Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Bakı, 20 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.
Forumun əsas məqsədi ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye, nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və şirkət rəhbərləri iştirak edirlər.