Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Bakı, 20 may, AZƏRTAC

“Bud-çanaq oynağının patologiyaları kiçik yaşlı uşaqlarda əzələ-skelet sistemi anomaliyaları arasında digər patologiyalarla müqayisədə daha çox rast gəlinir. Bu xəstəliklər əsasən qalça displaziyası və bud-çanaq oynağının anadangəlmə çıxığı kimi özünü göstərir. İnsan orqanizmində bud-çanaq oynağını bud sümüyü ilə qalça sümüyünün bir hissəsi olan asetabulum və onların ətrafındakı yumşaq toxumalar əmələ gətirir. Displaziya dediyimiz patologiya zamanı bu birləşmələrin inkişafında dəyişikliklər olur, qalça sümüyündə inkişaf ləngiyir və bud sümüyünün başının oynaqda normal quruluşu pozulur. Nəticədə, uşaq böyüdükcə bu proses daha aydın görünür və bud-çanaq oynağının çıxıqlarına səbəb olur”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev deyib.

O, bud-çanaq oynağının displaziyasının səbəbləri barədə də danışıb: “Bu patalogiyanın səbəbini açıqlamaq üçün bir çox nəzəriyyələr irəli sürülüb. Bunların arasında mexaniki faktorlar, hormonlarla bağlı oynaq boşluğu, qalçanın birincili olaraq inkişafdan qalması və genetik amilləri göstərmək olar. Mexaniki faktorlar dedikdə, uşağın ana bətnində duruşu nəzərdə tutulur. Çanaq gəlişi ilə doğulan uşaqlarda displaziyalara daha çox rast gəlinir. Həmçinin, bəzən uşaqların ayaqlarını qundaqlayaraq eyni vəziyyətdə saxlanılması displaziyaların rast gəlməsinə səbəb olur.

Hormonal faktorlar anadan keçən bəzi hormonlarla bağlı uşaqda oynaq bağlarının boşluğuna və displaziyalara səbəb olur. Genetik amillər çox önəm daşıyır. Əgər ailədə irsi olaraq bu patologiyaya rast gəlinirsə, onların uşaqlarında da rast gəlmə ehtimalı var”.

Mütəxəssis bud-çanaq oynağı displaziyası xəstəliyinə diaqnoz qoymaq üçün bir çox klinik, instrumental müayinələrdən istifadə olunduğunu bildirib: “Əsas diaqnostika üsullarına bud-çanaq oynağının ultrasəs və rentgenoqrafiya müayinəsi üsulları aiddir. Bəzən maqnit rezonans, kompüter tomoqrafiyası kimi daha geniş müayinə üsullarından da istifadə edilir. Hər bir instrumental müayinə həkim göstərişi ilə aparılır. Yenidoğulmuş uşaqlarda 6 aya qədər ultrasəs müayinəsi istifadə edilir, 4 aydan sonra rentgenoqrafiya müayinəsi aparıla bilər.

İlk 4 ayında rentgenoqrafiya müayinəsi uşaqlarda yetərsiz sayılır. Bunun səbəbi yenidoğulmuş uşağın bud-çanaq oynağını əmələ gətirən strukturların qığırdaqdan ibarət olmasıdır. Rentgenoqrafiya müayinəsində isə qığırdaq strukturlarının dəyərləndirilməsi mümkün deyil.

Ultrasəs müayinəsi ilə bud-çanaq oynağını əmələ gətirən yumşaq toxumalar, qığırdaq və sümük toxumasını dəyərləndirmək mümkündür. Ultrasəs müayinəsində alfa və beta bucaqlar qeyd olunur. Alfa bucağın 60 dərəcədən az olması displaziyanın əlamətidir və ortoped konsultasiyası məsləhətdir. 6 aydan sonra bud-çanaq oynağının dəyərləndirilməsində rentgenoqrafiya üsulundan istifadə edilir”.

İ.Şıxbabayev qeyd edib ki, bud-çanaq oynağı displaziyası zamanı erkən diaqnostika bəlkə də ən önəmli məsələdir: “Belə ki, diaqnoz nə qədər erkən dönəmdə - yenidoğulmuşun ilk 3 aylığında qoyularsa, müalicənin effekti o qədər yaxşı olur. Erkən diaqnoz qoyulan uşaqlarda sadə müalicə üsulları ilə xəstəliyi tam sağaltmaq mümkündür. Bu halda gecikən ağırlaşmalara az rast gəlinir və bud-çanaq oynağının geniş həcmli əməliyyatlarına ehtiyac qalmır. Bu xəstəliyin müalicəsi uşağın yaşından və patologiyanın hansı mərhələsində olmasından asılı olaraq, müxtəlif üsullarla aparılır. Bud-çanaq oynağının displaziyasının müalicə diaqnozu qoyulduğu gündən həyata keçirilir. Əks halda bu prosesin ağırlaşmağa doğru getməsi ehtimalı var. Çünki uşaq böyüdükcə displaziya bud-çanaq oynağının çıxığına çevrilə bilər. Bu xəstəliyi olan yenidoğulan və ilk 6 aylığına qədər olan uşaqların müalicəsi müxtəlif abduksion ortezlər deyilən, uşağın ayaqlarını aralı saxlayan vasitələrlə həyata keçirilir. Əgər 6 aylığından etibarən bu vasitələr kömək etməzsə, ümumi anesteziya altında çıxığın qapalı və ya açıq üsulla yerinə qoyulması icra olunur və uşaq 2-3 ay gips sarğısında qalır. Hər bir halda məqsəd bud sümüyü başını asetabulumda mərkəzləşdirmək və oynağın normal inkişafını təmin etməkdir. Gecikən hallarda, 1,5 yaş və daha çox olan uşaqlarda isə müxtəlif əməliyyatlar icra olunaraq müalicə aparılır. Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir”, - deyə mütəxəssis əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb