Heydər Əliyevin rəhbərliyi və başçılığı ilə Azərbaycanda son on ildə elə bir şərait yaradılmışdır ki, bu gün ölkəmizin daxili sabitliyini pozmaq cəhtləri nəticə verə bilməz.
Bu fikri daxili işlər naziri, general-polkovnik Ramil Usubov bəyan edərək demişdir ki, Azərbaycanda kriminogen durum tamamilə nəzarət altındadır. Səkkiz milyondan çox əhalisi olan bir dövlətdə gündə təqribən 25-30 cinayət hadisəsi törədilir ki, bu da normal haldır. Əgər nəzərə alsaq ki, MDB məkanında yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan sonuncu yerdədir, onda elə bir narahatçılığa əsas yoxdur.