SİYASƏT
Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır
Tovuz, 5 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.
AZƏRTAC xəbər verir ki, 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasında üç gün davam edəcək seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər.
Kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Qurbanovun “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri Könül Məmmədovun “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Əhməd İbrahimovun “Seçici siyahıları ilə iş qaydası” mövzularında məruzələrini dinləmişlər.
Həmin gün 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursda Tovuz Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Qurbanov “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin sədri Könül Məmmədov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyev “Seçici siyahıları ilə iş qaydası” mövzularında məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramiz Tatarovun “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, rayon məhkəməsinin hakimi Kamil Rzayevin “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Tamerlan Eyyubovun “Seçici siyahıları ilə iş qaydası” mövzularında məruzələrini dinləmişlər.
Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.