Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın regionda yaratdığı reallıq çoxqütblü dünya nizamının formalaşmasına təkan verir

Azərbaycanın regionda yaratdığı reallıq çoxqütblü dünya nizamının formalaşmasına təkan verir

Bakı, 17 sentyabr, AZƏRTAC

Şərqlə Qərb arasında münasibətlərin kəskin şəkildə toqquşması və dərinləşməsi nəticəsində beynəlxalq münasibətlər sisteminin yeni nizamı qurulur. Formalaşan yeni dünya nizamında Yaxın Şərq, Afrika dövlətləri də olmaqla, kifayət qədər gözlənilməz, qeyri-ənənəvi aktorlar meydanda özlərini daha qabarıq şəkildə göstərirlər ki, bu da dünyanın çoxqütblü formatda yenidən təşkili ilə bağlı prosesin planetimizin bütün qitələrindən müxtəlif dövlətlərin marağına səbəb olmasından xəbər verir. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində iştirakçılar bir daha göstərdilər ki, heç bir aktor müasir siyasi gündəmin əsas problemlərindən yan keçmir. Təşkilatın budəfəki Sammitinin əsas məqsədinin ŞƏT-ə yeni üzvlərin daxil edilməsi ilə bağlı olması bütün deyilənlərin əyani təzahürüdür.

İqtisadi əməkdaşlığın istiqamət dəyişdirilərək dərinləşdirilməsinin nəticəsidir ki, yeni reallıqlara, yeni çağırışlara və təhdidlərə uyğunlaşmağı əsas hədəf kimi müəyyənləşdirən və çoxqütblü dünyanın tərəfdarı olan ölkələri bir araya gətirən Sammit çərçivəsində iqtisadi sahədə sazişlərin imzalanması əsas məsələ qismində çıxış etdi. Logistik layihələr bu işdə əhəmiyyətli pay sahibidir. Məsələn, Çindən, Qırğızıstanın cənub şəhərlərindən keçərək Özbəkistanda başa çatan yeni dəhliz Cənub-Şərqi və Qərbi Asiyanın, Yaxın Şərq ölkələrinin bazarlarını bölgə ölkələrinin üzünə açacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, Rusiya-Qərb münasibətlərinin mövcud durumu fonunda yeni əməkdaşlıq platformaları, onların daha da dərinləşdirilməsi nəzərdə tutulur. İqtisadi sanksiyalar yanacağın tədarükü kimi iddialı layihələri həyata keçirmək üçün Rusiyanı yeni əməkdaşlıqlara vadar və sövq edir. Bu əməldaşlıq platformalarının qurulmasında isə siyasi sabitlik prioritet məsələdir ki, bununla bağlı ciddi problemlər və maneələr mövcuddur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Pakistanın Əfqanıstandakı vəziyyətə təsirinin güclü olmasını bildirməsi, məhz mövcud gərginlik fonunda sabitliyin yaradılmasında Pakistanı Moskva üçün prioritet Asiya tərəfdaşlarından biri kimi qəbul etdiyini açıqlaması heç də təsadüf deyil. Bu isə mövcud hadisələrin sonrakı, daha dəqiq ifadə etsək, proqnozlaşdırılması çətin ssenarisində Pakistanın dəstəyinə daha əsaslı ehtiyacın yarana biləcəyindən xəbər verir.

“Rusiya-Türkiyə münasibətlərinin tarix boyu ən yaxın və mövcud dərinləşən əlaqələri fonunda Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini nəzərə alsaq, deməli, bu önəmli aktorların ayrılıqda və bütövlükdə maraqlarını uzlaşdıraraq dərinləşdirməsi perspektivdə dövlətlərin xarici siyasət kursunda əsaslı dəyişikliyin olacağından xəbər verir. Hələ bu məsələyə o amili də əlavə etsək ki, ilk gündən həm Türkiyə, həm də Pakistan Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsində hər zaman qətiyyət nümayiş etdirmişlər, deməli, Azərbaycan sözügedən məsələlərdə prinsipial olduğu qədər, həm də dərinləşdirilən və yaranan yeni əməkdaşlıq formatlarında yaradıcı, uzlaşdırıcı və təkanverici aktor qismində çıxış edir. Prezident İlham Əliyevin Sammit çərçivəsində çıxışı zamanı mövcud şəraiti nəzərə alaraq beynəlxalq təşkilatların səmərəsizliyi ilə bağlı narahatlığın ifadə olunması da təsadüf deyildi. Dövlətimizin başçısının haqlı olaraq vurğuladığı kimi: “Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”. Deməli, ənənəvi dünya nizamının formalaşdırılmasında və inkişafında iştirak edən təşkilatların qeyri-effektivliyinin nəticəsidir ki, fərqli platformalara müraciət daha real xarakter alır və təbii zərurətı çevrilir”, - deyə Ş.Həsənova diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələrindən biri sayılan elə bir sahə mövcuddur ki, bu da terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatının müəyyənləşdirilməsidir. Məhz Ermənistanın regionda işğal, pozuculuq siyasətindən əl çəkməməsi, regional aktorlara ərazi iddiası, torpaqlarımızı qanunsuz erməni silahlı birləşmələrinin tərk etməməsi fonunda əməkdaşlığın bu sahəsi Azərbaycan üçün xüsusi önəm kəsb edir.

