Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Müstəqillik günü İsraildə geniş qeyd edilmişdir

Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabr ayında İsrailin müxtəlif şəhərlərində Azərbaycan Günləri böyük uğurla keçmişdir. Bununla əlaqədar tədbirlər həm keçmiş SSRİ-dən İsrailə köçüb gələnlərin, həm də yerli sakinlərin böyük marağına səbəb olmuşdur.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasında (Azİz) AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 14-də ölkənin ən mühüm şəhərlərindən biri, “İsrail vadisinin paytaxtı” sayılan Afulada Azərbaycan günləri keçirilmişdir.

Həmin gün Azərbaycan Respublikasının müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş bayram şənliklərində iştirak etmək üçün yüzlərlə insan şəhərin mərkəzi mədəniyyət sarayında toplaşmışdı. Xarici işlər və müdafiə məsələləri üzrə parlament komissiyasının sədri, “İsrail bizim evimizdir” partiyasının lideri Aviqdor Liberman və İsrailin daha bir neçə görkəmli siyasətçisi də fəxri qonaqlar arasında olmalı idi. Lakin son məqamda məlum olmuşdur ki, Parlamentin deputatları bu tədbirə gələ bilməyəcəklər, çünki Afulada konsert Knessetin qış sessiyasının rəsmi açılışı ilə eyni vaxtda düşmüşdür.

Buna baxmayaraq, Aviqdor Liberman tədbir iştirakçılarına videomüraciət etməyə vaxt tapmışdı. O, dünya siyasətində respublikamızın rolunun get-gedə artmasını və İsrail-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Aviqdor Liberman demişdir: “Məlum olduğu kimi, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Eyni zamanda o, özünün çoxəsrlik tolerantlıq və humanizm ənənələrinə sadiq qalır. İslam dövlətinin inkişafının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və onun varislərinin davam etdirdiyi, milli və dini identikliyin qorunub saxlanması, müasir dövrün bütün tələbləri üçün açıqlıq, bütün dünya ilə əməkdaşlığa hazır olmaq kimi xüsusiyyətləri özündə birləşdirən bu model digər müsəlman ölkələrinin liderləri tərəfindən də öyrənilməyə və tətbiq edilməyə layiqdir.

Dünya siyasət meydanında Azərbaycanın getdikcə artan rolunu, çox cəhətdən, məhz bu model şərtləndirir. Azərbaycan ilə İsrail arasında yaranmış səmimi münasibətləri də çox cəhətdən məhz həmin model müəyyən etmişdir”.

Mədəniyyət sarayının foyesində əslən Azərbaycandan olan rəssamların əsərlərinin sərgisi təşkil edilmişdi. Bu əsərlərin çoxuna tamaşa edəndə Azərbaycanın gözəl təbiət və şəhər mənzərələri yada düşür. Foyedə həm də məşhur “Natali” qənnadı firması tərəfindən təqdim olunmuş ənənəvi Şərq şirniyyatının dequstasiyası təşkil edilmişdi.

Bayram konsertinin təşkilatçısı olan “Azİz” Assosiasiyası tədbirin proqramını elə tərtib etmişdi ki, artistlərin çıxışları Azərbaycanın tarixi və bu günü barədə hekayətlərlə, Aviqdor Libermanın videomüraciəti və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın çıxışı ilə növbələşirdi. Yeganə Salman “Azİz” Assosiasiyası və əslən Azərbaycandan olan bütün sakinlər adından Prezident İlham Əliyevə təbrikin mətnini oxumuşdur.

Bayram konsertinin iştirakçıları qarşısında İsrail operasının yeni ulduzu Miryam Hacıyeva, Pnina Yaskovun rəhbərliyi ilə “Rəqs edən mirvari” Qafqaz rəqs ansamblı, bütün Qafqaz respublikalarının nümayəndələri arasında populyar olan müğənnilər Orli Abramova, Tomer Əliyev, Liora Safanova, Manuel İsakov, Hava Dolev, habelə Fərid Aloni və Sofa Libermandan ibarət “Bakı-Moskva” dueti çıxış etmişdir.

Zala toplaşanlar Azərbaycanın və Dağıstanın Əməkdar Artisti, məxsusi həmin konsertdə iştirak etmək üçün Bakıdan təyyarə ilə gəlmiş Ədalət Şükürovun çıxışını gurultulu alqışlarla qarşılamışlar.

“Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak demişdir: “Biz istəmişik ki, konsert üçün ayrılmış iki saat yarım müddətində tamaşaçılar Azərbaycan musiqi mədəniyyətinin bütün müxtəlif janrları və onun zəngin tarixi ilə tanış olsunlar; bu mədəniyyətin gözəlliyini və gücünü qiymətləndirsinlər, başa düşsünlər ki, bu gün bütövlükdə dünya mədəniyyətini Azərbaycan mədəniyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Zalın reaksiyasından belə görünür ki, biz bu istəyimizə nail olmuşuq. Tamaşaçıların əksəriyyəti konsertə valeh olduqlarını gizlətmir, konsert başa çatandan sonra hələ uzun müddət dağılışmaq istəmirdi”.

“Azİz” Assosiasiyasının mədəni-kütləvi tədbirlərinin təşkilinə görə cavabdeh nümayəndəsi Şaul Siman Tov onun sözünə qüvvət verərək bildirmişdir ki, təşkil edilən bütün başqa tədbirlərdə də Azərbaycan melodiyaları səslənəndə tamaşaçıların reaksiyası bu cür olmuşdur.

Tədbirin sonunda konsertin aparıcıları - İsrailin “Konteks” teatrının aktrisası Yevgeniya Şarova, müğənni və musiqiçi Rauf Ağalarov “Azİz” Assosiasiyasının bütün təşəbbüslərini dəstəkləyən təşkilatların hamısına - Heydər Əliyev Fonduna, Dağ Yəhudilərinin STMEQİ xeyriyyə fonduna, Azərbaycanın “Caspian Driling Company” neft şirkətinin İsraildəki filialına, Afula şəhər bələdiyyəsinə və digər qurumlara təşəkkürünü bildirmişlər.

İsraildə Azərbaycan günləri davam edir. Yaxın günlərdə Təl-Əvivdə, Rehovotada və ölkənin digər şəhərlərində tədbirlər keçiriləcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib