Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ STRASBURQDA
AVROPA ŞURASININ MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri iyunun 26-da Avropa Şurasının mətbuat mərkəzində mətbuat konfransı keçirmişlər. 

İLHAM ƏLİYEV mətbuat konfransını açaraq demişdir:

- Artıq neçə gündür ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri - cənablar Bəhmənov, Hüseynov, Məmmədov, xanım Babayeva Avropa Şurasındadırlar və müxtəlif görüşlər keçirirlər. Avropa Şurasının Baş katibi cənab Şvimmer, Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Alvero Hil-Robles ilə görüşlər keçirilmişdir. Bu gün Avropa Şurasının prezidenti cənab Şider ilə görüş olacaqdır. Siyasi komitələrdə, siyasi qruplarda da görüşlər keçirilmişdir.

İstərdim ki, biz mətbuat konfransımıza Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin bəyanatı ilə başlayaq. Sözü cənab Hüseynova vermək istəyirəm.

X X X

Şuşa rayonu icra hakimiyyəti başçısının Şuşa şəhəri üzrə nümayəndəsi Vaqif Hüseynov bəyanatı oxudu.

AZƏRBAYCAN RESPUBLİKASININ DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASININ BƏYANATI

Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri olaraq, buraya dəvət edildiyimizə və Azərbaycandakı yüz minlərlə məcburi köçkünün kədərini və iztirabını ifadə etmək imkanına görə sizə təşəkkürümüzü bildiririk.

Məlumdur ki, Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. Ermənistanın təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsi və Azərbaycanın ona bitişik olan 7 rayonu işğal olunmuş və xarabalığa çevrilmişdir. İşğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı etnik təmizləmə nəticəsində həmin torpaqlardan bir milyondan artıq insan zorla çıxarılaraq, qaçqın və məcburi köçkünə çevrilmişdir. 50 mindən artıq azərbaycanlı Dağlıq Qarabağdakı evlərini tərk etmişdir. İndi onlar Azərbaycanın müxtəlif regionlarında yaşayış üçün yararlı olmayan çadır düşərgələrində və sosial binalarda yerləşdirilmişlər.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı separatizm hərəkatı regionda təhlükəli terrorizmə təkan vermişdir. Bu gün Dağlıq Qarabağ qanunsuzluq zonasıdır, insan, narkotik maddələr və silah alveri yolları buradan keçir. Dağlıq Qarabağda xeyli terrorçu bazası fəaliyyət göstərir.

Beynəlxalq birliyin artıq 14 ildir ki, davam edən bu münaqişənin sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri heç bir nəticə verməmişdir. Ermənistan BMT Təhlükəsizlik Şurasının ərazilərin işğal edilməsini pisləyən dörd qətnaməsini qulaqardına vurmuşdur. Lakin bu sənədlərdə Ermənistan təcavüzkar dövlət kimi qeyd olunmur.

Bu problem Avropa Şurasında da bir neçə dəfə müzakirə olunmuşdur. Parlament Assambleyası 1994-cü il 10 noyabr tarixli 1047 və 1997-ci il 22 aprel tarixli 1119 nömrəli qətnamələr qəbul etmişdir. Bu qətnamələr də qeyri-müəyyən xarakter daşıyırdı. Həmin sənədlərdə də münaqişənin kökləri və günahkarları göstərilməmişdir.

Avropa birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən bir neçə bəyanatla çıxış etmişdir, lakin həmin sənədlərdə də Ermənistanın təcavüzkar fəaliyyəti pislənilmir.

Artıq 10 ildən çoxdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması məsələsi ilə məşğul olan ATƏT də eyni səbəbdən - münaqişənin günahkarının adını çəkmək istəmədiyindən heç bir nəticəyə nail ola bilməmişdir.

Lakin münaqişənin kökləri Ermənistan SSR Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarındadır. Həmin qərar bu günə qədər ləğv olunmamışdır.

