Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçirilib

Bakı, 25 iyul, Pərvanə Rəhimova, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 25-də “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ƏMDK-nın sədri Kərəm Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərini həyata keçirən İsrailin “Ofek Aerial Photography” şirkətinin rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Konfransın məqsədi Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirmək olub.

K.Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idarəetmə mexanizminin innovativ üsullarla həyata keçirildiyini, o cümlədən elektron hökumət quruculuğu, geoməkan standartlarının tətbiqi sahələrində işlərin təkmilləşdirildiyini deyib. Bildirib ki, ölkədə qurulmasına başlanan Milli Məkan Məlumatları İnfrastrukturu Elektron hökumətin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq olunub. Bu Qaydalar milli məkan məlumatlarının formalaşdırılması, aktuallığının təmin olunması və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir. Fərmana uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası işi həvalə edilməklə komitə sistemin operatoru kimi müəyyən olunub.

O qeyd edib ki, bu infrastruktur dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman kəsiyinə uyğun sistemləşdirir. Bu infrastruktur istənilən sahədə idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsini, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə olunmasını, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkilini təmin edir.

Komitə sədri bildirib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda, Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu “Ofek Aerial Photography” şirkəti tenderin qalibi olub.

K.Həsənov deyib ki, Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Ölkəmizdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də “Yer Səthinin Peyk Nəzarəti Sistemi”nin qurulması layihəsidir.

Komitə sədri qeyd edib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin Milli Məkan Məlumatları İnfrastrukturunun dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin təmin edilməsində xüsusi rolu var.

Ü.Mehdiyev isə ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq mühüm layihələrin həyata keçirildiyini qeyd edib. O, Milli Məkan Məlumatları İnfrastrukturunun rəqəmsal hökumətin vacib komponentlərindən biri olduğunu və bu sistemin tez bir zamanda qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, müvafiq Fərmana əsasən, agentlik milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir.

Konfransın əhəmiyyətinə toxunan İsrailin ölkəmizdəki səfiri D.Stav isə deyib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə dövlət qurumlarının idarəetməsində daha operativ qərarlar qəbul ediləcək.

Sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin “Ofek Aerial Photography” şirkəti arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Sənədi ƏMDK-nın sədr müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography”nin icraçı direktoru David Peretz imzalayıblar.

“Ofek Aerial Photography” şirkətinin vitse-prezidenti Oded Erphat bildirib ki, Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin təqdim edilməsi həyata keçirilir.

Xarici şirkətin nümayəndələrinin Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin qurulmasının başlıca məqsədləri və verəcəyi töhfə, onun hüquqi aspektləri, eləcə də layihənin icra planı ilə bağlı təqdimatlar olub.

Sonda Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinə rəsmən start verir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yaziçisi Elçinin Türkiyədə yeni kitabi çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC-in “Məzun günü” keçirilib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər