Dünya çempionu: Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir

Bakı, 20 may, AZƏRTAC
“Növbəti hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu adını qazanan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Yarış mənim üçün çox yaxşı keçdi. Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq əla hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir”.
Qeyd edək ki, bu, 25 yaşlı idmançının mundiallarda ilk qızıl medalıdır. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilmiş dünya çempionatında bürünc mükafat qazanıb. O, həmçinin Tokio Paralimpiadasında 3-cü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [21:13]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 17.06.2025 [18:53]
“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb
- 17.06.2025 [18:29]
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
- 17.06.2025 [17:42]
On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb
- 17.06.2025 [17:09]
UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub
- 17.06.2025 [16:56]
Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]