 

Azərbaycan rəhbərliyi müdriklik və təmkinlik göstərərək, münaqişənin dincliklə həll olunmasını istəyir. Biz onun güc işlədilməsi yolu ilə həllinin nəticələrini dərk edirik - bu, günahsız insanların ölümü və dağıntılarla yanaşı, həm də regionda və dünyada sabitliyin pozulması deməkdir.

İndi dünya terrorizmlə yanaşı, erməniçilik təhlükəsi ilə də qarşılaşmışdır. Erməniçiliyin mahiyyəti separatizm, terrorizm, tarixi saxtalaşdırmaq yolu ilə, erməni diasporunun fəal əməlləri ilə başqa dövlətlərin əraziləri hesabına Böyük Ermənistan yaratmaqdır.

Beynəlxalq birlik həqiqətən istəsəydi, Ermənistanın təcavüzkar əməllərinə son qoya bilərdi. Amma cəzasızlıqdan, müxtəlif dövlətlərin imkan verməsindən, maliyyə və hərbi yardımından istifadə edən Ermənistan ilhaq siyasətini yeritməkdə davam edir və öz qonşularının ərazi bütövlüyünə təhlükə törədir.

Beynəlxalq birlik ermənilərə “gözün üstündə qaşın var” deməyincə, təcavüzkar ölkə və terrorizmi dəstəkləyən dövlət olan bugünkü Ermənistan öz əməllərini davam etdirəcəkdir.

Artıq Ermənistanın cəzasızlığına son qoymaq və onu işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməyə məcbur etmək vaxtıdır.

X X X

SUAL: Burada deyildi ki, Ermənistan başqa dövlətlərin imkan verməsi, hərbi və maliyyə yardımı sayəsində hərəkət edir. Əgər mümkündürsə, bu dövlətlərin adlarını dəqiq çəkin. Söhbət konkret olaraq Rusiyadanmı gedir? Bu, dövlətin mövqeyidir, yoxsa konkret olaraq çıxış edənin?

İLHAM ƏLİYEV: Sualınıza əlavə etmək istəyirəm. Cənab Hüseynovun dedikləri doğrudur və dünya birliyinin xəbəri var ki, Ermənistan ərazisində yerləşdirilmiş Rusiya qoşunları, o cümlədən də bazaları bir çox illər ərzində Azərbaycana qarşı hərbi əməliyyatlar aparılmasına fəal kömək göstərmişlər, habelə qeyd olunduğu kimi, - bu da hamı tərəfindən, o cümlədən də Rusiyada təsdiqlənmiş səhih bir faktdır, - Ermənistana təmənnasız olaraq bir milyard dollar məbləğində silah verilmişdir və həmin silahdan da Azərbaycana qarşı istifadə edilməli idi.

 

Bütün bunlar tarixin faktlarıdır, çox kədərli faktlardır. Amma bugünkü gündən danışsaq, bu gün Rusiyanın mövqeyindən danışsaq, deyə bilərəm ki, Rusiya obyektiv siyasət aparır. Rusiya ilə Ermənistan və Rusiya ilə Azərbaycan arasındakı münasibətlər əvvəllər tarazlı deyildi, indi isə tarazlıdır. İndi Azərbaycan və Rusiya bir çox sahələrdə əməkdaşlıq edirlər və biz inanırıq ki, hazırkı Rusiya rəhbərliyi bu məsələdə Rusiyanın özünün də xeyrinə olaraq düzgün, düşünülmüş siyasət aparır. Lakin biz tarixdə nələr olduğunu unutmamalıyıq. Bunların hamısı faktdır. Ancaq Azərbaycanla Rusiya arasındakı bugünkü münasibətlər bizə belə deməyə tam imkan verir ki, gələcəkdə daha belə faktlar olmayacaq və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiya bu münaqişənin sülh yolu ilə həll olunması üçün bundan sonra da səylər göstərəcəkdir.

