SİYASƏT
AZƏRBAYCANIN HAQLI VƏ ƏDALƏTLİ MÖVQEYİ SONADƏK DƏSTƏKLƏNƏCƏKDİR
Belarus, Gürcüstan, Qazaxıstan, Pakistan, Polşa, Moldova, Rumıniya və digər ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəkləyəcəklər.
AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə həmin ölkələrin parlament sədrləri Bakıda Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışları zamanı bildirmişlər.
Parlament sədrləri bu əlamətdar hadisə - yubiley münasibətilə təbriklərini çatdırmış, Azərbaycanın keçmiş şərəfli tarixi yolunu, ölkənin bugünkü inkişafını xüsusi vurğulamışlar. Onlar Azərbaycanın inkişafında, iri beynəlxalq layihələrin reallaşmasında, müstəqil respublikanın tanınmasında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd etmişlər. Bildirilmişdir ki, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə çox etibarlı strateji müttəfiqə çevrilmişdir.