QAN YADDAŞI
AZƏRBAYCANIN ATƏT PARLAMENT ASSAMBLEYASINDAKI NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ QURUMUN QIŞ SESSİYASINDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRMIŞLAR
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Xocalı soyqırımı ilə bağlı kitab və sənədlər də assambleyada paylanmışdır.
B.Muradova demişdir ki, ATƏT PA-nın qış sessiyası çərçivəsində gündəliyə Azərbaycanla bağlı məsələ salınmasa da, nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan, Dağlq Qarabağ münaqişəsi və onun acı nəticələrinə dair faktlar, habelə XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Eyni zamanda, Milli Məclisdə fəaliyyət göstərən və Xocalı soyqımı ilə bağlı məlumatları toplayan analitik şöbənin hazırladığı materiallar və həmin materiallar əsasında hazırlanmış 2 kitabı Parlament Assambleyasının bütün üzvlərinə paylanmışdır.