Faktlar göstərir ki, əgər 2000-ci ilədək bu məsələdə biz Rusiya rəhbərliyi, XİN tərəfindən daim qərəzli münasibətlər qarşılaşırdıqsa, 2000-ci ildən sonra belə qərəzlilik yoxdur. Bu dediklərim ölkələrimiz arasında mövcud olan və imzalanmış razılaşmalara, Rusiya rəhbərliyinin verdiyi bəyanatlara və gördüyümüz real həyata əsaslanır. Yenə də deyirəm, bu gün biz hesab edirik və mən də bu fikirdəyəm, Rusiyada da belə hesab edirlər ki, münaqişənin nizama salınması məsələsində ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiyanın rolu həmsədrin funksiyalarına uyğundur, başqa sözlə desək, obyektivdir. Əgər tərəflərdən hər biri - Minsk qrupunun həmsədrləri də, ümumiyyətlə, Avropa birliyinin hər bir ölkəsi də bu məsələyə obyektiv yanaşsa, onda hər şey aydın olar. Axı, kimin təcavüzkar, kimin işğalçı olduğu, kimin ərazisinin zəbt edildiyi aydındır. Faktdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir, bir milyon azərbaycanlı qaçqın var, 900 şəhər və kənd qarət olunmuş və dağıdılmışdır. Ona görə də hesab edirik ki, burada heç bir tərəfdən ikili standartlar olmamalıdır və münaqişənin üstündən sükutla keçilməməlidir, münaqişənin səbəbləri gizlədilməməlidir.

 

Biz diqqətimizi yalnız necə əməkdaşlıq etməli olduğumuza yönəltməməliyik, biz baş vermiş hadisələrə siyasi qiymət verməliyik, işğalçı və təcavüzkar kimi Ermənistanın siyasi hərəkətlərinə qiymət verməliyik. Zənnimcə, yalnız bundan sonra məsələ daha səmərəli həll oluna bilər.

Biz bu fikirdəyik ki, indiki sessiya çərçivəsində bu məsələ həll olunacaq. Azərbaycan bu məsələni çoxdan qaldırmışdır və yarım ildən çoxdur ki, məruzəçi təyin olunması barədə qərar qəbul edilmişdir. Lakin bizə məlum olmayan hansısa səbəblərə görə, - biz bunu da istisna etmirik ki, Ermənistan tərəfinin müqavimət göstərməsi nəticəsində, - məruzəçi hələ də təyin olunmamışdır. Ermənistan məruzəçi təyin olunmasını istəmir. Çünki məruzəçi təyin olunarsa, həmin məruzəçi və onun qrupu vəziyyəti araşdırarsa, məsələnin nə yerdə olduğu, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması hamıya bəlli olar. Buna görə də biz belə hesab edirik ki, Ermənistan məruzəçi təyin olunmasına hər cür maneçilik törədir və məruzəçinin namizədliyi həm Azərbaycan, həm də Ermənistan tərəfindən razılaşdırılmalı olduğu üçün bu məsələ indiyə qədər öz həllini tapmayıbdır. Lakin biz ümidvarıq ki, indiki sessiya çərçivəsində Avropa Şurasının Siyasi komitəsində bu məsələ həll olunacaqdır. Hər halda, biz bunda təkid edəcəyik.

SUAL: Sabah AŞPA Cənubi Qafqazda qaçqınların vəziyyətini müzakirə edəcəkdir. Necə hesab edirsiniz, bu müzakirələr Dağlıq Qarabağ və Abxaziya problemlərinin həllində öz əksini necə tapacaq?

CAVAB: Mən bu məsələnin AŞPA sessiyasına çıxarılmasını bütövlükdə müsbət fakt kimi qiymətləndirirəm, çünki uzun müddət bu məsələyə toxunulmamışdır. Hazırlanmış məruzədə bir neçə müsbət məqam vardır, məsələn, sənəddə qaçqınların konkret sayı göstərilir və Azərbaycanda bir milyondan artıq qaçqın olması faktı təsdiqlənir, konkret olaraq, 1 milyon 160 min yazılmışdır. Orada həmçinin qeyd olunmuşdur ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdir. Lakin uyğunsuzluqlar da vardır. Mən məruzəni çox diqqətlə oxudum və fikir verdim ki, məsələn, Cənubi Osetiyada separatizm problemi ilə əlaqədar “osetin separatçıları” yazılmışdır. Dağlıq Qarabağda separatizm problemi ilə əlaqədar isə “erməni separatçıları” ifadəsi yoxdur. Biz burada da qeyri-obyektivliyi görürük, çünki bunun, sadəcə, diqqətsizlik olduğunu güman etmək çətindir, bu, məruzəni hazırlayan şəxslərin qeyri-obyektivliyi, vicdansızlığıdır.