Çoxqütblü dünya nizamı formalaşır, bu dünya nizamının formalaşmasında Cənubi Qafqaz əsas bölgələrdən biri, bölgənin açar amili isə Azərbaycanın yaratdığı reallıqlar və onun çərçivəsində qurulacaq əməkdaşlıq platformalarıdır.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat yollarının ölkəmizdən keçməsi amili də ölkələrlə qurulacaq əməkdaşlığımıza əsaslı bir impuls verir. ŞƏT sammitində iştirak ölkəmizin nüfuzundan, dövlət başçılarının Azərbaycan Liderinə göstərdiyi xüsusi münasibət və rəğbət dövlətimizin gücündən xəbər verir. Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi incə diplomatiyası, irimiqyaslı layihələri məsuliyyətlə icra etməyimiz, etibarlı tərəfdaş olmağımız ölkəmizi regional logistika mərkəzlərindən birinə çevirdi, regionda və bütövlükdə beynəlxalq münasibətlər sistemində gücümüzü artırdı.

Ş.Həsənova qeyd edib ki, yeni qovşaqların yaradılmasında Azərbaycan-Çin münasibətləri, Azərbaycan-Rusiya münasibətləri xüsusi önəm kəsb edir. Bu qovşaqların səmərəli olması məhz Zəngəzur dəhlizinin reallaşmasından keçir ki, dəhlizin Cənub-Şərqi Asiyaya qədər uzanması məhz o bölgənin aktorlarının da dəhlizin açılmasında qətiyyətli olduğunu göstərir. Bu baxımdan mövcud məsələdə Azərbaycanla Çin arasında əlaqələr olduqca vacibdir ki, Özbəkistanın Səmərqənd şəhərində Prezident İlham Əliyevlə keçirilən görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşımasını bildirməsi Zəngəzur dəhlizinin perspektivini düzgün hesablaya bilməyən, reallaşacağı qətiyyətini isə hələ də dərk etməyən qüvvələr üçün xüsusi siqnaldır. Digər regional aktor İranın da Şanxay Əməkdaşlıq Təşkilatı qarşısında öhdəlik memorandumu imzalaması ölkənin bu assosiasiyaya qoşulmasına yol açdı. Bu amil isə həm Təşkilat çərçivəsində, həm də bölgədə təklif edilən əməkdaşlıq platformalarının düzgün müəyyənləşdirilib müsbət dəyərləndiriləcəyi təqdirdə daha geniş perspektivlər vəd edəcəyindən xəbər verir. Bu perspektivlərdən Ermənistan da yararlana bilər. Məhz bu baxımdan da son gərginlik fonunda dövlət başçımızın belə mötəbər platformadan "Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq" fikrini səsləndirməsi mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə 2023-cü ilə qədər uzadılması dünya miqyasında Azərbaycana olan hörmətin və etimadın göstəricisidirsə, beynəlxalq müstəvidə sivilizasiyalararası dialoqu, multikulturalizm və tolerantlığın təşviqini diqqət mərkəzində saxlayan Azərbaycanın bundan sonra da öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini bildirməsi hansı dövlətin xarici siyasətinin konstruktivliyə, əməkdaşlığa, sivil qonşuluq münasibətlərinə söykəndiyindən xəbər verir.

Bütövlükdə isə əminliklə deyə bilərik ki, ŞƏT çərçivəsində dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycanla əməkdaşlığa önəm verilir. Təşkilata üzv dövlətlər üçün Azərbaycan həm etibarlı tərəfdaş, həm də Avropaya çıxış baxımından vacib və perspektivli aktordur”, - deyə politoloq qeyd edib.

O deyib ki, müasir dünyanın təhlükəsizliyinin təmin edilməsi baxımından onun struktur elementlərindən biri qismində daha da əsaslı şəkildə çıxış etməyə başlayan yüksək texnologiyalar sahəsində əməkdaşlığı da labüd edir. Məhz buna görə də sammit çərçivəsində sözügedən sahədə əməkdaşlığın dərinləşdirilməsi məsələsi üzərində dövlət başçıları xüsusilə dayandılar. Pandemiyanın başlanmasından bəri ilk dəfə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bütün liderləri şəxsən görüşdü ki, bu amilin özü də konkret nəticələr əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. ŞƏT bu gün dünyanın ən perspektivli beynəlxalq təşkilatıdır. 2001-ci ildə yaradılan Təşkilatın coğrafiyası isə yer kürəsinin ən azı dörddə birini, əhalisi isə planetin üçdə birini ötüb keçir. Sammit çərçivəsində ŞƏT-in siyasi, iqtisadi və bəlkə də gələcək hərbi-siyasi təsisat adlandırılacağı fikirlərinin, ehtimal və proqnozlarının səsləndirilməsi də dünyanın yeni düzənində qeyri-ənənəvi hadisələrin yaşanacağının mümkün ssenarilərindən və cəhd edilən məqsədlərindən xəbər verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV