AZƏRBAYCANLI UŞAQLAR “MOSKVA DOSTLARI QARŞILAYIR” BEYNƏLXALQ FESTİVALINDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mədəniyyət Mərkəzində “Moskva dostları qarşılayır” Beynəlxalq uşaq yaradıcılığı festivalının bağlanış mərasimi olmuşdur.
Bu, Vladimir Spivakovun Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edilən və “Şəfqət vaxtıdır” devizi altında keçirilən gənc istedadların sayca beşinci illik bayram şənliyi idi. Bu dəfə mədəniyyət aksiyasının diqqət mərkəzində uşaq evlərində yaşayan, xəstəxanalarda müalicə alan və xəstəlik üzündən istedadı üzə çıxmayan uşaqlar olmuşdur. Festivalda 51 ölkədən, habelə Rusiyanın 60 regionundan uşaq kollektivləri və solistlər iştirak etmişlər.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu festival iştirakçılarına və qonaqlara təbrik nitqi ilə müraciət edərək xüsusi vurğulamışdır ki, bu il “Moskva dostları qarşılayır” Beynəlxalq festivalının kiçik yubileyi - beşinci ildönümü qeyd edilir. Lakin bu qısa zaman kəsiyi də planetimizin gələcəyi, onun tərəqqisi və sabitliyinin təminatçısı olacaq müxtəlif ölkələrin uşaqlarının belə görüşlərinin necə vacib olduğunu əyani şəkildə göstərir. P.Bülbüloğlu forumun gənc iştirakçılarını şəfqət elçiləri olmağa, sülhə və gözəlliyə can atmağa çağırmışdır.
Bu incəsənət forumunda Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının yaradıcı qrupu təmsil etmişdir. Gənc artistlərimizin, o cümlədən folklor-etnoqrafiya rəqs kollektivinin, muğam ifaçılarının və xalq çalğı alətləri ansamblının təqdim etdikləri “Dastan” eposu böyük uğur qazanmışdır. Yekun konsertində Almaniyanın, Türkiyənin, Özbəkistanın, habelə Rusiya Federasiyasının müxtəlif regionlarının gənc təmsilçiləri də iştirak etmişlər.
Foyedə görmə qabiliyyəti zəif olan uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdi. Bağlanış mərasiminin bütün iştirakçılarına festivalın diplomantı və laureatı diplomları, qiymətli hədiyyələr təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]