Qətnaməyə gəldikdə, o, ümumi xarakter daşıyır. Biz bu qətnamədə konkret bir şey görmürük. Bəlkə də, müzakirə zamanı bu məsələ hansısa formaya düşəcək, lakin indiki halda qətnamə hətta məsələnin mahiyyətini də konkret açıqlamayan bəyanatlar, siyahısından başqa bir şey deyildir.

Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya separatçılarının əməlləri nəticəsində Gürcüstanın və Azərbaycanın düşdükləri vəziyyətin oxşarlığı göz qabağındadır. Bu münaqişələrin indiyədək həll edilməməsini təqsirkarı həmin münaqişələri törədən separatçılardır. Onların əməlləri nəticəsində çoxlu adam həlak olmuşdur. Onların cinayətkar hərəkətlərinə görə indi əhalinin sayına nisbətdə dünyada ən çox qaçqın-köçkünlər Azərbaycandadır. 8 milyon əhalinin 1 milyonu qaçqın köçkündür.

Zənnimizcə, bu məsələnin daha tam və hərtərəfli müzakirəsi üçün, konkret qərarlar qəbul edilməsi üçün, tutalım, üç Cənubi Qafqaz respublikasına aid məsələlərin birləşdirilməsi, bəlkə də, ilk addım kimi müsbət fakdır, lakin Azərbaycan qaçqınları ilə, Gürcüstan qaçqınları ilə bağlı bu məsələlərdən hər birinə gələcəkdə ayrıca baxılmalıdır. Yeri gəlmişkən, məruzənin Ermənistana aid bölməsi təəccüb doğurur, çünki Spitakda 1988-ci il zəlzələsindən zərər çəkənlər də qaçqınlar sırasına daxil edilmişdir. Əgər Ermənistan hökuməti zəlzələdən zərər çəkmiş insanlara 1988-ci ildən bəri qayğı göstərmirsə, bu, məruzəni hazırlayanlara həmin insanları qaçqınlar sırasına daxil etməyə haqq vermir. Qaçqınlar anlayışı kifayət qədər aydındır və kifayət qədər müəyyənləşdirilmişdir. Lakin indiki kimi yanaşdıqda, hər hansı bir adamı qaçqın hesab etmək olar. Yəni, bu, bir daha göstərir ki, məruzə müəyyən dərəcədə qərəzli hazırlanmışdır. Amma ilk addım kimi biz belə bir məruzənin meydana gəlməsini alqışlayırıq. Yenə deyirəm, gələcəkdə bu məsələni, zənnimcə, konkretləşdirmək lazım olacaqdır.

SUAL: Azərbaycan Prezidenti təxminən bir il əvvəl Avropa Şurasında çıxışında demişdir ki, yeni Avropada ikili standartlar olmamalıdır. O vaxtdan bəri Azərbaycan nümayəndə heyəti Avropa Şurasının mövqeyinin dəyişməsinə gətirib çıxarmış çoxsaylı danılmaz sübutlar təqdim etmişdir, Avropa Şurası etiraf etmişdir ki, ərazilər işğal olunmuşdur və bu ərazilərdə keçirilmiş seçkilər qeyri-qanunidir. Azərbaycanın ərazi bütövlüyünü Nazirlər Komitəsi də tanımışdır.

 

Mən iki sual vermək istəyirəm. Azərbaycan Avropa Şurasından konkret olaraq nə gözləyir, nəyə ümid bəsləyir? Jurnalistləri burada təmsil olunan ölkələrin ictimaiyyətinə siz hansı müraciəti etmək istərdiniz?

CAVAB: Biz hamımız gözəl başa düşürük ki, Avropa Şurası bu məsələni əməli fəaliyyətlə həll etmək iqtidarinda deyildir. ATƏT, onun vasitəçi funksiyası mandatına malik Minsk qrupu var. Eyni zamanda biz çalışırıq ki, Avropa Şurası bu münaqişəyə siyasi qiymət versin, Ermənistanı təcavüzkar kimi tanısın, Ermənistanı öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa çağırsın və beləliklə də, məqbul əsasda danışıqların aparılmasına siyasi cəhətdən yardım göstərsin. Çünki elə prinsiplər var ki, Azərbaycan onlardan heç vaxt kənara çəkilməyəcəkdir. Bu prinsiplər ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü sözsüz bərpa edilməli, erməni işğalçı qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və qaçqınlar öz yerlərinə qaytarılmalı, habelə Dağlıq Qarabağın gələcək hüquqi statusu müzakirə edilməlidir.

Bu prinsiplər çərçivəsindən kənarda hansısa danışıqların aparılması əvvəlcədən uğursuzluğa məhkumdur. Odur ki, indiki halda Avropa Şurası münaqişəyə siyasi qiymət verməli, Ermənistanı işğalçı kimi pisləməlidir. Çünki XX1 əsrdə işğalçı və təcavüzün qurbanı eyni bir təşkilatda, özü də ilk növbədə insan hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olan bir təşkilatda fəaliyyət göstərə bilməz. İnsan hüquqları məsələləri ilə məşğul olmaq çox nəcib işdir, biz Azərbaycanda bunu alqışlayırıq və ümumavropa işinə öz töhfəmizi vermək üçün əlimizdən gələni edirik. Bəs, bir milyon qaçqının hüquqları barədə kim düşünəcək? Məgər onlar insan deyillər? Yoxsa, erməni işğalçı qüvvələrinin bu insanların torpaqlarını işğal etməsi üzündən onların taleyinin belə ağır olması məsələnin ciddiliyini azaldır?

Biz erməni lobbisinin, dünya erməniçiliyinin olmasını, onların şovinizm ideyalarının təkcə Azərbaycana, regiona deyil, bəlkə də, gələcəkdə həm də dünyaya bəla gətirə biləcəyini yaxşı başa düşürük. İndinin özündə Rusiyanın, Gürcüstanın müxtəlif bölgələrində onların ərazi iddialarının olması faktları məlumdur. Onların gələcəkdə Latın Amerikasında da, Şimali Amerikada da, Türkiyədə də ərazi iddiaları irəli sürəcəkləri istisna edilmir. Yeri gəlmişkən, Ermənistanın Türkiyəyə qarşı belə ərazi iddiaları var. Odur ki, obyektiv münasibət olmalı, ikili standartlara yol verilməməlidir. Biz bu barədə çox danışmışıq, təəssüf ki, bu ikili standartlar siyasəti mövcuddur. Təəssüf ki, hərbi təcavüzə, Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistan hələlik cəzasız qalır.

X X X

AŞPA-NIN SƏDRİ İLƏ GÖRÜŞ

İyunun 26-da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri N.Bəhmənov, E.Məmmədov, B.Hüseynov, S.Babayeva AŞPA-nın sədri Piter Şiderlə görüşmüşlər. Nümayəndə heyətinin rəhbəri İlham Əliyev Ermənistanın ölkəmizə təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının ata-baba yurdundan zorla çıxarılaraq qaçqın və məcburi köçkün kimi çadır şəhərciklərdə məskunlaşması barədə məlumat vermişdir. O, Azərbaycan Prezidenti Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etdiyini, hökumətin bu sahədə gördüyü tədbirləri bildirməklə yanaşı, bəzi humanitar təşkilatların Azərbaycanda qaçqın və məcburi köçkünlərə yardımları azaltdığını, digərlərinin isə tamamilə dayandırdığını vurğulamış və AŞPA sədrindən xahiş etmişdir ki, öz nüfuzundan istifadə etməklə, yardımların artırılması üçün humanitar təşkilatlara müraciət etsin.

Azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərə qayğı göstərməsi, onların vəziyyətləri ilə daim maraqlanmasını qeyd etməklə, doğma yurdlarından didərgin düşmüş insanların haqq səsinin Avropa Şurasına çatdırılması üçün imkan yaratmış Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin rolunu yüksək qiymətləndirməklə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, tarixi barədə danışmış, Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi sahəsində AŞPA-nın nüfuzundan istifadə olunmasını xahiş etmişlər.

AŞPA-nın sədri bildirmişdir ki, istər Ermənistan, istərsə də Azərbaycan Avropa Şurasına üzv olarkən öhdəliklər götürmüşdülər və onlar həmin öhdəlikləri yerinə yetirməlidirlər. AŞPA öz nüfuzundan istifadə etməklə münaqişənin həllinə səy göstərir. Bu sahədə müəyyən addımlar atılmış, parlamentlərarası görüşlər keçirilmişdir. Dağlıq Qarabağ problemi ilə əlaqədar məruzəçinin təyin olunması müzakirə ediləcəkdir. Bu müddət ərzində qaçqın və məcburi köçkünlər barədə geniş və düzgün məlumatın AŞPA-ya çatdırılmasının xüsusi əhəmiyyəti var.

Daha sonra P.Şider müasir dövrdə qaçqın və məcburi köçkünlərin avropalılar kimi normal yaşamaq hüquqları olduğunu qeyd etmiş, münaqişə, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumata görə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevə minnətdarlığını bildirmiş və AŞPA-nın gələcək fəaliyyətində bunun nəzərə alınacağını xüsusi vurğulamışdır.

X X X

Görüşdə monitorinq qrupunun üzvü A.Qrossun ölkəmizə qarşı qərəzli mövqeyi barədə Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin aşağıdakı müraciəti cənab Piter Şiderə çatdırılmışdır.

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ CƏNAB PİTER ŞİDERƏ

Hörmətli cənab sədr!

Azərbaycan Respublikasının AŞPA-dakı parlament nümayəndə heyəti təşkilatla ilyarımlıq əməkdaşlıqdan məmnunluğunu bildirir və gələcəkdə bu əməkdaşlığın daha səmərəli olacağına ümid bəsləyir. Əməkdaşlığımızın daha da inkişaf etməsi üçün isə qarşılıqlı münasibətlərimizdə ortaya çıxan bütün problemləri təxirəsalmadan müzakirə etməyi zəruri sayırıq.

Dərin təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyik ki, deputat A.Qross AŞPA-dakı Azərbaycan deputat korpusuna və bütövlükdə Azərbaycana kifayət qədər sağlam olmayan münasibət bəsləyir və bu, bizdə ciddi narahatlıq doğurur. Azərbaycanda gedən ayrı-ayrı proseslərə münasibətdə fərqli baxışı olan, bəzən sərt mövqedə dayanan başqa deputatlar varsa da, onlarla işləməyin, həqiqəti birgə axtarmağın və məqbul nəticələrə gəlməyin mümkünlüyünə şahidik. Cənab Qross isə Azərbaycana münasibətdə ifrat barışmaz mövqedə duran, Azərbaycanda hər şeyi mənfi görən şəxsdir. İstər Bakıdakı, istərsə də Strasburqdakı görüşlərimiz zamanı cənab Qross respublika ilə əlaqədar məşğul olduğu problemlər haqqında Azərbaycan deputatlarının rəylərinə və fikirlərinə daim etinasızlıq göstərmiş, Azərbaycanın AŞPA-dakı kifayət qədər rəngarəng siyasi spektri, müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrinin bütün rəylərini irəlicədən şübhə altına aldığını nümayişkəranə şəkildə büruzə vermişdir. Beləliklə, Azərbaycan üzrə monitorinq qrupunun üzvü olan deputat Qross əməkdaşlıq şəraitində işləmək əvəzinə, özünü Azərbaycan deputat korpusundan tam təcrid etmişdir.

Cənab sədr!

Azərbaycan üzrə monitorinq qrupu çərçivəsində deputat Qrossla əməkdaşlığımızın bu şəkildə davam etdirilməsinin çətinliyini və problemlər vəd etdiyini Sizə 2002-ci il aprel ayının 24-dəki görüşümüzdə bildirmişdik. Ötən müddətdə bu münasibətlər bir qədər də kəskinləşmişdir. AŞPA-nın 2002-ci il yay sessiyasının iyunun 24-də keçirilən iclası zamanı Büro və Daimi Komitənin dəyərləndirmə məruzəsi ilə çıxış edən cənab Qross mövzuya birbaşa dəxli olmadan, əvvəllər də etdiyi kimi (məsələn, AŞPA-nın 24 yanvar 2002-ci ildəki iclası), Azərbaycanla əlaqədar böhtan xarakterli bəyanat vermiş, sona qədər təhqiq olunmamış faktları öz tərəfindən bir az da şişirdib təhrif edərək, guya Azərbaycanda insan haqlarının pozulması barədə yanlış təsəvvür yaratmağa cəhd göstərmişdir. O, Bakı kəndlərindən birində törədilmiş və ictimai-siyasi sabitliyi pozmaq niyyəti daşıyan hadisəni demokratiyanın pozulması kimi qələmə vermişdir. Cənab Qrossun Assambleyada Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək mahiyyəti daşıyan bu bəyanatını qətiyyətlə pisləyir və əsassız ittihamları rədd edirik. Eyni zamanda, AŞPA-nın Azərbaycan üzrə monitorinq qrupunun respublikaya qarşıdakı səfəri zamanı bu problemlə bağlı əsl həqiqətləri öyrənmək üçün müfəssəl araşdırma aparmasının tərəfdarıyıq.

Azərbaycan AŞPA ilə münasibətlərinin davamlı olmasında, daha da genişlənməsində maraqlıdır və bir nəfərin əsassız ambisiyaları üzündən bu münasibətlərin hər hansı şəkildə gərginləşməsini yolverilməz sayır.

Göstərilənləri və cənab Qrossla işbirliyinin bundan sonra da arzuolunmaz problemlər yaradacağının mümkünlüyünü nəzərə alaraq, Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyəti onunla gələcək əməkdaşlıqdan imtina edir və Azərbaycan üzrə monitorinq qrupunda cənab A.Qrossun başqa deputatla əvəzlənməsini təkidlə xahiş edir.

Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvləri:

İ.Əliyev, S.Seyidov, N.Şaxtaxtinskaya,

V.Vəkilov, G.Hacıyeva, Ə.Hüseynov,

N.İbrahimov, R.Hüseynov

X X X

DEMOKRATLAR QRUPUNDA GÖRÜŞ

İyunun 26-da Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri demokratlar qrupunun sədri Devid Atkinsonla görüşmüşlər. İcmanın nümayəndələri ölkəmizdə gedən islahatlar, demokratik proseslər barədə məlumat vermiş, Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımından, bir milyondan artıq qaçqın və məcburi köçkünün dözülməz həyat şəraitindən söhbət açmışlar.

Cənab Atkinson vaxtilə, siyasi komitənin sədri vəzifəsində çalışarkən qaçqın və məcburi köçkünlərin problemi ilə ciddi məşğul olduğunu xatırladaraq, bu problemin yalnız işğal olunmuş ərazilər azad edildikdən sonra aradan qaldırılacağını bildirmiş, AŞPA-nın qarşıdakı iclasında müzakirə olunacaq məruzədə bu problemlə bağlı məsələlərin öz əksini tapdığını söyləmişdir. O, Xocalı faciəsi zamanı həlak olanların ailələrinə, gec də olsa, onun başsağlığını yetirməyi xahiş etmiş, məsələnin sülh yolu ilə həll edilib qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını Avropa Şurasının ümdə vəzifəsi olduğunu bildirmişdir.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov iştirak etmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib